AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
29.06.2020
QEYDİYYAT NÖMRƏSİ
221
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2006-cı il 7 mart tarixli 65 nömrəli və “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2007-ci il 22 may tarixli 80 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 02-07-2020, Nəşr Nömrəsi: 125), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2020, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 811)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
02.07.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
150.160.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202006290221
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2020
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2006-cı il 7 mart tarixli 65 nömrəli və “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2007-ci il 22 may tarixli 80 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikası Prezidentinin “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 22 noyabr tarixli 316 nömrəli və “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 988 nömrəli Fərmanının 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 293; 2009, № 1, maddə 34; 2014, № 7, maddə 934; 2015, № 1, maddə 64, № 2, maddə 227; 2018, № 9, maddə 1937, № 12 (II kitab), maddə 2721; 2019, № 5, maddə 972, № 7, maddə 1340; 2020, № 4, maddə 484) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət baytarlıq nəzarəti vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına qanunla müəyyən edilmiş tədbirlərin maliyyələşdirilməsinin Qaydası və Şərtləri”nin III hissəsinin 1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“1. “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 39.2-ci maddəsində nəzərdə tutulmuş baytarlıq xidməti və nəzarəti tədbirlərinə (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tədbirlər istisna olmaqla) görə alınan xidmət haqqının məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.”.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 22 may tarixli 80 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 5, maddə 550; 2008, № 7, maddə 673; 2009, № 1, maddələr 32, 34; 2015, № 2, maddə 227, № 7, maddə 886; 2018, № 12 (II kitab), maddələr 2721, 2734) ilə təsdiq edilmiş “Mikroorqanizm və parazitar xəstəliklərin törədiciləri ştammlarının Milli Kolleksiyasının yaradılması və fəaliyyəti Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.4-cü bənddə “Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (bundan sonra – Dövlət Baytarlıq Nəzarəti Xidməti)” sözləri “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilsin;

2.2. 2.4-cü bəndin birinci cümləsində “Dövlət Baytarlıq Nəzarəti Xidmətinin göstərişi ilə onun hərtərəfli öyrənilməsi və saxlanması üçün Azərbaycan Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutuna (bundan sonra – institut)” sözləri və ikinci cümləsində “Dövlət Baytarlıq Nəzarəti Xidməti” sözləri ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;

2.3. 2.5-ci bənddə “İnstitutda fəaliyyət göstərən” sözləri “Agentlik tərəfindən” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 29 iyun 2020-ci il

                     № 221

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status