51-VIQD - “Sərhəd mühafizə orqanları haqqında”, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
17.04.2020
QEYDİYYAT NÖMRƏSİ
51-VIQD
ADI
“Sərhəd mühafizə orqanları haqqında”, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 16-05-2020, Nəşr nömrəsi: 95), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2020, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 508)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
16.05.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12202004170051
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
20.05.2020
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Sərhəd mühafizə orqanları haqqında”, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1553-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

1. “Sərhəd mühafizə orqanları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 16, maddə 209; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 15; 2004, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 199; 2007, № 6, maddə 560, № 11, maddə 1078; 2013, № 2, maddə 94; 2016, № 1, maddə 10; 2017, № 4, maddə 519, № 12 (I kitab), maddə 2201; 2018, № 7 (I kitab), maddə 1402) 2-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində “hərbi peşə təhsili məktəblərindən” sözləri “xüsusi təyinatlı təhsil müəssisələrindən” sözləri ilə əvəz edilsin.

2. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 684; 2011, № 2, maddə 70; 2014, № 1, maddə 3; 2015, № 11, maddə 1266; 2016, № 1, maddə 41, № 11, maddə 1766; 2017, № 2, maddə 145, № 5, maddə 691, № 7, maddələr 1277, 1300, № 12 (I kitab), maddə 2202; 2018, № 7 (I kitab), maddələr 1381, 1409, № 11, maddə 2208; 2019, № 5, maddə 798, № 7, maddə 1190, № 8, maddə 1382, № 11, maddə 1684, № 12, maddə 1881) 14.8-1-ci maddəsində “dövlət,” sözü “bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə” sözləri ilə əvəz edilsin.

3. “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1152; 2019, № 5, maddə 799, № 6, maddə 986, № 11, maddə 1685) 13.8-ci maddəsinin birinci cümləsində “Peşə” sözü “Dövlət peşə” sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bələdiyyə və özəl peşə təhsili müəssisəsində təhsilverənlərin attestasiyası keçirilir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 aprel 2020-ci il

                № 51-VIQD

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status