×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
27.02.2020
QEYDİYYAT NÖMRƏSİ
69
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili Qaydalarının təsdiq edilməsi barədə” 2002-ci il 10 may tarixli 77 nömrəli, “Xüsusi təhsil müəssisələri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2002-ci il 10 may tarixli 78 nömrəli, “Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının Konsepsiya və Strategiyasının təsdiq edilməsi haqqında” 2007-ci il 25 iyun tarixli 102 nömrəli, “Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası”nın təsdiq edilməsi haqqında” 2009-cu il 13 yanvar tarixli 9 nömrəli, “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”nın təsdiq edilməsi haqqında” 2010-cu il 14 yanvar tarixli 8 nömrəli, “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 29 aprel tarixli 82 nömrəli, “Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 22 iyun tarixli 115 nömrəli, “Formal təhsilin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 6 avqust tarixli 147 nömrəli, “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 28 sentyabr tarixli 167 nömrəli, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2011-ci il 13 yanvar tarixli 5 nömrəli, “Təhsildə xüsusi nailiyyətlərə görə” qızıl və gümüş medalların təsviri”nin təsdiq edilməsi haqqında” 2011-ci il 14 aprel tarixli 53 nömrəli və “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2016-cı il 12 dekabr tarixli 498 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 01-03-2020, Nəşr Nömrəsi: 47), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 29-02-2020, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 216)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.03.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202002270069
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
03.03.2020
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili Qaydalarının təsdiq edilməsi barədə” 2002-ci il 10 may tarixli 77 nömrəli, “Xüsusi təhsil müəssisələri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2002-ci il 10 may tarixli 78 nömrəli, “Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının Konsepsiya və Strategiyasının təsdiq edilməsi haqqında” 2007-ci il 25 iyun tarixli 102 nömrəli, “Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyasının təsdiq edilməsi haqqında” 2009-cu il 13 yanvar tarixli 9 nömrəli, “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”nın təsdiq edilməsi haqqında” 2010-cu il 14 yanvar tarixli 8 nömrəli, “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 29 aprel tarixli 82 nömrəli, “Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 22 iyun tarixli 115 nömrəli, “Formal təhsilin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 6 avqust tarixli 147 nömrəli, “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 28 sentyabr tarixli 167 nömrəli, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2011-ci il 13 yanvar tarixli 5 nömrəli, “Təhsildə xüsusi nailiyyətlərə görə” qızıl və gümüş medalların təsviri”nin təsdiq edilməsi haqqında” 2011-ci il 14 aprel tarixli 53 nömrəli və “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2016-cı il 12 dekabr tarixli 498 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli 77 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 314; 2010, № 3, maddə 264; 2015, № 12, maddə 1581) ilə təsdiq edilmiş “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nın II bölməsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 6-cı hissədən “ibarət üç mərhələdən” sözləri çıxarılsın;

1.2. 13-cü hissədə “səviyyəsini başa vuran şagirdlərə müvafiq dövlət sənədi,” sözləri “və (və ya)” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli 78 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 315; 2005, № 3, maddə 255; 2007, № 2, maddə 185; 2009, № 10, maddə 857; 2017, № 4, maddə 629, № 10, maddə 1910, № 12 (II kitab), maddə 2518; 2018, № 5, maddə 1150, № 11, maddə 2458) ilə təsdiq edilmiş “Xüsusi təhsil müəssisələri haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 5-ci hissəyə “Məktəbəqədər təhsil haqqında” sözlərindən sonra “, “Ümumi təhsil haqqında” sözləri əlavə edilsin;

2.2. 9-cu hissə üzrə:

2.2.1. üçüncü abzasda, beşinci abzasın ikinci cümləsində, doqquzuncu abzasın ikinci cümləsində, on ikinci, on yeddinci, on doqquzuncu, iyirmi birinci abzaslarda, iyirmi dördüncü abzasın ikinci cümləsində “əsas təhsil haqqında şəhadətnamə” sözləri “ümumi orta təhsil haqqında attestat” sözləri ilə əvəz edilsin;

2.2.2. yeddinci abzasın ikinci cümləsində, on ikinci abzasda, iyirmi dördüncü abzasın birinci və ikinci cümlələrində “orta təhsil” sözləri “tam orta təhsil” sözləri ilə əvəz edilsin;

