×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
06.03.2020
QEYDİYYAT NÖMRƏSİ
2
ADI
“Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
20.03.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
380.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
24202003060002
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
19.03.2020
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Aktın növü

MƏHKƏMƏ HÜQUQ ŞURASININ QƏRARI

Qəbul edildiyi tarix

06.03.2020

Qeydiyyat nömrəsi

2

Adı

“Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

Qüvvəyə minmə tarixi

20.03.2020

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

380.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

24202003060002

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

19.03.2020

“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun 12.0.13-cü və 13.4-cü maddələrini rəhbər tutaraq, Məhkəmə-Hüquq Şurası

Q Ə R A R A  A L I R:

1. “Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Məhkəmə-Hüquq Şurasının Aparatı (C.Hüseynov) “Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”nı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim etsin.

Sədr                                                                                         Fikrət Məmmədov

Azərbaycan Respublikası Məhkəmə-Hüquq

Şurasının 2020-ci il 06 mart tarixli 2 nömrəli Qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən hazırlanmışdır və hakimlərin fəaliyyətinin, o cümlədən məhkəmə sədrlərinin, sədr müavinlərinin və məhkəmə kollegiyaları sədrlərinin (bundan sonra sədr) məhkəmə fəaliyyətinin təşkili ilə bağlı işinin qiymətləndirilməsi qaydalarını və metodologiyasını müəyyən edir.

1.2. Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ədalət mühakiməsinin  təkmilləşdirilməsi, tədris prosesinin düzgün qurulması, habelə onların vəzifədə irəli çəkilməsi, hakimlik və sədrlik fəaliyyətini davam etdirməyə yararlılıqlarının müəyyən edilməsi məqsədilə aparılır.

1.3.  Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin (sədrlərin) fəaliyyəti beş ildə bir dəfədən az olmayaraq qiymətləndirilir.

1.4. İlk dəfə vəzifəyə təyin olunmuş hakimlərin fəaliyyəti üç ilin sonunda qiymətləndirilir.

1.5.        Hakimlərin (sədrlərin) fəaliyyəti Azərbaycan Respublikasının Ali Məhkəməsi, müvafiq olaraq apelyasiya məhkəmələri və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, habelə mənsub olduqları məhkəmələrin sədrləri tərəfindən vəzifələrinin icrasına dair verilmiş rəylər əsasında qiymətləndirilir. Qiymətləndirmə zamanı həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirərkən topladığı və Məhkəmə-Hüquq Şurasına təqdim etdiyi məlumatlar nəzərə alınır.

1.6. Qiymətləndirmə zamanı Məhkəmə-Hüquq Şurasının ayrı-ayrı üzvlərinin malik olduqları məlumatlardan da istifadə oluna bilər. Bu məqsədilə, Şura üzvləri qanunla müəyyən edilmiş qaydada müvafiq sənəd və başqa məlumatları əldə edə bilər. Fəaliyyəti qiymətləndirilən hakim (sədr) də öz fəaliyyətinin qiymətləndirilməsi üçün əhəmiyyətli hesab etdiyi materialları Şura üzvünə təqdim edə bilər.

1.7. Hər ilin sonunda Məhkəmə-Hüquq Şurası tərəfindən növbəti il üçün fəaliyyətinin qiymətləndirilməsi nəzərdə tutulmuş hakimlər (sədrlər), buna məsul Şura üzvləri və müddət göstərilən qiymətləndirmə qrafiki təsdiq olunur və həmin hakimlər (sədrlər) bu barədə məlumatlandırılırlar. Hakimin vəzifədə irəli çəkilməsi və ya iş yerinin dəyişdirilməsi barədə müraciəti, yaxud peşəkar çatışmazlıqları, o cümlədən məhkəmələrin fəaliyyətinin monitorinqi nəticəsində maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanları ilə bağlı məlumatlar olarsa, onun fəaliyyəti qrafikdən kənar, bu Qaydaların tələblərinə uyğun olaraq, qiymətləndirilir. [1]

2. Hakimlərin fəaliyyətinin qiymətləndirilməsinə dair rəylərin tərtib edilməsi

2.1. Hakimin mənsub olduğu müvafiq məhkəmənin sədri hakimin fəaliyyətinin qiymətləndirilməsinə dair bu Qaydalara əlavə edilmiş formalarda (Əlavə 1, 4 və 6) təqdim etdiyi rəydə aşağıdakı məlumatları göstərir:

