AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
29.03.2001
QEYDİYYAT NÖMRƏSİ
671
ADI
Azərbaycan Respublikası Rabitə Nazirliyinin bir sıra müəssisə və obyektlərinin özəlləşdirilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2001, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 201)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
29.03.2001
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
110.000.000
020.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Rabitə Nazirliyinin bir sıra müəssisə və obyektlərinin özəlləşdirilməsi haqqında

Azərbaycan Respublikası Rabitə Nazirliyinin bir sıra müəssisə və obyektlərinin özəlləşdirilməsi haqqında

 Azərbaycan Respublİkası Prezİdentİnİn Sərəncamı

 

İqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi və investisiyaların cəlb olunması yolu ilə iqtisadiyyatın daha sürətlə  inkişafına nail olmaq və onun səmərəliliyinin artırılmasını təmin etmək məqsədi ilə və "Azərbaycan Respublikasında dövlət əmlakının  özəlləşdirilməsinin II Dövlət Proqramı"na uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikası Rabitə Nazirliyinin aşağıdakı müəssisə və obyektləri özəlləşdirməyə açıq elan edilsinlər:

Bakı telefon rabitəsi İstehsalat Birliyi;

"Aztelekom" İstehsalat Birliyi; [1]

Bakı teleqrafı;

"Azərmətbuatyayımı" İstehsalat Birliyi;

"Qasid" mətbuat yayımı firması;

Material texniki təchizat idarəsi;

"Teleradio" İstehsalat Birliyinin:

Orbita stansiyası (Qaradağ rayonu);

beynəlxalq rabitənin təşkili məqsədilə istifadə olunan peyk rabitəsinin yerüstü stansiyaları;

Rabitə Nazirliyinin, onun tabeliyində olan müəssisə və təşkilatların iştirakı ilə yaradılmış müştərək müəssisələrin nizamnamə  kapitalındakı dövlət payları.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci bəndində göstərilən Bakı telefon rabitəsi və "Aztelekom"  istehsalat birliklərinin, habelə "Teleradio" İstehsalat Birliyinin beynəlxalq rabitənin təşkili məqsədilə istifadə olunan peyk rabitəsinin yerüstü  stansiyalarının fərdi layihələr üzrə satışını, qalanlarının isə qanunvericilikdə nəzərdə tutulmuş üsullarla özəlləşdirilməsini təmin etsin. [2]

3. Azərbaycan Respublikası Rabitə Nazirliyinin və özəlləşdirməyə açıq elan edilmiş müəssisə və obyektlərin rəhbərlərinə tapşırılsın ki, həmin müəssisələr və obyektlər özəlləşdirilənədək onların idarə olunmasına və əmlakının qorunub saxlanılmasına şəxsən məsuliyyət daşıyırlar.

4. Müəyyən edilsin ki, bu Sərəncamla özəlləşdirilməyə açıq elan edilmiş müəssisə və obyektlərin özəlləşdirilməsində yerli investorlarla yanaşı  xarici investorların da iştirakına icazə verilir.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 Azərbaycan Respublikasının Prezidenti  Heydər ƏLİYEV

 

Bakı şəhəri, 29 mart 2001-ci il.

                № 671

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640)
  2. 6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590)
  3. 2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610)
  4. 2 noyabr 2021-ci il tarixli 2984 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1221)
  5. 4 avqust 2022-ci il tarixli 3410 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 911)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 2 noyabr 2021-ci il tarixli 2984 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1221) ilə 1-ci hissənin ikinci, üçüncü və səkkizinci abzasları ləğv edilmişdir.

 

[2] Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə 2-ci bənddə "Dövlət Əmlakı Nazirliyi" sözləri "İqtisadi İnkişaf Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590) ilə 2-ci bəndində “İqtisadi İnkişaf Nazirliyi” sözləri “Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir.

2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610) ilə 2-ci bəndində "Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi" sözləri "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ilə əvəz edilmişdir.

2 noyabr 2021-ci il tarixli 2984 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1221) ilə 2-ci hissədən “Bakı telefon rabitəsi və “Aztelekom” istehsalat birliklərinin, habelə” sözləri çıxarılmışdir.

4 avqust 2022-ci il tarixli 3410 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 911) ilə 2-ci hissəsində “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status