120.000.000
Yanacaq-energetika kompleksi müəssisələrinin özəlləşdirməsi haqqında
Azərbaycan Respublİkası Prezİdentİnİn Sərəncamı
İqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi və investisiyaların cəlb olunması yolu ilə iqtisadiyyatın daha sürətlə inkişafını və onun səmərəliliyinin artırılmasını təmin etmək məqsədi ilə və «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II dövlət proqramı»na uyğun olaraq qərara alıram:
1. Yanacaq-energetika kompleksinin bu sərəncamın əlavəsində göstərilən müəssisə və təşkilatları özəlləşdirməyə açıq elan edilsinlər.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
[1]
Bu sərəncamın əlavəsində göstərilən müəssisə və təşkilatların özəlləşdirilmə üsullarını və zəruri hallarda onların özəlləşdirilməsinə dair məhdudiyyətləri müəyyən etsin;
Bu sərəncamın əlavəsində göstərilən müəssisə və təşkilatların qanunvericiliklə müəyyən edilmiş qaydada səhmdar cəmiyyətlərinə çevrilməsini və özəlləşdirilməsini təmin etsin;
Yanacaq-energetika kompleksinə daxil olan və «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II dövlət proqramı»na uyğun olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin qərarı ilə özəlləşdirilməli olan müəssisə və obyektlərin özəlləşdirilməsini sürətləndirsin.
[2]
3. Müəyyən edilsin ki, bu sərəncamla özəlləşdirməyə açılmış müəssisə və təşkilatların özəlləşdirilməsində yerli investorlarla yanaşı, xarici investorların da iştirakına icazə verilir.
4. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, «Azəriqaz» və «Azərenerji» səhmdar cəmiyyətlərinin, habelə özəlləşdirməyə açıq elan edilmiş müəssisə və təşkilatların rəhbərlərinə tapşırılsın ki, həmin müəssisələr özəlləşdirilənədək və ya səhmdar cəmiyyətlərinə çevrilənədək onların idarə olunmasına və əmlakının qorunub saxlanmasına şəxsən məsuliyyət daşıyırlar.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
Kiçik su elektrik stansiyalarının özəlləşdirilməsinə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının prezidentinə təqdim etsin; Zəruri hallarda özəlləşdirilən müəssisələrin sahə xüsusiyyətlərini nəzərə alaraq, dövlət tənzimlənməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin; Bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
6. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti,
Heydər ƏLİYEV
Bakı şəhəri, 28 mart 2001-ci il
№ 651
Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 22 mart tarixli, 651 nömrəli Sərəncamına
əlavə
I. Azərbaycan Respublİkasının Dövlət Neft Şİrkətİnİn özəlləşdİrməyə açılan müəssİsələrİ
1. «Quruda Neft və Qazçıxarma» İstehsalat Birliyi üzrə:
«Azərneftlayihətikinti» Birliyi
«Azərneftyoltəmirtikinti» tresti
«Azərneftenerjiquraşdırmaavtomatika» İdarəsi
Fəhlə Təchizatı Birliyi
Boru təmiri bazası
Əli Bayramlı boru alətləri bazası
Avtomobil Yolları Xəttinin İstismarı İdarəsi
Azərneft avtomatika müəssisəsi
Təmir-Tikinti İdarəsi
2. «Dənizdə Neft və Qazçıxarma» İstehsalat Birliyi üzrə:
İstehsalat xidmətinin mərkəzi bazası
Normativ-Tədqiqat Mərkəzi
«Şelfneftqazavtomatika» Mərkəzi
3. «Maşınqayırma» İstehsalat Birliyi üzrə:
«Neftqazmaş» Bakı maşınqayırma zavodu
Qaradağ maşınqayırma zavodu
Azərbaycan qaz emalı zavodu
[3]
Bakı neft-mədən cihazları zavodu
Bakı neft avadanlığı üzrə maşınqayırma zavodu
Neftmaş təmir zavodu
Bakı ağırlaşdırıcılar zavodu
Bakı polad burazlar zavodu
Qala maşınqayırma zavodu
4. «Aznefttəchizat» Birliyi üzrə:
Bakı neft bazası
Ağdam neft bazası
Ağstafa neft bazası
Ağcabədi neft bazası
Bərdə neft bazası
Qazax neft bazası
Daşburun neft bazası
Əli Bayramlı neft bazası
Zaqatala neft bazası
İmişli neft bazası
Yevlax neft bazası
Kürdəmir neft bazası
Gəncə neft bazası
Goranboy neft bazası
Ləki neft bazası
Lənkəran neft bazası
Naxçıvan neft bazası
Neft məhsullarının qəbulu və göndərilməsi bazası
Novoqolovka neft bazası
