×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
09.07.2020
QEYDİYYAT NÖMRƏSİ
249
ADI
Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 11-07-2020, Nəşr Nömrəsi: 133), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2020, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 979)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
11.07.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
110.030.000
090.060.050
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202007090249
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
14.07.2020
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamına əsasən və “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın təsdiq edilməsi və “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 224 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 iyun tarixli 1052 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” təsdiq edilsin (2 nömrəli əlavə).

3. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq sahibkarlıq subyektləri tərəfindən alınacaq kreditlər 2020-ci il üzrə 90 (doxsan) milyon manat məbləğinədək, 2021-ci il üzrə 210 (iki yüz on) milyon manat məbləğinədək olmaqla, ümumilikdə 300 (üç yüz) milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilsin. [1]

4. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq sahibkarlıq subyektləri tərəfindən alınacaq kreditlərə dövlət zəmanətinin verilməsi 2021-ci il dekabrın 31-dək həyata keçirilir.

5. Müəyyən edilsin ki, bu Qərarın 3-cü hissəsində nəzərdə tutulan dövlət zəmanəti Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Azərbaycan Biznesinin İnkişafı Fondu arasında bağlanılan Çərçivə Zəmanət Sazişi (əlavə olunur) əsasında rəsmiləşdirilir. [2]

6. Bu Qərarın 5-ci hissəsində nəzərdə tutulan Çərçivə Zəmanət Sazişini Azərbaycan Respublikasının Hökuməti adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının Maliyyə naziri Samir Rauf oğlu Şərifova verilsin.

7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

7.1. sahibkarlıq subyektləri dövlət zəmanəti ilə təmin edilmiş borc öhdəliklərini icra edə bilmədiyi təqdirdə, həmin borc öhdəliklərini Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaiti hesabına yerinə yetirsin;

7.2. bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq cari ildə faiz subsidiyalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planında bu məqsəd üçün nəzərdə tutulan vəsait hesabına verilməsini təmin etsin;

7.3. faiz subsidiyalarının verilməsi üçün tələb olunan vəsaitlərin növbəti illərin dövlət büdcəsində nəzərə alınması üçün müvafiq tədbirlər görsün.

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Qərarın 2-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq faiz subsidiyalarının maliyyələşdirilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının 7-ci hissəsi ilə ayrılan vəsait və Azərbaycan Biznesinin İnkişafı Fondunun vəsaiti hesabına təmin etsin. [3]

9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərardan irəli gələn digər məsələləri həll etsinlər.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

 

Bakı şəhəri, 9 iyul 2020-ci il

    № 249

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

1 nömrəli əlavə

 

Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması

 

QAYDASI

 

1. Ümumi müddəa

 

1.1. Bu Qayda “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamına əsasən və “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın təsdiq edilməsi və “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 224 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 iyun tarixli 1052 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və sahibkarlıq subyektlərinin müvəkkil kredit təşkilatlarından manatla alacaqları kreditlərə dövlət zəmanəti və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verilməsinə dair tələbləri, müraciət qaydasını, zəmanət və faiz subsidiyası üzrə ödəniş şərtlərini və digər məsələləri müəyyən edir.

 

2. Əsas anlayışlar

 

2.1. Bu Qaydanın məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:

2.1.1. əməkdaşlıq müqaviləsi – zəmanətin və faiz subsidiyasının verilməsi ilə bağlı Azərbaycan Biznesinin İnkişafı Fondu (bundan sonra – Fond) ilə müvəkkil kredit təşkilatının qarşılıqlı münasibətlərini tənzimləyən hüquqi sənəd; [4]

2.1.2. müvəkkil kredit təşkilatı – Fondun Müşahidə Şurası tərəfindən müəyyən edilən və Fondla əməkdaşlıq müqaviləsi bağlayan kredit təşkilatı;

2.1.3. sahibkarlıq subyekti – əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, iş görülməsindən və ya xidmət göstərilməsindən mənfəət götürmək olan hüquqi və fiziki şəxslər;

2.1.4. zəmanət – sahibkarlıq subyekti kredit üzrə əsas borc öhdəliyini yerinə yetirmədikdə, onun əsas borcunun 60 faizədək hissəsinin ödənilməsinə dair Fondun müvəkkil kredit təşkilatı qarşısında öhdəliyi;