2.2.3. on dördüncü abzasdan “Təhsil Nazirliyi tərəfindən” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 iyun tarixli 102 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 706; 2017, № 2, maddə 300; 2018, № 11, maddə 2428; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 30 dekabr tarixli 519 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının Konsepsiya və Strategiyası”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.4-cü bəndin otuz yeddinci abzasında “akkreditasiyası” sözü “attestasiyası” sözü ilə əvəz edilsin;

3.2. 2.13.2-ci yarımbəndin otuz birinci abzasında “akkreditasiyasını” sözü “attestasiyasını və sertifikatlaşdırılmasını” sözləri ilə əvəz edilsin;

3.3. 2.14.3-cü yarımbəndin beşinci abzasına “müəssisələrində” sözündən sonra “(ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində)” sözləri əlavə edilsin;

3.4. 3.2.2-ci yarımbəndin üçüncü abzasına “Təhsilin İdarə Olunmasının Məlumat Sisteminin (TİMS)” sözləri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (TMİS)” sözləri ilə əvəz edilsin;

3.5. 3.2.4-cü yarımbəndin iyirmi beşinci abzasında “akkreditasiyası” sözü “sertifikatlaşdırılması” sözü ilə və iyirmi səkkizinci abzasında “akkreditasiyası” sözü “attestasiyası” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli 9 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 1, maddə 30; 2012, № 10, maddə 1004; 2016, № 12, maddə 2239) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.7-ci bəndin iyirminci abzasının ikinci cümləsində “Yekun qiymətləndirmə” sözləri “Attestasiya (məktəbdaxili qiymətləndirmə)” sözləri ilə və üçüncü cümləsində “yekun qiymətləndirmə” sözləri “attestasiya (məktəbdaxili qiymətləndirmə)” sözləri ilə əvəz edilsin;

4.2. 1.8-ci bəndin dördüncü abzasında “yekun qiymətləndirmə” sözləri “yekun attestasiya” sözləri ilə əvəz edilsin;

4.3. 2-ci hissənin dördüncü abzasında “ümumtəhsil pillələri üzrə yekun qiymətləndirmənin” sözləri “ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri üzrə yekun attestasiyanın” sözləri ilə əvəz edilsin;

4.4. 2.2-ci bəndin üçüncü abzasında “əsas” sözü “ümumi orta” sözləri ilə, “orta” sözü “tam orta” sözləri ilə, “pillələrinin” sözü “səviyyələrinin” sözü ilə və “yekun qiymətləndirmə” sözləri “attestasiya” sözü ilə əvəz edilsin;

4.5. 2.3-cü bənd üzrə:

4.5.1. adında “(ümumtəhsil pillələri üzrə yekun qiymətləndirmə)” sözləri “(ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri üzrə yekun attestasiya)” sözləri ilə əvəz edilsin;

4.5.2. birinci abzasın birinci cümləsində “təhsil pillələri” sözləri “ümumi orta və tam orta təhsil səviyyələri” sözləri ilə əvəz edilsin və ikinci cümləsindən “şəhadətnamə və” sözləri çıxarılsın;

4.5.3. üçüncü abzasda “orta təhsil (10 və 11-ci siniflər) pilləsinin” sözləri “tam orta təhsil (10-cu və 11-ci siniflər) səviyyəsinin” sözləri ilə əvəz edilsin.

5. “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 yanvar tarixli 8 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 1, maddə 54) aşağıdakı dəyişikliklər edilsin:

5.1. adında və 1-ci hissəsində “medalla” sözü “nişanla” sözü ilə əvəz edilsin;

5.2. həmin Qərarla təsdiq edilmiş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası” üzrə:

5.2.1. adında, 2-ci hissəsinin birinci və ikinci cümlələrində, 3-7-ci hissələrində “medalla” sözü “nişanla” sözü ilə əvəz edilsin;

5.2.2. 1-ci hissədə “maddəsinə” sözü “və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13.19-cu maddələrinə” sözləri ilə əvəz edilsin;

5.2.3. 6-cı (hər iki halda) və 8-ci hissələrdə “medala” sözü “nişana” sözü ilə əvəz edilsin;

5.2.4. 9-cu hissədə “medal” sözü “nişan” sözü ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 4, maddə 372; 2011, № 3, maddə 235; 2013, № 5, maddə 567; 2014, № 5, maddə 571; 2016, № 6, maddə 1203, № 11, maddə 1967; 2017, № 6, maddə 1222; 2018, № 11, maddə 2428, № 12 (II kitab), maddə 2738) ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. 1.1-ci bəndə “uyğun olaraq” sözlərindən əvvəl “və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə” sözləri əlavə edilsin;