Sabirabad neft bazası
Salyan neft bazası
Tovuz (Qovlar) neft bazası
Ucar neft bazası
Xaçmaz neft bazası
Horadiz neft bazası
Şəmkir neft bazası
Şəki neft bazası
Təmir-Tikinti İdarəsi
Mərkəzi Maddi-Texniki Təminat və Tikinti Dəstləşdirmə İdarəsi
5. «Azərneftyağ» İstehsalat Birliyi üzrə:
Sumqayıt aşqarlar zavodu
6. «Azərneftyanacaq» İstehsalat Birliyi üzrə:
Təsərrüfat hesablı Təmir-Tikinti İdarəsi
7. «Magistral Neft Kəmərləri» İstehsalat Birliyi üzrə:
Təmir-Tikinti İdarəsi
Mərkəzi istehsalat xidməti bazası
8. «Geofizika və Mühəndis Geologiyası» İstehsalat Birliyi üzrə:
Geofiziki Cihazqayırma üzrə Xüsusi Konstruktor Bürosu
9. «Xəzərdənizneftsosialtikinti» tresti üzrə:
1 nömrəli Tikinti-Quraşdırma İdarəsi
10. «Azərneftkimyazavodtəmir» tresti üzrə:
1 nömrəli təmir-tikinti idarəsi
2 nömrəli təmir-tikinti idarəsi
3 nömrəli təmir-tikinti idarəsi
4 nömrəli təmir-tikinti idarəsi
5 nömrəli təmir-tikinti idarəsi
9 nömrəli təmir-tikinti idarəsi
İxtisaslaşdırılmış Quraşdırma Sazlama İdarəsi
İxtisaslaşdırılmış Mexanikləşdirmə İdarəsi
İstehsalat Texnoloji Dəstləşdirmə İdarəsi
Qaynaq tikişləri və tikinti materiallarının keyfiyyətinə nəzarət laboratoriyası
Yardımçı təsərrüfat
11. Kompleks Sazlama və Avtomatlaşdırma İdarəsi
II. «Azərİqaz» Səhmdar Cəmİyyətİnİn özəlləşdİrməyə açılan müəssİsələrİ
«Azqazsazlama» Törəmə Səhmdar cəmiyyəti
«Bakqazmaş» zavodu
Qazelektromaş Sazlama İdarəsi
İstehsalat kombinatı (Balaxanı qəsəbəsi)
Gəncə maşınqayırma zavodu
«Nəqliyyat» Törəmə Səhmdar Cəmiyyəti
«Səyyarmexqaztikinti» Törəmə Səhmdar cəmiyyəti (Qaradağ rayonu)
«Azəriqaznəql» İstehsalat Birliyinin Təmir-tikinti İdarəsi
III. «Azərenerjİ» Səhmdar Cəmİyyətİnİn özəlləşdİrməyə açılan müəssİsələrİ
1. Xüsusiləşdirilmiş Azərenerjişəbəkə tikinti tresti
2. Azərkabel zavodu (Mingəçevir şəhəri)
3. İnşaat konstruksiyaları zavodu
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
- Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640)
- 6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590)
- 2 may 2007-ci il tarixli 2142 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 480)
- 2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610)
- 4 avqust 2022-ci il tarixli 3410 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 911)
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə 2-ci bəndin birinci abzasında "Dövlət Əmlakı Nazirliyi" sözləri "İqtisadi İnkişaf Nazirliyi" sözləri ilə əvəz edilmişdir.
4 avqust 2022-ci il tarixli 3410 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 911) ilə 2-ci hissəsinin birinci abzasda “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilmişdir.
[2]
Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə 2-ci bəndin ikinci abzasında "Dövlət Əmlakı Nazirliyi" sözləri "İqtisadi İnkişaf Nazirliyi" sözləri ilə əvəz edilmişdir.
6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590) ilə 2-ci bəndində ismin müxtəlif hallarında verilmiş “İqtisadi İnkişaf Nazirliyi” sözləri ismin müvafiq hallarında “Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir.
2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610) ilə 2-ci bəndində ismin müvafiq hallarında "Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi" sözləri ismin müvafiq hallarında "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ilə əvəz edilmişdir.
4 avqust 2022-ci il tarixli nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164) ilə 2-ci hissəsinin dördüncü abzasda “Əmlak Məsələləri Dövlət Komitəsinin” sözləri “İqtisadiyyat Nazirliyinin” sözləri ilə əvəz edimişdir.
[3]
2 may 2007-ci il tarixli 2142 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 480) ilə Əlavənin I bölməsinin 3-cü bəndindən "Azərbaycan qaz emalı zavodu" sözləri çıxarılmışdır və həmin müəssisə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin tabeliyinə verilsin.