070.210.090
![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASI Səhİyyə Nazİrlİyİ KOLLEGİYASININ QərarI |
Qəbul edildiyi tarix |
01.06.2020 |
Qeydiyyat nömrəsi |
19 |
Adı |
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 2017-ci il 08 fevral tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş “Fasiləsiz əmək stajına görə əlavə haqq almaq hüququ verilən səhiyyə işçilərinin fasiləsiz əmək stajının hesablanması Qaydaları”nda dəyişiklik edilməsi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
11.06.2020 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
070.210.090 220.010.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15202006010019 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
10.06.2020 |
“Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə” Nazirlər Kabinetinin 2020-ci il 17 yanvar tarixli 17s nömrəli Sərəncamının 4-cü hissəsinin icrasının təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 25 may 2006-cı il tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 14.5-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyası
qərara alır:
1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 2017-ci il 08 fevral tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş “Fasiləsiz əmək stajına görə əlavə haqq almaq hüququ verilən səhiyyə işçilərinin fasiləsiz əmək stajının hesablanması Qaydaları”nın 2.4.3-cü yarımbəndində “məşğulluq orqanlarında” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında” sözləri ilə əvəz edilsin.
2. Daxili nəzarət şöbəsinə (O.Səlimov) tapşırılsın ki, bu qərar 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.
3. Qərarın icrasına nəzarət nazir müavini E.Ağayevə həvalə edilsin.
Kollegiyanın sədri, Nazir |
Oqtay Şirəliyev |