×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
01.05.2020
QEYDİYYAT NÖMRƏSİ
66-VIQ
ADI
“Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İordaniya Dəniz Komissiyası arasında Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiyanın (əlavələrlə) I/10-cu qaydasına uyğun olaraq sertifikatların (diplomların) tanınması haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 16-05-2020, Nəşr nömrəsi: 95), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2020, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 516)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
16.05.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.050.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12202005010066
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
20.05.2020
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İordaniya Dəniz Komissiyası arasında Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiyanın (əlavələrlə) I/10-cu qaydasına uyğun olaraq sertifikatların (diplomların) tanınması haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İordaniya Dəniz Komissiyası arasında Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiyanın (əlavələrlə) I/10-cu qaydasına uyğun olaraq sertifikatların (diplomların) tanınması haqqında” 2019-cu il dekabrın 10-da Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 may 2020-ci il

                № 66-VIQ


Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İordaniya Dəniz Komissiyası arasında Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiyanın (əlavələrlə) 1/10-cu qaydasına uyğun olaraq sertifikatların (diplomların) tanınması haqqında

 

ANLAŞMA MEMORANDUMU

 

Maddə 1

Məqsəd

 

Bu Anlaşma Memorandumunun 1978-ci il tarixli “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın (əlavələrlə) (bundan sonra - DHDNÇ Konvensiyası) icrası məqsədilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İordaniya Dəniz Komissiyası (bundan sonra - Tərəflər) arasında dəniz nəqliyyatı sahəsində təhsil və təlimin, dənizçilərə verilən ixtisas şəhadətnamələrinin qarşılıqlı tanınmasıdır.

 

Maddə 2

Tətbiq

 

Bu Anlaşma Memorandumu DHDNÇ Konvensiyasının müvafiq müddəalarına uyğun olaraq bir Tərəfin verdiyi ixtisas şəhadətnaməsinə malik olan və digər Tərəfin bayrağı altında üzən gəmidə xidmət göstərən dənizçilərə şamil olunur.

 

Maddə 3

Anlaşma Memorandumunun əhatə dairəsi

 

Hər iki Tərəf DHDNÇ Konvensiyasının (əlavələrlə) 1/10-cu qaydasına uyğun olaraq digər Tərəfin Hökuməti tərəfindən verilmiş dəniz nəqliyyatı sahəsində təhsil və təlimin, ixtisas şəhadətnamələrinin, təsdiqnamələrin, təsdiq edilmiş təlim sənədlərinin və dənizçilərin tibbi şəhadətnamələrinin (bundan sonra - “sertifikatlar”) qarşılıqlı tanınması və təlim, sertifikatlaşdırma və dənizçilərin idarə edilməsi üzrə iki Tərəf arasında əməkdaşlıq etmək barədə razılığa gəlir.

 

Maddə 4

Tərəflərin əlaqə vasitələri

 

4.1. Bu Anlaşma Memorandumunun həyata keçirilməsi məqsədilə hər iki Tərəf bir-birini Anlaşma Memorandumunun icrasına məsul olan şəxslərin əlaqə nömrələri və elektron poçt ünvanı ilə təmin edir.

4.1.1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin əlaqə vasitələri:

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktoru

Xanlar küçəsi 2B, Bakı, AZ 1003, Azərbaycan

Telefon: +994124974405

Faks: +994124974406

E-poçt: info@ardda.qov.az

4.1.2. İordaniya Dəniz Komissiyasının əlaqə vasitələri:

İordaniya Dəniz Komissiyasının Baş direktoru

Əl-Rəşid küçəsi - Aqaba, İordaniya

Poçt indeksi (171) Aqaba (77 110)

Telefon: 0096232015858 Faks: 0096232031553

E- poçt: ima@ima.qov.io, ima reqister@ima.qov.io

4.2. Tərəflərin yuxarıda qeyd olunmuş ünvanlarında və ya əlaqə nömrələrində yaxud e-poçt ünvanında hər hansı dəyişiklik olacağı təqdirdə bir Tərəf ikinci Tərəfi dərhal bu dəyişikliklər barədə xəbərdar edir.

 

Maddə 5

Təhsil, təlim və dənizçilərin qiymətləndirilməsi

 

DHDNÇ Konvensiyasının tələblərinə uyğun olaraq Tərəflər milli qanunvericilikləri çərçivəsində, dənizçilərin təhsilinin, təliminin və qiymətləndirilməsinin DHDNÇ Məcəlləsinin A-l/6 fəslinə əsasən müvafiq təlimin qiymətləndirilməsinin hər bir növ və səviyyə üzrə təşkil olunmasını və nəzarət edilməsini təmin edirlər.