2.1.5. dövlət zəmanəti – zəmanət üzrə Fondun ödənişini müvəkkil kredit təşkilatı qarşısında təmin edən dövlətin öhdəliyi;

2.1.6. zəmanətin kreditə nisbəti – kreditin verilməsi tarixinə zəmanətin məbləğinin kreditin əsas məbləğinə nisbəti (örtülmə əmsalı);

2.1.7. faiz subsidiyası – bu Qaydaya uyğun olaraq sahibkarlıq subyektlərinin müvəkkil kredit təşkilatlarından manatla aldıqları kreditlərə zəmanət verildiyi təqdirdə, həmin kreditlər üzrə hesablanmış faizlərin bir hissəsinin ödənilməsi üçün dövlətin əvəzsiz verdiyi maliyyə vəsaiti;

2.1.8. zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növləri – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən müəyyən edilmiş və İnternet Vergi İdarəsinin məlumat bazasında yerləşdirilmiş iqtisadi fəaliyyət növlərinin təsnifatı;

2.1.9. kredit üzrə güzəşt müddəti – kredit müqaviləsinin şərtlərinə uyğun olaraq, əsas borcun ödənilməsinə verilmiş möhlət;

2.1.10. kredit hesabatı – “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş məlumat;

2.1.11. müvəkkil kredit təşkilatına aidiyyəti olan şəxslər – “Banklar haqqında” və “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müəyyən edilmiş şəxslər.

 

3. Zəmanətin və faiz subsidiyasının verilməsi halları

 

3.1. Zəmanət zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növləri üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin müvəkkil kredit təşkilatlarından almaq istədikləri kreditlərə verilir.

3.2. Faiz subsidiyaları zəmanət verilən kreditlərə hesablanıb ödənilir.

3.3. Zəmanət aşağıdakı hallarda verilmir:

3.3.1. sahibkarlıq subyektinin müvəkkil kredit təşkilatından almaq istədiyi kreditin təyinatı zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinə uyğun deyildirsə;

3.3.2. kredit hesabatına əsasən sahibkarlıq subyektinin 2020-ci il 10 mart tarixinə 60 (altmış) gündən artıq (zamin durduğu öhdəliklər istisna olmaqla) gecikməsi olduqda;

3.3.3. sahibkarlıq subyektinin bank hesabları üzərində məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla sahibkarlıq subyekti arasında müqavilədə nəzərdə tutulmuş hallarda pul vəsaitinin silinməsinə dair müvafiq sərəncam olduqda;

3.3.4. sahibkarlıq subyekti zəmanət üçün müraciət etdiyi müvəkkil kredit təşkilatına aidiyyəti şəxs olduqda;

3.3.5. sahibkarlıq subyekti zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növü ilə məşğul olmadıqda;

3.3.6. sahibkarlıq subyektinin nizamnamə kapitalında dövlətin iştirak payı 50 faizdən çox olduqda;

3.3.7. sahibkarlıq subyektinə münasibətdə vergiləri ödəməkdən yayınma ilə bağlı cinayət təqibi həyata keçirildikdə;

3.3.8. sahibkarlıq subyekti Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara əsasən riskli vergi ödəyicisi olduqda;

3.3.9. sahibkarlıq subyektinin fəaliyyət növü təsərrüfat subyektinin (və ya obyektinin) uçota alınmasının tələb edildiyi halda, belə obyekt vergi orqanında uçota alınmadıqda;

3.3.10. sahibkarlıq subyektinin müraciət tarixinə fəaliyyəti dayandırılmış olduqda və (və ya) ləğvetmə prosesində olduqda;

3.3.11. sahibkarlıq subyektinin faktiki fəaliyyəti və göstəriciləri ilə onun vergi ödəyicisinin uçot məlumatları arasında uyğunsuzluqlar aşkar edildikdə.

3.4. Balansarxası öhdəliklərə zəmanət və faiz subsidiyası verilmir.

3.5. Faiz subsidiyası dövlət tərəfindən yaradılmış maliyyə institutlarının və fondlarının resursları hesabına verilən güzəştli kreditlər istisna olmaqla, bu Qaydada nəzərdə tutulan şərtlər əsasında zəmanət verilən kreditlərə şamil olunur.