2.1.1.  hakimin iş yükü barədə statistik məlumat;

2.1.2. hakimin əmək və icra intizamına əməl etməsi vəziyyəti;

2.1.3.  hakimin peşəkar davranışı, o cümlədən onun məhkəmə proseslərini idarə etmə bacarıqları, biliklərini artırması, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə səviyyəsi, məhkəmə mədəniyyəti barədə məlumatlar;

2.1.4. hakimin peşə fəaliyyətini həyata keçirərkən, habelə peşə fəaliyyətindən kənar etik davranışı, o cümlədən hakim yoldaşları və məhkəmə aparatı işçiləri ilə işgüzar münasibətləri, proses iştirakçıları və digər şəxslərlə münasibəti, öz aparatının işini düzgün qurmaq,  təcrübə mübadiləsi aparmaq bacarığı;

2.1.5. tərtib etdiyi məhkəmə sənədlərinin (protokollar, bildirişlər, məktublar) səliqəliliyi və kargüzarlığın aparılmasına dair təlimata uyğunluğu;

2.1.6. məhkəmə fəaliyyətinin təşkili vəziyyətinin və məhkəmə təcrübəsinin ümumiləşdirilməsi zamanı aşkar edilmiş hallar (pozuntu aşkar edildiyi təqdirdə ümumiləşdirmənin adı və tarixi, pozuntunun mahiyyəti göstərilməklə).

2.2. Əgər hakim sədr müavini və ya kollegiya sədridirsə, onun bu sahədə qanunla üzərinə düşən vəzifələrinin icrasına dair məlumat rəyə daxil edilir.

2.3. Hakim barədə olan digər məlumatlar, o cümlədən onun nüfuzu, çalışqanlığı, əməksevərliyi, emosiyalarına nəzarət etmək qabiliyyətinə dair məlumatlar əlavə qeydlər şəklində rəyə daxil edilir.

2.4.        Azərbaycan Respublikasının Ali Məhkəməsi və apelyasiya instansiyası məhkəmələri müvafiq hakimlərin fəaliyyətlərinin qiymətləndirilməsinə dair bu Qaydalara əlavə edilmiş formalarda (Əlavə 2, 3, 5 ) təqdim etdiyi rəylərdə aşağıdakı məlumatları göstərir:

2.4.1. hakimin icraatında olmuş işlərə (materiallara) apelyasiya və kassasiya qaydasında baxılmasına dair statistik məlumat;

2.4.2. konkret iş üzrə hakimin sərbəst daxili inamı və müstəqilliyi nəzərə alınmaqla, Ali Məhkəməyə və ya apelyasiya instansiyası məhkəməsinə daxil olmuş məhkəmə aktlarının keyfiyyəti və əsaslandırılması;

2.4.3. konkret iş üzrə sərbəst daxili inamı və müstəqilliyi nəzərə alınmaqla, hakimin maddi və prosessual hüquq normalarının tətbiqinə dair gəldiyi nəticələrin qanunvericiliyin tələblərinə uyğun olub-olmaması;

2.4.4. tərtib etdiyi məhkəmə sənədlərinin (protokollar, bildirişlər, məktublar) səliqəliliyi və kargüzarlığın aparılmasına dair təlimata uyğunluğu;

2.4.5. məhkəmə fəaliyyətinin təşkili vəziyyətinin və məhkəmə təcrübəsinin ümumiləşdirilməsi zamanı aşkar edilmiş hallar (pozuntu aşkar edildiyi təqdirdə ümumiləşdirmənin adı və tarixi, pozuntunun mahiyyəti göstərilməklə).

2.5. Hakim barədə olan digər məlumatlar, o cümlədən işin təşkili, işlərə baxarkən süründürməçiliyə, vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni mane yaratma, ədalət mühakiməsinin nüfuzuna və hakimin yüksək adına xələl gətirən hallara yol verilib-verilməməsi, habelə hakimi müsbət xarakterizə edən məlumatlar əlavə qeydlər şəklində rəyə daxil edilir.

