×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
24.04.2020
QEYDİYYAT NÖMRƏSİ
57-VIQD
ADI
“Elm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 16-05-2020, Nəşr nömrəsi: 95), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2020, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 513)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
16.05.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
200.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12202004240057
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
20.05.2020
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Elm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Elm haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1366; 2018, № 11, maddə 2198) aşağıdakı dəyişikliklər edilsin:

1. 16.3-cü maddəyə “müəssisələrin” sözündən sonra “(təşkilatların)” sözü əlavə edilsin.

2. 24-cü maddə üzrə:

2.1. adına “müəssisənin” sözündən sonra “(təşkilatın)” sözü əlavə edilsin;

2.2. 24.1-ci və 24.5-ci (hər iki halda) maddələrə “müəssisələrin” sözündən sonra “(təşkilatların)” sözü əlavə edilsin;

2.3. 24.4-cü maddə üzrə:

2.3.1. birinci cümləyə “müəssisələrin” sözündən sonra “(təşkilatların)” sözü əlavə edilsin;

2.3.2. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:

“Elmi müəssisələrin (təşkilatların) akkreditasiyası ali attestasiya orqanı tərəfindən həyata keçirilir.”;

2.4. 24.6-cı maddə üzrə:

2.4.1. birinci cümləyə “müəssisələrə” sözündən sonra “(təşkilatlara)” sözü əlavə edilsin;

2.4.2. ikinci cümləyə “müəssisə” sözündən sonra “(təşkilat)” sözü əlavə edilsin;

2.5. 24.7-ci maddəyə “müəssisələr” sözündən sonra “(təşkilatlar)” sözü əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 aprel 2020-ci il

                 № 57-VIQD

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status