 

Maddə 6

Etibarlılıq və autentikliyin yoxlanılması

 

Hər iki Tərəf razılığa gəlir ki, hər bir Tərəfin Dəniz Administrasiyası sertifikat verən Tərəfin verdiyi sertifikatların autentikliyini və etibarlılığını faksimil və ya elektron poçt vasitəsilə bu Anlaşma Memorandumunun icrasına bilavasitə məsul olan rəsmi şəxsə ünvanlanan birbaşa sorğu əsasında yoxlayır. Sorğuda sertifikat sahibinin şəxsi məlumatları (adı, soyadı, doğum tarixi) və sorğu olunan sertifikatla bağlı məlumatlar (sertifikatın tipi, seriya nömrəsi, verilmə yeri və tarixi) öz əksini tapır. Sertifikat verən Tərəf sorğunu qəbul etdikdən sonra yeddi (7) gün ərzində elektron poçt və ya faksimillə qarşı tərəfi cavablandırır.

 

Maddə 7

Təlim sahələrinə səfər və prosedurların yoxlanılması

 

7.1. Tərəflərin Dəniz Administrasiyalarının nümayəndələri digər sertifikat verən Tərəfin razılığı ilə və DHDNÇ Konvensiyasının 1/10-cu qaydasının müddəalarına uyğun olaraq aşağıda göstərilənlərlə bağlı təlim sahələrinə səfər edə, DHDNÇ Konvensiyasının tələblərinin yerinə yetirilməsi ilə əlaqədar sertifikat verən Tərəfin təsdiqlədiyi və ya qəbul etdiyi prosedur və qaydaları yoxlaya bilərlər.

a. DHDNÇ Konvensiyasının tətbiqinə riayət edilməsi ilə bağlı hər bir Dəniz Administrasiyasının imkanı, həmçinin dənizçilərin təhsil və təlim sahələri;

b. ixtisas sertifikatlarının verilməsi ilə bağlı standartlar;

c. sertifikatların verilməsi, təsdiq edilməsi, etibarlılıq müddətinin uzadılması və sertifikatın ləğv edilməsi;

d. uçot aparılması;

e. tibbi uyğunluq standartları;

f. yoxlama üçün sorğuların əlaqələndirilməsi və cavablandırılması prosesi.

7.2. Səfəri həyata keçirən Dəniz Administrasiyası yuxarıda göstərilən bəndin müddəalarına uyğun olaraq həyata keçirdiyi qiymətləndirmənin nəticələri barədə məlumatı səfəri bitirdikdən sonra üç (3) ay müddətinə sertifikatı verən Tərəfə təqdim edir.

 

Maddə 8

Əhəmiyyətli dəyişikliklərlə bağlı bildiriş

 

Hər bir Tərəf DHDNÇ Konvensiyasına uyğun olaraq sertifikatın verilməsi və təlimlərin təşkili ilə bağlı hər hansı əhəmiyyətli dəyişikliklər edərsə, bu dəyişikliklərin tətbiqindən sonra altmış (60) gün müddətində bu barədə digər Tərəfin Dəniz Administrasiyasını məlumatlandırır.

 

Maddə 9

Tanınmaya dair təsdiqnamələrin etibarlılıq müddətinin dayandırılması, ləğv edilməsi və geri alınması

 

Tərəflərdən birinin Dəniz Administrasiyası müvafiq qaydada sertifikatlaşdırılmış dənizçilərin intizam xətasına və ya öz dövlətinin milli qanunvericiliyinə görə DHDNÇ Konvensiyasının 1/2-ci qaydasının müddəasına uyğun olaraq, tanınmaya dair təsdiqnamələrin verilməsindən imtina edə və ya tanınmaya dair təsdiqnamələrin etibarlılıq müddətini dayandıra, ləğv edə və ya geri ala bilər və bu barədə yeddi (7) gün ərzində sertifikatı verən Tərəf faksimil və ya elektron poçt vasitəsilə məlumatlandırılmalıdır.

 

Maddə 10

Dəyişikliklər

 

Bu Anlaşma Memorandumuna Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı əsasında dəyişikliklər və ya düzəlişlər edilə bilər. Bu dəyişikliklər və ya düzəlişlər hazırkı Anlaşma Memorandumunun ayrılmaz hissəsi hesab edilir və 11-ci maddədə nəzərdə tutulan prosedurlara uyğun olaraq qüvvəyə minən protokollarla rəsmiləşdirilir.

 

Maddə 11

Etibarlılıq müddəti

 

Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri olan müvafiq dövlətdaxili prosedurlann tamamlanmasını təsdiq edən Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.

Bu Anlaşma Memorandumu Bakı şəhərində 10 dekabr 2019-cu il tarixində, iki əsl nüsxədə, hər biri Azərbaycan, ərəb və ingilis dillərində olmaqla, imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Anlaşma Memorandumunun təfsiri zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük verilir.

 

Azərbaycan Respublikasının

İordaniya Dəniz Komissiyası

Nəqliyyat, Rabitə və Yüksək

adından

Texnologiyalar Nazirliyi adından

 

(imza)

(imza)

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status