2.5-1. Hakimlərin fəaliyyətlərinin qiymətləndirilməsinə dair Ali Məhkəmənin tərtib etdiyi rəydə, həmçinin fəaliyyəti qiymətləndirilən hakim barədə Ali Məhkəmə tərəfindən aparılmış məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələri də göstərilir. [2]

2.6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi hakimin fəaliyyətinin qiymətləndirilməsinə dair bu Qaydalara əlavə edilmiş formada (Əlavə 7) təqdim etdiyi məlumatda qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirərkən topladığı aşağıdakı məlumatları göstərir:

2.6.1. Hakimlik fəaliyyəti ilə bağlı toplanmış statistik məlumatlar;

2.6.2.  hakimin tədrisə cəlb olunması;

2.6.3. hakimin peşə fəaliyyəti ilə bağlı beynəlxalq tədbirlərdə iştirakı;

2.6.4. əmək və icra intizamına əməl etməsi;

2.6.5. yoxlamalar zamanı hakimlik fəaliyyətində aşkar edilmiş nöqsanlar.

2.7. Ədliyyə Nazirliyi həmçinin müvafiq məhkəmə sədrlərinin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı  aşağıdakılar barədə məlumatları göstərir:

2.7.1. müvafiq məhkəmədə əmək və icra intizamına riayət edilməsi;

2.7.2. məhkəmədə işin təşkili, o cümlədən işlərin bölüşdürülməsi, məhkəmə statistikasının, arxiv işinin aparılması və kargüzarlıq qaydalarına əməl olunması;

2.7.3. məhkəmə aparatına rəhbərliyin təşkili;

2.7.4. məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi vəziyyəti;

2.7.5. şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmədə işin təşkili.

2.8. Əgər hakim sədr müavini və ya kollegiya sədridirsə, onun bu sahədə qanunla üzərinə düşən vəzifələrinin icrasına dair məlumat rəyə daxil edilir.

2.9. Hakim (sədr) barədə bu Qaydaların 2.5-ci, 2.6-cı və 2.7-ci bəndlərində qeyd edilən məsələlərin dəqiqləşdirilməsi üzrə məlumatlar əlavə qeydlər şəklində rəyə daxil edilə bilər. 

3. Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi üzrə yekun rəyin hazırlanması və ona baxılması

3.1. Məhkəmə-Hüquq Şurasının hakimin (sədrin) fəaliyyətinin qiymətləndirilməsi üçün müəyyən olunmuş üzvü həmin hakimin fəaliyyətinin qiymətləndirilməsinə dair daxil olmuş rəyləri, məlumatları öyrənir və onun barəsində yekun rəy hazırlayır (Əlavə 8).

3.2. Yekun rəyə hakimin fəaliyyətinin qiymətləndirilməsi üzrə təqdim edilmiş rəylərdə və Ədliyyə Nazirliyinin məlumatında əks etdirilən məlumatların xülasəsi, Şura üzvünün bu Qaydaların 1.6-cı bəndinə uyğun olaraq əldə etdiyi, habelə fəaliyyəti qiymətləndirilən hakim barədə Ali Məhkəmə tərəfindən aparılmış məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələri,  həmin hakim tərəfindən mediasiyaya yönəldilən (Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) işlərin sayı və həmin Qanuna uyğun olaraq barışıq sazişinin əldə edilməsi əsasında icraata xitam verilən məhkəmə işlərinin sayı, hakim tərəfindən “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən hüquqpozmaların törədilməsi barədə  fiziki və hüquqi şəxslərdən Məhkəmə-Hüquq Şurasına daxil olmuş şikayətlərin araşdırılmasının nəticələri üzrə məlumatlar, o cümlədən pozuntular barədə hakimə göndərilən məktublar daxil edilir. [3]

3.3. Qiymətləndirmə materialları Şuranın iclasında baxılmasına ən geci üç gün qalmış Şuranın üzvlərinə təqdim edilir.

3.4. Fəaliyyətinin qiymətləndirilməsi məsələsinə baxılan hakim Məhkəmə-Hüquq Şurasının həmin iclasında iştirak etmək hüququna malikdir.

