AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
25.03.2020
QEYDİYYAT NÖMRƏSİ
112
ADI
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2020, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 373)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.000.000
070.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
31.03.2020
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 mart tarixli 1947 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilsin:

1.1. tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində;

1.2. təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində;

1.3. pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.

2. Bu Qərarın 1-ci hissəsində göstərilən müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1-dən 2022-ci il sentyabrın 1-dək olan müddət üçün ödənilir. [1]

3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə tapşırılsın ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələri işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərinə, habelə tibbi profilaktik tədbirləri həyata keçirən işçilərin əhatə dairəsinin müəyyən edilməsinə dair təkliflərini 5 (beş) gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

4. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn digər məsələləri həll etsinlər.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

 

Bakı şəhəri, 25 mart 2020-ci il

    № 112

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       12 iyun 2020-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyun 2020-ci il, № 112, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 792)

2.       18 avqust 2020-ci il tarixli 301 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 avqust 2020-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1118)

3.       5 noyabr 2020-ci il tarixli 442 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 noyabr 2020-ci il, № 231, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1386)

4.       8 yanvar 2021-ci il tarixli 2 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 yanvar 2021-ci il, № 4)

5.       13 aprel 2021-ci il tarixli 94 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 aprel 2021-ci il, № 76, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 398)

6.       9 iyul 2021-ci il tarixli 198 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyul 2021-ci il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-cı il, № 7, maddə 861)

7.       23 avqust 2021-ci il tarixli 238 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 avqust 2021-ci il, № 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 964)

8.       7 oktyabr 2021-ci il tarixli 298 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 oktyabr 2021-ci il, № 217, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1167)

9.       26 noyabr 2021-ci il tarixli 369 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2021-ci il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1291)

10.    22 fevral 2022-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 fevral 2022-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 174)

11.    2 aprel 2022-ci il tarixli 121 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 aprel 2022-ci il, № 67)

12.    16 iyun 2022-ci il tarixli 229 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

13.    3 avqust 2022-ci il tarixli 275 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 3 avqust 2022-ci il, “Xalq” qəzeti, 5 avqust 2022-ci il, № 164)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 12 iyun 2020-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyun 2020-ci il, № 112, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 792) ilə 2-ci hissədə “iyunun 1-dək” sözləri “iyulun 1-dək” sözləri ilə əvəz edilmişdir.

18 avqust 2020-ci il tarixli 301 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 avqust 2020-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1118) ilə 2-ci hissədə iyulun 1-dək” sözləri “oktyabrın 1-dək” sözləri ilə əvəz edilmişdir.

5 noyabr 2020-ci il tarixli 442 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 noyabr 2020-ci il, № 231, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1386) ilə 2-ci hissədə “oktyabrın 1-dək” sözləri “2021-ci il yanvarın 1-dək” sözləri ilə əvəz edilmişdir.

8 yanvar 2021-ci il tarixli 2 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 yanvar 2021-ci il, № 4) ilə 2-ci hissədə “yanvarın 1-dək” sözləri “martın 31-dək” sözləri ilə əvəz edilmişdir.

13 aprel 2021-ci il tarixli 94 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 aprel 2021-ci il, № 76, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 398) ilə 2-ci hissədə “martın 31-dək” sözləri “iyunun 1-dək” sözləri ilə əvəz edilmişdir.

9 iyul 2021-ci il tarixli 198 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyul 2021-ci il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-cı il, № 7, maddə 861) ilə 2-ci hissədə “iyunun 1-dək” sözləri “avqustun 1-dək” sözləri ilə əvəz edilmişdir.

23 avqust 2021-ci il tarixli 238 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 avqust 2021-ci il, № 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 964) ilə 2-ci hissədə “avqustun 1-dək” sözləri “sentyabrın 1-dək” sözləri ilə əvəz edilmişdir.

7 oktyabr 2021-ci il tarixli 298 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 oktyabr 2021-ci il, № 217, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1167) ilə 2-ci hissədə “sentyabrın 1-dək” sözləri “noyabrın 1-dək” sözləri ilə əvəz edilmişdir.

26 noyabr 2021-ci il tarixli 369 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2021-ci il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1291) ilə 2-ci hissədə “noyabrın 1-dək” sözləri “2022-ci il yanvarın 1-dək” sözləri ilə əvəz edilmişdir.

22 fevral 2022-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 fevral 2022-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 174) ilə 2-ci hissədə “2021-ci il 2022-ci il yanvarın 1-dək” sözləri “2022-ci il martın 1-dək” sözləri ilə əvəz edilmişdir.

2 aprel 2022-ci il tarixli 121 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 aprel 2022-ci il, № 67) ilə 2-ci hissədə “martın 1-dək” sözləri “mayın 1-dək” sözləri ilə əvəz edilmişdir.

16 iyun 2022-ci il tarixli 229 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2-ci hissəsində “mayın 1-dək” sözləri “iyulun 1-dək” sözləri ilə əvəz edilmişdir.

3 avqust 2022-ci il tarixli 275 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 3 avqust 2022-ci il, “Xalq” qəzeti, 5 avqust 2022-ci il, № 164) ilə 2-ci hissədə “iyulun 1-dək” sözləri “sentyabrın 1-dək” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status