210.050.000
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 yanvar tarixli 1718 nömrəli Sərəncamının 3.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1354, № 9, maddə 1909; 2019, № 2, maddə 352, № 4, maddə 754, № 8, maddə 1462) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın 2.6-cı bəndində “Dövlət” sözü “Milli” sözü ilə əvəz edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri
Bakı şəhəri, 13 iyun 2020-ci il
№ 203