6.2. 2.4-cü bənddə, 3.2-ci bəndin ikinci cümləsində (hər iki halda) “medalla” sözü “nişanla” sözü ilə əvəz edilsin;

6.3. Qaydaya 5 və 6 nömrəli əlavələrdə “MEDAL” sözü “NİŞAN” sözü ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 22 iyun tarixli 115 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 559; 2018, № 11, maddə 2431) ilə təsdiq edilmiş “Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid Qaydaları”nın 7-ci hissəsinin birinci cümləsində “qiymətləndirmə” sözü “attestasiya” sözü ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 avqust tarixli 147 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 8, maddə 756; 2012, № 6, maddə 632; 2016, № 12, maddə 2244; 2018, № 11, maddə 2431, № 12 (II kitab), maddə 2739) ilə təsdiq edilmiş “Formal təhsilin təşkili Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

8.1. 5.1-ci bəndin ikinci abzasına “əyani” sözündən sonra “, sərbəst (eksternat)” sözləri əlavə edilsin;

8.2. 6-cı hissədə “qanunvericiliyə uyğun təşkil edilən” sözləri “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş təhsilalma formaları çərçivəsində” sözləri ilə əvəz edilsin və həmin hissəyə “evdə təhsili” sözlərindən sonra “, stasionar təhsil” sözləri əlavə edilsin;

8.3. 7-ci və 7-1-ci hissələr ləğv edilsin.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 9, maddə 833; 2012, № 6, maddə 624, № 10, maddə 1005; 2016, № 10, maddə 1713; 2017, № 2, maddə 314; 2018, № 11, maddə 2429) ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

9.1. 1.5-ci bəndin altıncı abzasında “sertifikatın” sözü “şəhadətnamənin” sözü ilə əvəz edilsin;

9.2. 4.1-ci bəndin birinci abzasında “yekun qiymətləndirilməsinin (attestasiyasının)” sözləri “yekun attestasiyasının” sözləri ilə əvəz edilsin;

9.3. 5.3-cü bəndin birinci abzasının dördüncü cümləsində “sertifikat” sözü “şəhadətnamə” sözü ilə əvəz edilsin.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 1, maddə 58; 2012, № 1, maddə 34, № 10, maddə 1007; 2014, № 10, maddə 1329; 2015, № 12, maddə 1562; 2016, № 7, maddə 1351, № 10, maddə 1717; 2017, № 4, maddə 612, № 12 (II kitab), maddələr 2519, 2535; 2018, № 5, maddə 1144, № 11, maddə 2429; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 30 dekabr tarixli 519 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

10.1. 1.2-ci bənddə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu” sözləri “Azərbaycan Respublikasının “Təhsil haqqında”, “Ümumi təhsil haqqında” qanunlarını” sözləri ilə əvəz edilsin;

10.2. 1.6-cı bənddə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri “Azərbaycan Respublikasının “Təhsil haqqında”, “Ümumi təhsil haqqında” qanunlarına” sözləri ilə əvəz edilsin;

10.3. 1.8-ci bənddə “hər bir məktəbin öz nizamnaməsi ilə” sözləri “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 12.13-cü maddəsinə uyğun” sözləri ilə əvəz edilsin;

10.4. 1.9-cu və 3.3-3.6-cı bəndlər aşağıdakı redaksiyada verilsin:

“1.9. Təsisçinin məsuliyyəti, səlahiyyət dairəsi və təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının “Publik hüquqi şəxslər haqqında” və “Təhsil haqqında” qanunları, təsis müqaviləsi və təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.

3.3. Ümumi təhsil fərdin, cəmiyyətin, dövlətin maraqlarına uyğun olaraq, təhsilalanların fənlər vasitəsilə müvafiq elm sahələri üzrə zəruri bilik və bacarıqlara yiyələnməsini, Azərbaycan xalqının dəyərləri və ümumbəşəri dəyərlər əsasında tərbiyə olunmasını, sağlam həyat tərzini, ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrini dərk etməsini, müstəqil surətdə əlavə biliklər və şəxsiyyəti formalaşdıran həyati bacarıqlar əldə etməsini, intellektual və fiziki inkişafını, cəmiyyətə inteqrasiyasını və sosiallaşmasını, rəqabətqabiliyyətli olmasını, peşə seçimini, əmək fəaliyyətinə hazırlığını və növbəti pillədə təhsil almaq imkanını təmin edir.

3.4. İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaqdan, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.