3.6. Faiz subsidiyası kreditin illik faiz dərəcəsinin 50 faizi həddində verilir.

3.7. Zəmanət və faiz subsidiyası verilmiş kredit vəsaitlərindən sahibkarlıq subyektləri yalnız təyinatına uyğun istifadə etməli və bunu müvafiq təsdiqedici sənədlərlə rəsmiləşdirməlidirlər.

 

4. Dövlət zəmanətinin verilməsi

 

4.1. Dövlət zəmanəti verilən kreditlər aşağıdakı tələblərə cavab verməlidir:

4.1.1. hər bir sahibkarlıq subyekti üzrə kreditin məbləği 3 000 000 (üç milyon) manatdan çox olmamalı;

4.1.2. kreditin illik faiz dərəcəsi 15 faizdən yuxarı olmamalı;

4.1.3. kreditin müddəti 3 (üç) ildən çox olmamalı;

4.1.4. kredit üzrə güzəşt müddəti 12 (on iki) aydan artıq olmamalı;

4.1.5. bir kredit üzrə zəmanətin kreditə nisbəti 60 faizdən çox olmamalı.

4.2. Dövlət zəmanəti bu Qaydanın 4.1-ci bəndində nəzərdə tutulan tələblərə cavab verən kreditlərə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra – Maliyyə Nazirliyi) tərəfindən həmin Nazirliklə Fond arasında bağlanılmış Çərçivə Zəmanət Sazişi əsasında verilir.

4.3. Fond bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulan Çərçivə Zəmanət Sazişi əsasında verilmiş dövlət zəmanətindən istifadə edilməsi barədə Maliyyə Nazirliyinə hər növbəti ayın 10-dək hesabat verir. Hesabatın forması Fond və Maliyyə Nazirliyi tərəfindən təsdiq edilir.

4.4. Dövlət zəmanəti üzrə öhdəliklərin icrası və bu öhdəliklərlə bağlı edilmiş ödənişlərin bərpası bu Qaydanın 8-ci və 12-ci hissələrinə uyğun olaraq həyata keçirilir.

 

5. Müvəkkil kredit təşkilatlarının müəyyən edilməsi və zəmanət üzrə limitlərin ayrılması

 

5.1. Fondun Müşahidə Şurası tərəfindən müəyyən edilən kredit təşkilatları müvəkkil qismində Fondla əməkdaşlıq müqaviləsi bağlayırlar. Əməkdaşlıq müqaviləsinin şərtlərini və formasını bu Qaydanın tələbləri nəzərə alınmaqla, Fondun Müşahidə Şurası təsdiq edir. Əməkdaşlıq müqaviləsində ən azı aşağıdakı şərtlər öz əksini tapmalıdır:

5.1.1. müvəkkil kredit təşkilatı ilə sahibkarlıq subyekti arasında bağlanılmış kredit müqaviləsi əsasında verilmiş zəmanət bu Qaydanın 10.3.1-10.3.4-cü yarımbəndlərində nəzərdə tutulan hallarda ləğv ediləcəyi təqdirdə, faiz subsidiyası həcmində kredit faizlərini aşağı salmaq öhdəliyinin təsbit olunması;

5.1.2. zəmanət verilmiş kredit üzrə öhdəliyin icra edilməsi üçün sahibkarlıq subyektinə qarşı tələb hüquqlarının Fonda güzəşt edilməsi.

5.2. Hər bir müvəkkil kredit təşkilatı üçün onun müraciəti əsasında Fondun Müşahidə Şurası limit müəyyən edir. Müvəkkil kredit təşkilatının müraciəti əsasında 30 (otuz) təqvim günü ərzində Fondun Müşahidə Şurasının qərarı ilə onlara əlavə limit müəyyən edilə bilər. Müvəkkil kredit təşkilatı tərəfindən istifadə edilməmiş zəmanət limiti Fondun Müşahidə Şurasının qərarı ilə azaldıla və ya ləğv edilə bilər.

5.3. Fond müvəkkil kredit təşkilatlarına limitlərin ayrılması məqsədilə onların prudensial və bank statistikası hesabatlarından zəruri olan göstəricilər (maliyyə-statistik göstəriciləri) barədə məlumatı almaq üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edir.

