AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
01.05.2020
QEYDİYYAT NÖMRƏSİ
1014
ADI
Azərbaycan Respublikası Prezidentinin “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2002-ci il 5 oktyabr tarixli 794 nömrəli və “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2002-ci il 5 oktyabr tarixli 795 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 02-05-2020, Nəşr Nömrəsi: 85), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2020, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 539)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
02.05.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.150.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13202005011014
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
05.05.2020
Azərbaycan Respublikası Prezidentinin “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2002-ci il 5 oktyabr tarixli 794 nömrəli və “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barəd

Azərbaycan Respublikası Prezidentinin “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2002-ci il 5 oktyabr tarixli 794 nömrəli və “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2002-ci il 5 oktyabr tarixli 795 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Kinematoqrafiya haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Nəşriyyat işi haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında” və “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 noyabr tarixli 1692-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr tarixli 794 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 590; 2005, № 2, maddə 69; 2006, № 11, maddə 947; 2008, № 9, maddə 798; 2014, № 5, maddə 477, № 9, maddə 1027; 2015, № 9, maddə 995; 2016, № 8, maddə 1384; 2017, № 8, maddə 1521; 2018, № 12 (I kitab), maddə 2542) 6-cı hissəsinin dördüncü abzasından “33.1-ci,” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr tarixli 795 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 591; 2005, № 3, maddə 173, № 4, maddə 295; 2008, № 10, maddə 888; 2009, № 2, maddə 78; 2010, № 3, maddə 189; 2011, № 2, maddə 79; 2015, № 2, maddə 118, № 9, maddə 993; 2018, № 5, maddə 949) ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 7.5-ci yarımbəndin dördüncü abzasında “onların baxa biləcəyi vaxtda göstərilməməsinə” sözləri “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan vaxtda göstərilməməsinə (xüsusi dekoderlər vasitəsilə ödənişli əsasda həyata keçirilən informasiya məhsullarının telekanallarda yayımı istisna olmaqla) və həmin Qanunun teleradio yayımı sahəsində digər tələblərinin icrasına” sözləri ilə əvəz edilsin;

2.2. 8.16-cı yarımbənd ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 may 2020-ci il

            №1014

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status