3.5. Ümumi orta təhsilin məqsədi təhsilalanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını təmin etməkdən, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbul etmə bacarığını, peşə seçiminə və əmək fəaliyyətinə hazırlığını təmin etməkdən ibarətdir.

3.6. Tam orta təhsil səviyyəsində təhsilalanların istedad və qabiliyyətinin reallaşdırılması, müstəqil həyata hazırlanması, onlarda fəal vətəndaş mövqeyinin və rəqabətqabiliyyətliliyin, ümumbəşəri dəyərlərə tolerant münasibətin formalaşdırılması, müasir informasiya mənbələrindən sərbəst və səmərəli istifadə etməsi, iqtisadi dünyagörüşə yiyələnməsi, xarici dillərdən birində, yaxud bir neçəsində ünsiyyət saxlaması və s. təmin olunur.”;

10.5. 3.8-ci bəndin birinci cümləsində “, bir qayda olaraq, əyani” sözləri “əyani, sərbəst (eksternat)” sözləri ilə əvəz edilsin və ikinci cümləsinə “fərdi” sözündən əvvəl “stasionar və” sözləri əlavə edilsin;

10.6. 3.9-cu bənddən “forması” sözü çıxarılsın;

10.7. 3.10-cu bəndə “ümumi orta” sözlərindən əvvəl “ibtidai,” sözü əlavə edilsin;

10.8. 4.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“4.2. Mülkiyyət növündən və tabeliyindən asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində təlim-tərbiyə prosesi dövlət təhsil standartlarına uyğun hazırlanmış və ya beynəlxalq səviyyədə akkreditasiya olunan müvafiq təhsil proqramları (kurikulumlar) əsasında həyata keçirilir.”;

10.9. 4.6-cı bənddə “şəhadətnamə” sözü “attestat” sözü ilə əvəz edilsin;

10.10. 4.7-ci bəndə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:

“Təmayül sinifləri şagirdlərin sayı ən azı 15 nəfər olmaqla komplektləşdirilir. Tədris ili ərzində təmayül siniflərində şagird sayının azalması həmin siniflərin fəaliyyətinin davam etdirilməsinə məhdudiyyət yaratmır.”;

10.11. 4.15-ci bənddə “yekun qiymətləndirilməsinin (attestasiyasının)” sözləri “yekun attestasiyasının” sözləri ilə əvəz edilsin;

10.12. 6.1.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“6.1.2. təhsilverənlər (pedaqoji işçilər) – müəllimlər, məsləhətçilər, tərbiyəçilər, müəllim köməkçiləri, çağırışaqədərki hazırlıq rəhbərləri, defektoloqlar, loqopedlər, praktik psixoloqlar, sosioloq-pedaqoqlar, uşaq birliyi rəhbərləri, laborantlar, kitabxanaçılar, sosial xidmət sahəsinin işçiləri, təhsil müəssisəsinin dərnək və musiqi rəhbərləri, metodistlər, təhsil müəssisəsində çalışan konsertmeysterlər və məşqçilər, ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan digər şəxslər;”;

10.13. 6.1.4-cü yarımbəndə “orqanları” sözündən sonra “və bələdiyyələr” sözləri əlavə edilsin, həmin yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6.1.5-ci, 6.1.6-cı və 6.1.7-ci yarımbəndlər əlavə edilsin:

“6.1.5. təsisçilər;

6.1.6. tədrisə köməkçi heyət – tibbi xidmət işçiləri və digər işçilər;

6.1.7. ümumi təhsil müəssisəsi ilə təhsil sahəsində əməkdaşlıq edən digər fiziki və hüquqi şəxslər.”;

10.14. 7.1.1-ci yarımbəndə “tədris dilini,” sözlərindən sonra “xarici dili,” sözləri, “məşğuliyyəti” sözündən sonra “, o cümlədən dərsdənkənar məşğələni (fakültativ kursları)” sözləri əlavə edilsin;

10.15. aşağıdakı məzmunda 7.1.7-1-ci, 7.3.1-1-ci, 7.3.4-1-ci yarımbəndlər əlavə edilsin:

“7.1.7-1. təhsillə bağlı inkişafyönlü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, proqram və layihələr) iştirak etmək;

7.3.1-1. üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;

7.3.4-1. sağlam həyat tərzi keçirmək;”;

10.16. 8.1.3-cü yarımbəndə “seçmək” sözündən sonra “, tədris-metodik vəsaitlərlə təmin olunmaq” sözləri əlavə edilsin;

