×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
08.05.2020
QEYDİYYAT NÖMRƏSİ
96-VIQD
ADI
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 19-06-2020, Nəşr nömrəsi: 116), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2020, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 674)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
19.06.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
210.050.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12202005080096
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
16.06.2020
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 13-cü bəndlərini rəhbər tutaraq, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1523-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1.Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 365; 2005, № 4, maddə 278; 2007, № 11, maddə 1072; 2010, № 3, maddə 168; 2012, № 11, maddə 1057; 2013, № 11, maddə 1313; 2015, № 11, maddə 1279; 2017, № 2, maddələr 141, 160; 2018, № 6, maddə 1157, № 11, maddə 2192) 1-ci maddəsinin yeddinci hissəsi aşağıdakı redaksiyada verilsin:

“Reklam qurğuları (reklam) tarix və mədəniyyət abidələrinin ərazilərində və mühafizə zonalarında, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada yerləşdirilə bilər.”.

Maddə 2.Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 1, maddə 2, № 8, maddə 415; 2004, № 8, maddə 598; 2007, № 11, maddə 1053; 2011, № 6, maddə 483; 2017, № 1, maddə 5; 2019, № 2, maddə 180, № 4, maddə 578) 7.1-1-ci maddəsinin ikinci cümləsində “kiçik olmalı və reklamın yerləşdiyi ümumi sahənin üçdə birindən çox” sözləri “böyük” sözü ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 8 may 2020-ci il

                 № 96-VIQD

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status