3.5. Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi nəticəsində Məhkəmə-Hüquq Şurası aşağıdakı qərarlardan birini qəbul edir:

3.5.1. tutduğu vəzifəyə yararlıdır

3.5.2. fəaliyyətində peşəkar çatışmazlıqlar var

3.6. Şura tərəfindən hakimin fəaliyyəti “tutduğu vəzifəyə yararlıdır” kimi qiymətləndirilməklə yanaşı onun tədris ehtiyacı, vəzifədə irəli çəkilməsi və ya iş yerinin dəyişdirilməsi məsələləri də müəyyən edilə bilər.

3.7. “Fəaliyyətində peşəkar çatışmazlıqlar var” kimi qiymətləndirilmiş, o cümlədən məhkəmələrin fəaliyyətinin monitorinqi nəticəsində maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanları aşkar edilmiş hakimin fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunmuş vaxtda təkrarən, lakin 6 aydan tez və 2 ildən gec olmamaqla qiymətləndirilir. Təkrar qiymətləndirmə bu Qaydalarla müəyyən edilmiş prosedurlara əməl etməklə həyata keçirilir. Təkrar qiymətləndirmə zamanı hakimin fəaliyyətində yenidən peşəkar çatışmazlıqlar aşkar edildikdə, onun səlahiyyətlərinə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada vaxtından əvvəl xitam verilir. [4]

3.8. Bu Qaydaların 3.7-ci bəndi ilk dəfə vəzifəyə təyin olunmuş hakimlərin fəaliyyətinin üç ilin sonunda qiymətləndirilməsi zamanı tətbiq edilmir.

3.9. Hakimin fəaliyyətinin qiymətləndirilməsi üzrə əsaslandırılmış qərar “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunun 17.2-ci maddəsinə müvafiq olaraq iclasda iştirak edən Şura üzvlərinin sadə səs çoxluğu ilə qəbul olunur.

3.10. Hakimin fəaliyyətinin qiymətləndirilməsi üzrə Məhkəmə-Hüquq Şurasının qərarından  “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunun 18-ci maddəsinə müvafiq olaraq şikayət verilə bilər.

ƏLAVƏ  1

AZƏRBAYCAN RESPUBLİKASI ALİ MƏHKƏMƏSİ

Ali Məhkəmənin hakiminin (sədr müavini və ya kollegiya sədrinin) fəaliyyətinin qiymətləndirilməsinə dair

R Ə Y

Soyadı, adı, atasının adı

FOTOŞƏKİL

Tutduğu vəzifə:

Təvəllüdü

Tutduğu vəzifə üzrə stajı:

Hakimlik stajı:

İntizam məsuliyyəti:

Məhkəmə kollegiyası:

1.      Hakimin iş yükü barədə məlumat:

İllər

İşlərin kateqoriyası

Cəmi

2.      Hakimin əmək və icra intizamına əməl etməsi

£

-         Əmək intizamına əməl edir

£

-         Əmək intizamının pozulması hallarına yol verir (Konkret nümunələr göstərilməklə:

___________________________________________________________________________

-         Əmək intizamını mütəmadi olaraq pozur  (Konkret nümunələr göstərilməklə:

-         İcra intizamına əməl edir

£

-         İcra intizamının pozulması hallarına yol verir (Konkret nümunələr göstərilməklə:

-         İcra intizamını mütəmadi olaraq pozur (Konkret nümunələr göstərilməklə:

3.      Hakimin peşəkar davranışı

Bəli

Xeyr

Qismən

Məhkəmə prosesini peşəkarcasına idarə edir

Yüksək məhkəmə mədəniyyəti nümayiş etdirir

Öz biliklərini daim artırır

Müasir informasiya-kommunikasiya texnologiyalarından sərbəst istifadə edir

4.      Hakimin peşə fəaliyyətini həyata keçirərkən, habelə peşə fəaliyyətindən kənar davranışı

Bəli

Xeyr

Qismən

Həmkarlarına və məhkəmə aparatı işçilərinə münasibətdə etik davranış qaydalarına əməl edir

Proses iştirakçıları və digər vətəndaşlarla münasibətdə etik davranış qaydalarına əməl edir

Təhkim edilmiş işçilər arasında işin təşkilini

düzgün qura bilir

Hakim yoldaşları ilə işgüzar münasibətlər qurur, təcrübə mübadiləsi aparır

Peşə fəaliyyətindən kənar etik davranış qaydalarına əməl edir

5.      Tərtib etdiyi məhkəmə sənədləri (protokollar, bildirişlər, məktublar və s.)

£

-         səliqəli və kargüzarlığın aparılmasına dair təlimata uyğundur

£

-         əsasən səliqəli və kargüzarlığın aparılmasına dair təlimata uyğundur (Konkret nümunələr göstərilməklə:

