430.000.000
«Məhkum olunmuş şəxslərin verilməsi haqqında» Avropa Konvensiyasına Azərbaycan Respublikasının qoşulması barədə
Azərbaycan Respublİkasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası 1995-ci il martın 21-də Strasburq şəhərində Azərbaycan Respublikası tərəfindən imzalanmış «Məhkum olunmuş şəxslərin verilməsi haqqında» 1983-cü il 21 mart tarixli Avropa Konvensiyasına müvafiq bəyanatlar və qeyd-şərt ilə (bəyanatların və qeyd-şərtin mətnləri əlavə olunur) qoşulsun.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 12 dekabr 2000-ci il.
№ 43-IIQ
Azərbaycan Respublikasının "Məhkum olunmuş şəxslərin verilməsi haqqında Avropa Konvensiyası"nın 3-cü maddəsinin 3-cü bəndi üzrə
BƏYANATI
Azərbaycan Respublikası Konvensiyanın 3-cü maddəsinin 3-cü bəndi üzrə bəyan edir ki, o, Konvensiyanın 9-cu maddəsinin 1-ci bəndinin "b" yarımbəndində nəzərdə tutulan prosedurları bütünlüklə istisna edir.
Azərbaycan Respublikasının "Məhkum olunmuş şəxslərin verilməsi haqqında Avropa Konvensiyası"nın 3-cü maddəsinin 4-cü bəndi üzrə
BƏYANATI
Azərbaycan Respublikası bəyan edir ki, Konvensiyanın məqsədinə görə "vətəndaş" anlayışı dedikdə Azərbaycan Respublikasına münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsində göstərilən şəxslər başa düşülür.
Azərbaycan Respublikasının "Məhkum olunmuş şəxslərin verilməsi haqqında Avropa Konvensiyası"nın 4-cü maddəsinin 5-ci bəndi üzrə
BƏYANATI
Azərbaycan Respublikası bununla bəyan edir ki, Konvensiyanın 4-cü maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş prosedurları milli hüquq buna yol verdiyi təqdirdə həyata keçirəcəkdir.
Azərbaycan Respublikasının "Məhkum olunmuş şəxslərin verilməsi haqqında Avropa Konvensiyası"nın 5-ci maddəsinin 3-cü bəndi üzrə
BƏYANATI
Azərbaycan Respublikası bəyan edir ki, o, Konvensiya müddəalarının icrası ilə əlaqədar Ədliyyə Nazirliyindən və diplomatik kanallardan istifadə edəcəkdir.
Azərbaycan Respublikasının "Məhkum olunmuş şəxslərin verilməsi haqqında Avropa Konvensiyası"nın 16-cı maddəsinin 7-ci bəndi üzrə
BƏYANATI
Azərbaycan Respublikası Konvensiyanın 16-cı maddəsinin 7-ci bəndinə əsasən, məhkum olunmuş şəxsin onun ərazisindən bütün tranzit keçişi barədə məlumat verilməsini tələb edir.
Azərbaycan Respublikasının "Məhkum olunmuş şəxslərin verilməsi haqqında Avropa Konvensiyası"nın 17-ci maddəsinin 3-cü bəndi üzrə
BƏYANATI
Azərbaycan Respublikası Konvensiyanın 17-ci maddəsinin 3-cü bəndinə əsasən bəyan edir ki, verilmə üçün sorğu və verilməni sübut edən sənədlər Azərbaycan dilinə tərcümə olunmaqla ingilis və ya fransız dilində təqdim olunmalıdır.
Azərbaycan Respublikasının "Məhkum olunmuş şəxslərin verilməsi haqqında Avropa Konvensiyası"nın 12-ci maddəsi üzrə
QEYD-ŞƏRTİ
Azərbaycan Respublikası Konvensiyanın 12-ci maddəsinə əsasən bəyan edir ki, Azərbaycan Respublikasından verilmiş məhkum olunmuş şəxs barəsində əfv və ya amnistiya qərarı Azərbaycan Respublikasının müvafiq səlahiyyətli orqanları ilə razılaşdırılmalıdır.