10.17. 8.1.6-cı yarımbənddən “ixtisasını artırmaq,” sözləri çıxarılsın;

10.18. 8.2.2-ci yarımbəndə “proqramlarının” sözündən sonra “(kurikulumların)” sözü və “etmək” sözündən sonra “ , keyfiyyətli təhsil vermək” sözləri əlavə edilsin;

10.19. 8.2.5-ci yarımbəndə “pedaqoji” sözündən əvvəl “daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək,” sözləri əlavə edilsin;

10.20. 8.2.7-ci yarımbəndə “çəkindirmək” sözündən sonra “, təhsilalanların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək” sözləri əlavə edilsin;

10.21. 8.2.8-ci yarımbəndə “yüksəltmək,” sözündən sonra “qabaqcıl pedaqoji təcrübələri, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək,” sözləri əlavə edilsin;

10.22. aşağıdakı məzmunda 8.2.8-1-ci, 8.2.8-2-ci və 9.2.2-1-ci yarımbəndlər əlavə edilsin:

“8.2.8-1. valideynlərlə əməkdaşlıq etmək, təhsilalanların təlim nailiyyətləri barədə valideynləri məlumatlandırmaq;

8.2.8-2. təhsil müəssisəsinin rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, təhsilalanların təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq;

9.2.2-1. təhsil müəssisəsinin daxili intizam qaydalarına riayət etmək, işgüzar nüfuzunu qorumaq;”;

10.23. 10.13-cü bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Ümumi təhsil müəssisəsinin ərazisində profilindən kənar müəssisələrin yerləşdirilməsinə və fəaliyyətinə, hər hansı şəxsin (şəxslərin) məskunlaşdırılmasına yol verilmir.”.

11. “Təhsildə xüsusi nailiyyətlərə görə” qızıl və gümüş medalların təsviri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 aprel tarixli 53 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 4, maddə 368) aşağıdakı dəyişikliklər edilsin:

11.1. adında və 1-ci hissəsində “medalların” sözü “nişanların” sözü ilə əvəz edilsin;

11.2. həmin Qərarla təsdiq edilmiş “Təhsildə xüsusi nailiyyətlərə görə” qızıl və gümüş medalların təsviri” üzrə:

11.2.1. adında, 1 və 2 nömrəli əlavələrinin yuxarı sağ küncündə “medalların” sözü “nişanların” sözü ilə əvəz edilsin;

11.2.2. 2-ci hissədə və 3-cü hissənin birinci cümləsində “Medalların” sözü “Nişanların” sözü ilə əvəz edilsin;

11.2.3. 1-ci hissədə (hər iki halda) “medallar” sözü “nişanlar” sözü ilə, 5-ci hissənin birinci cümləsində və 6-cı hissədə “Medallar” sözü “Nişanlar” sözü ilə əvəz edilsin;

11.2.4. 4-cü hissədə hər iki halda “medalın” sözü “nişanın” sözü ilə və hər iki halda “MEDAL” sözü “NİŞAN” sözü ilə əvəz edilsin;

11.2.5. 5-ci hissənin ikinci cümləsində hər iki halda “medalın” sözü “nişanın” sözü ilə əvəz edilsin.

12. “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 498 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2217; 2018, № 4, maddə 814, № 12 (II kitab), maddə 2746; 2019, № 4, maddə 763, № 6, maddə 1141) aşağıdakı dəyişikliklər edilsin:

12.1. adında və 1-ci hissəsində “yekun qiymətləndirilməsinin (attestasiyasının)” sözləri “yekun attestasiyasının” sözləri ilə əvəz edilsin;

12.2. həmin Qərarla təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nın adında, 1.1-ci və 1.3-cü bəndlərində, 1.4-cü bəndinin birinci cümləsində, 1.12-ci, 1.13-cü, 2.1-ci bəndlərində, 2.6-cı bəndinin birinci və üçüncü cümlələrində ismin müvafiq hallarında “yekun qiymətləndirilməsi (attestasiyası)” sözləri ismin müvafiq hallarında “yekun attestasiyası” sözləri ilə və 3.1-ci, 3.2-ci bəndlərində (hər iki halda), 3.4-cü və 4.1-ci bəndlərində ismin müvafiq hallarında “yekun qiymətləndirmə (attestasiya)” sözləri ismin müvafiq hallarında “yekun attestasiya” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

 

Bakı şəhəri, 27 fevral 2020-ci il

    № 69

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status