___________________________________________________________________________

___________________________________________________________________________

             __________________________________)

£

-         kargüzarlığın aparılmasına dair təlimatın tələbləri mütəmadi olaraq pozulur

Konkret nümunələr göstərilməklə:

6.      Məhkəmə fəaliyyətinin təşkili vəziyyətinin və məhkəmə təcrübəsinin ümumiləşdirilməsi zamanı aşkar edilmiş hallar:

£

-         Maddi hüquq normaları pozulur

£

-         Prosessual hüquq normaları pozulur

£

-         Süründürməçilik hallarına yol verilir

£

-         Mövcud məhkəmə təcrübəsinə əməl edilmir

£

-         Pozuntu aşkar edilməmişdir

Ümumiləşdirmənin adı, tarixi və pozuntunun mahiyyəti _____________________________

________________________________________________________________________________

7.      Əgər hakim sədr müavini və ya kollegiya sədridirsə, onun bu sahədə qanunla üzərinə düşən vəzifələrinin icrasına dair məlumat:

8.      Əlavə qeydlər

Azərbaycan Respublikası Ali Məhkəmənin sədri

ƏLAVƏ  2

AZƏRBAYCAN RESPUBLİKASI ALİ MƏHKƏMƏSİ

Apelyasiya instansiyası məhkəməsinin hakiminin fəaliyyətinin qiymətləndirilməsinə dair

R Ə Y

Soyadı, adı, atasının adı

FOTOŞƏKİL

Tutduğu vəzifə:

Təvəllüdü

Tutduğu vəzifə üzrə stajı:

Hakimlik stajı:

İntizam məsuliyyəti:

Məhkəmə kollegiyası:

1.      Hakimin icraatında olmuş işlərə (materiallara) kassasiya qaydasında baxılmasına dair statistik məlumat

İllər

                            İşlərin kateqoriyası və sayı

Cəmi

2.      Ali Məhkəməyə daxil olmuş məhkəmə aktları üzrə müşahidə edilir:

£

-         keyfiyyətli və əsaslandırılmış tərtib olunur

£

-         əsasən keyfiyyətli və əsaslandırılmış tərtib olunur

(Konkret nümunələr göstərilməklə:

_____________________________________________

__________________)

£

-         keyfiyyətsiz və əsaslandırılmadan tərtib olunur

2.1. Prosessual qanunvericiliyin tələblərinə:

£

-         tam əməl olunur

£

-         əsasən əməl olunur

_______________________________)

£

-         qanunvericiliyin tələbləri mütəmadi pozulur

(Konkret nümunələr göstərilməklə:

_____________________________________________

__________________)

2.2. Maddi hüquq normaları:

£

-         düzgün tətbiq edilir

£

-         əsasən düzgün tətbiq edilir

-         Mütəmadi pozulur

2.3. Tərtib etdiyi məhkəmə sənədləri (protokollar, bildirişlər, məktublar və s.)

£

-         səliqəli və kargüzarlığın aparılmasına dair təlimata uyğundur

£

-         əsasən səliqəli və kargüzarlığın aparılmasına dair təlimata uyğundur

(Konkret nümunələr göstərilməklə:

_____________________________________________

_____________________________________________

__________________)

£

-         kargüzarlığın aparılmasına dair təlimatın tələbləri mütəmadi olaraq pozulur

(Konkret nümunələr göstərilməklə:

_____________________________________________

_____________________________________________

__________________)

3.      Məhkəmə fəaliyyətinin təşkili vəziyyətinin və məhkəmə təcrübəsinin ümumiləşdirilməsi zamanı aşkar edilmiş hallar:

£

-         Maddi hüquq normaları pozulur

£

-         Prosessual hüquq normaları pozulur

£

-         Süründürməçilik hallarına yol verilir

£

-         Mövcud məhkəmə təcrübəsinə əməl edilmir

£

-         Pozuntu aşkar edilməmişdir

Ümumiləşdirmənin adı, tarixi və pozuntunun mahiyyəti _______________________________

__________________________________________________________________________________

3-1. Fəaliyyəti qiymətləndirilən hakim barədə Ali Məhkəmə tərəfindən aparılmış monitorinqin nəticələri: [5]

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

4.      Əlavə qeydlər

ƏLAVƏ  3

AZƏRBAYCAN RESPUBLİKASI ALİ MƏHKƏMƏSİ

Birinci instansiya məhkəməsinin hakiminin fəaliyyətinin qiymətləndirilməsinə dair

R Ə Y

Soyadı, adı, atasının adı

FOTOŞƏKİL

Tutduğu vəzifə:

Təvəllüdü

Tutduğu vəzifə üzrə stajı:

Hakimlik stajı:

İntizam məsuliyyəti:

İxtisaslaşması:

3-1. Fəaliyyəti qiymətləndirilən hakim barədə Ali Məhkəmə tərəfindən aparılmış monitorinqin nəticələri:

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

4.      Əlavə qeydlər

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

Azərbaycan Respublikası Ali Məhkəmənin sədri

ƏLAVƏ  4

APELYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİ

Apelyasiya insansiyası məhkəməsi hakiminin (sədr müavini və ya kollegiya sədrinin) fəaliyyətinin qiymətləndirilməsinə dair

R Ə Y

Soyadı, adı, atasının adı

FOTOŞƏKİL

Tutduğu vəzifə:

Təvəllüdü

Tutduğu vəzifə üzrə stajı:

Hakimlik stajı:

İntizam məsuliyyəti:

İxtisaslaşması:

1.      Hakimin iş yükü barədə məlumat:

İllər

İşlərin kateqoriyası

Cəmi

2.      Hakimin əmək və icra intizamına əməl etməsi

£

-         Əmək intizamına əməl edir

£

-         Əmək intizamının pozulması hallarına yol verir

(Konkret nümunələr göstərilməklə:

_____________________________________________

_____________________________________________)

£

-         Əmək intizamını mütəmadi olaraq pozur

(Konkret nümunələr göstərilməklə:

_____________________________________________

_____________________________________________)

£

-         İcra intizamına əməl edir

£

-         İcra intizamının pozulması hallarına yol verir

(Konkret nümunələr göstərilməklə:

_____________________________________________

_____________________________________________)

£

-         İcra intizamını mütəmadi olaraq pozur

(Konkret nümunələr göstərilməklə:

_____________________________________________

_____________________________________________)

3.      Hakimin peşəkar davranışı

Bəli

Xeyr

Qismən

Məhkəmə prosesini peşəkarcasına idarə edir

Yüksək məhkəmə mədəniyyəti nümayiş etdirir

Öz biliklərini daim artırır

Müasir informasiya-kommunikasiya texnologiyalarından sərbəst istifadə edir

4.      Hakimin peşə fəaliyyətini həyata keçirərkən, habelə peşə fəaliyyətindən kənar davranışı

Bəli

Xeyr

Qismən

Həmkarlarına və məhkəmə aparatı işçilərinə münasibətdə etik davranış qaydalarına əməl edir

Proses iştirakçıları və digər vətəndaşlarla münasibətdə etik davranış qaydalarına əməl edir

Təhkim edilmiş işçilər arasında işin təşkilini

düzgün qura bilir

Hakim yoldaşları ilə işgüzar münasibətlər qurur, təcrübə mübadiləsi aparır

Peşə fəaliyyətindən kənar etik davranış qaydalarına əməl edir

5.      Tərtib etdiyi məhkəmə sənədləri (protokollar, bildirişlər, məktublar və s.)

£

-         səliqəli və kargüzarlığın aparılmasına dair təlimata uyğundur

£

-         əsasən səliqəli və kargüzarlığın aparılmasına dair təlimata uyğundur

(Konkret nümunələr göstərilməklə:

_____________________________________________

_____________________________________________)

£

-         kargüzarlığın aparılmasına dair təlimatın tələbləri mütəmadi olaraq pozulur

(Konkret nümunələr göstərilməklə:

_____________________________________________

_____________________________________________)

6.      Məhkəmə fəaliyyətinin təşkili vəziyyətinin və məhkəmə təcrübəsinin ümumiləşdirilməsi zamanı aşkar edilmiş hallar:

£

-         Maddi hüquq normaları pozulur

£

-         Prosessual hüquq normaları pozulur

£

-         Süründürməçilik hallarına yol verilir

£

-         Mövcud məhkəmə təcrübəsinə əməl edilmir

£

-         Pozuntu aşkar edilməmişdir

Ümumiləşdirmənin adı, tarixi və pozuntunun mahiyyəti _______________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

7.      Əgər hakim sədr müavini və ya kollegiya sədridirsə, onun bu sahədə qanunla üzərinə düşən vəzifələrinin icrasına dair məlumat:

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

8.      Əlavə qeydlər

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

Apelyasiya instansiyası məhkəməsinin sədri

ƏLAVƏ 5

APELYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİ

Birinci instansiya məhkəməsinin hakiminin fəaliyyətinin qiymətləndirilməsinə dair

R Ə Y

Soyadı, adı, atasının adı

FOTOŞƏKİL

Tutduğu vəzifə:

Təvəllüdü

Tutduğu vəzifə üzrə stajı:

Hakimlik stajı:

İntizam məsuliyyəti:

İxtisaslaşması:

1.      Hakimin icraatında olmuş işlərə (materiallara) apelyasiya qaydasında baxılmasına dair statistik məlumat

İllər

                            İşlərin kateqoriyası və sayı

Cəmi

2.      Apelyasiya instansiyası məhkəməsinə daxil olmuş məhkəmə aktları üzrə müşahidə edilir:

£

-         keyfiyyətli və əsaslandırılmış tərtib olunur

£

-         əsasən keyfiyyətli və əsaslandırılmış tərtib olunur

(Konkret nümunələr göstərilməklə:

_____________________________________________

_____________________________________________

_____________________________________________)

£

-         keyfiyyətsiz və əsaslandırılmadan tərtib olunur

(Konkret nümunələr göstərilməklə:

_____________________________________________

_____________________________________________

_____________________________________________)

2.1. Prosessual qanunvericiliyin tələblərinə:

£

-         tam əməl olunur

£

-         əsasən əməl olunur

(Konkret nümunələr göstərilməklə:

_____________________________________________

_____________________________________________

_____________________________________________)

£

-         qanunvericiliyin tələbləri mütəmadi pozulur

(Konkret nümunələr göstərilməklə:

_____________________________________________

_____________________________________________

_____________________________________________)

2.2. Maddi hüquq normaları:

£

-         düzgün tətbiq edilir

£

-         əsasən düzgün tətbiq edilir (Konkret nümunələr göstərilməklə:

_____________________________________________

_____________________________________________

_____________________________________________)

£

-         Mütəmadi pozulur

(Konkret nümunələr göstərilməklə:

_____________________________________________

_____________________________________________

_____________________________________________)

2.3. Tərtib etdiyi məhkəmə sənədləri (protokollar, bildirişlər, məktublar və s.)

£

-         səliqəli və kargüzarlığın aparılmasına dair təlimata uyğundur

£

-         əsasən səliqəli və kargüzarlığın aparılmasına dair təlimata uyğundur

(Konkret nümunələr göstərilməklə:

_____________________________________________

_____________________________________________

_____________________________________________)

£

-         kargüzarlığın aparılmasına dair təlimatın tələbləri mütəmadi olaraq pozulur (Konkret nümunələr göstərilməklə:

_____________________________________________

_____________________________________________

_____________________________________________)

3.      Məhkəmə fəaliyyətinin təşkili vəziyyətinin və məhkəmə təcrübəsinin ümumiləşdirilməsi zamanı aşkar edilmiş hallar:

£

-         Maddi hüquq normaları pozulur

£

-         Prosessual hüquq normaları pozulur

£

-         Süründürməçilik hallarına yol verilir

£

-         Mövcud məhkəmə təcrübəsinə əməl edilmir

£

-         Pozuntu aşkar edilməmişdir

Ümumiləşdirmənin adı, tarixi və pozuntunun mahiyyəti _______________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

4.      Əlavə qeydlər

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

Apelyasiya instansiyası məhkəməsinin sədri

ƏLAVƏ  6

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİ

Birinci instansiya məhkəməsinin hakiminin (sədr müavininin) fəaliyyətinin qiymətləndirilməsinə dair

R Ə Y

Soyadı, adı, atasının adı

FOTOŞƏKİL

Tutduğu vəzifə:

Təvəllüdü

Tutduğu vəzifə üzrə stajı:

Hakimlik stajı:

İntizam məsuliyyəti:

İxtisaslaşması:

1.      Hakimin iş yükü barədə məlumat:

İllər

İşlərin kateqoriyası

Cəmi

2.      Hakimin əmək və icra intizamına əməl etməsi

£

-         Əmək intizamına əməl edir

£

-         Əmək intizamının pozulması hallarına yol verir (Konkret nümunələr göstərilməklə:

_____________________________________________

_____________________________________________)

£

-         Əmək intizamını mütəmadi olaraq pozur  (Konkret nümunələr göstərilməklə:

_____________________________________________

_____________________________________________)

£

-         İcra intizamına əməl edir

£

-         İcra intizamının pozulması hallarına yol verir (Konkret nümunələr göstərilməklə:

_____________________________________________

_____________________________________________)

£

-         İcra intizamını mütəmadi olaraq pozur (Konkret nümunələr göstərilməklə:

_____________________________________________

_____________________________________________)

3.      . Hakimin peşəkar davranışı

Bəli

Xeyr

Qismən

Məhkəmə prosesini peşəkarcasına idarə edir

Yüksək məhkəmə mədəniyyəti nümayiş etdirir

Öz biliklərini daim artırır

Müasir informasiya-kommunikasiya texnologiyalarından sərbəst istifadə edir

4.      Hakimin peşə fəaliyyətini həyata keçirərkən, habelə peşə fəaliyyətindən kənar davranışı

Bəli

Xeyr

Qismən

Həmkarlarına və məhkəmə aparatı işçilərinə münasibətdə etik davranış qaydalarına əməl edir

Proses iştirakçıları və digər vətəndaşlarla münasibətdə etik davranış qaydalarına əməl edir

Təhkim edilmiş işçilər arasında işin təşkilini

düzgün qura bilir

Hakim yoldaşları ilə işgüzar münasibətlər qurur, təcrübə mübadiləsi aparır

Peşə fəaliyyətindən kənar etik davranış qaydalarına əməl edir

5.      Tərtib etdiyi məhkəmə sənədləri (protokollar, bildirişlər, məktublar və s.)

£

-         səliqəli və kargüzarlığın aparılmasına dair təlimata uyğundur

£

əsasən səliqəli və kargüzarlığın aparılmasına dair təlimata uyğundur (Konkret nümunələr göstərilməklə:

_____________________________________________

_____________________________________________

_____________________________________________)

£

-         kargüzarlığın aparılmasına dair təlimatın tələbləri mütəmadi olaraq pozulur

Konkret nümunələr göstərilməklə:

_____________________________________________

_____________________________________________

_____________________________________________)

6.      Məhkəmə fəaliyyətinin təşkili vəziyyətinin və məhkəmə təcrübəsinin ümumiləşdirilməsi zamanı aşkar edilmiş hallar:

£

-         Maddi hüquq normaları pozulur

£

-         Prosessual hüquq normaları pozulur

£

-         Süründürməçilik hallarına yol verilir

£

-         Mövcud məhkəmə təcrübəsinə əməl edilmir

£

-         Pozuntu aşkar edilməmişdir

Ümumiləşdirmənin adı, tarixi və pozuntunun mahiyyəti _______________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

7.      Əgər hakim sədr müavinidirsə, onun bu sahədə qanunla üzərinə düşən vəzifələrinin icrasına dair məlumat:

Birinci instansiya məhkəməsinin sədri

ƏLAVƏ  7

AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİ

Apelyasiya və birinci instansiya məhkəməsinin hakiminin (sədr, sədr müavini və ya kollegiya sədrinin) fəaliyyətinin qiymətləndirilməsinə dair

M Ə L U M AT L A R

Soyadı, adı, atasının adı

FOTOŞƏKİL

Tutduğu vəzifə:

Təvəllüdü

1.      Hakimlik fəaliyyəti ilə bağlı statistik məlumatlar

İllər

Cəmi

2.      Hakimin tədrisə cəlb olunması

İllər

Tədbirlərin sayı

Tədbirin mövzusu

Cəmi

3.      Hakimin peşə fəaliyyəti ilə bağlı beynəlxalq tədbirlərdə iştirakı

İllər

Tədbirlərin adı və tarixi