 

6. Zəmanətin və faiz subsidiyasının verilməsi üçün müraciət

 

6.1. Zəmanət və faiz subsidiyası aşağıdakı qaydada verilir:

6.1.1. sahibkarlıq subyekti zəmanət tələb olunan kredit sifarişi ilə müvəkkil kredit təşkilatını seçməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin “Elektron kredit platforması” (bundan sonra – elektron platforma) vasitəsilə müraciət edir;

6.1.2. elektron platforma vasitəsilə sahibkarlıq subyektinin bu Qaydanın 3.3.5-3.3.10-cu yarımbəndlərində nəzərdə tutulmuş meyarlara uyğunluğu dərhal yoxlanılır. Meyarlara uyğun olmayan müraciət barədə sahibkarlıq subyektinə bildiriş göndərilir, uyğun olan müraciətlər isə baxılması üçün sahibkarlıq subyektinin seçdiyi müvəkkil kredit təşkilatına və Fonda yönləndirilir;

6.1.3. müvəkkil kredit təşkilatı Qaydanın 6.3-cü bəndi üzrə müraciətlər istisna olmaqla 2 (iki) iş günü müddətində siyahısı Fondun Müşahidə Şurası tərəfindən müəyyən edilən müvafiq sənədləri Fonda göndərir;

6.1.4. Fond müraciət daxil olduğu gündən 10 (on) iş günü müddətində sahibkarlıq subyektinin faktiki fəaliyyəti və göstəriciləri ilə onun vergi ödəyicisinin uçot məlumatları arasında uyğunluğu dəqiqləşdirir, təqdim edilmiş kredit sifarişi üzrə maliyyə-kredit təhlili aparır və rəyini elektron platformada yerləşdirir;

6.1.5. müvəkkil kredit təşkilatı müraciət daxil olduğu gündən 10 (on) iş günü müddətində (6.3-cü bənd üzrə 7 (yeddi) iş günü müddətində) sahibkarlıq subyektinin bu Qaydanın 3-cü hissəsində (3.3.5-3.3.11-ci yarımbəndləri istisna olmaqla) və 4.1-ci bəndində nəzərdə tutulmuş meyarlara uyğunluğunu yoxlayır, sifariş üzrə maliyyə kredit təhlili aparır və müvafiq qərarını (imtina edildikdə səbəbləri göstərilməklə) elektron platformada yerləşdirir;

6.1.6. kredit sifarişi üzrə müvəkkil kredit təşkilatının qərarı və Fondun rəyi müsbət olduqda, müvəkkil kredit təşkilatı zəmanət və faiz subsidiyası üçün müvafiq sənədləri təqdim etməklə Fonda müraciət edir. Təqdim olunan sənədlər Fondun Müşahidə Şurası tərəfindən müəyyən edilir;

6.1.7. Fond 3 (üç) iş günü ərzində müvəkkil kredit təşkilatının zəmanət və subsidiya üzrə müraciətinə dair qərar qəbul edir və qərar müsbət olduqda müvəkkil kredit təşkilatına zəmanət məktubu, imtina edildikdə isə səbəbləri göstərilməklə müvəkkil kredit təşkilatına və sahibkarlıq subyektinə bu barədə rəsmi məlumat göndərir.

6.2. Zəmanət məbləği bu Qaydanın 4.1.5-ci yarımbəndi nəzərə alınmaqla müvəkkil kredit təşkilatının müraciəti əsasında müəyyən edilir. Zəmanətin qüvvədə olduğu müddətdə zəmanətin kreditə nisbəti müvəkkil kredit təşkilatının müraciəti əsasında azaldıla bilər.

6.3. 200 000 (iki yüz min) manatadək olan kredit üzrə müraciətə sürətli baxılması üçün sahibkarlıq subyekti elektron platforma vasitəsilə müraciət edir. Bu zaman müvəkkil kredit təşkilatı bu Qaydanın 6.1.5-ci və 6.1.6-cı yarımbəndləri üzrə müraciətə baxılmasını təmin edir, Fond isə yalnız Qaydanın 3.3.11-ci yarımbəndinin tələblərini yoxlayır və faktiki fəaliyyəti və göstəriciləri ilə onun vergi ödəyicisinin uçot məlumatları arasında uyğunsuzluq olmayan sahibkarlıq subyektləri üzrə müvəkkil kredit təşkilatının müsbət qərarını əsas götürməklə 1 (bir) iş günü müddətində müvəkkil kredit təşkilatına zəmanət məktubu göndərir. Bu göstəricilərdə uyğunsuzluq aşkar edildikdə isə bu Qaydanın 6.1.7-ci yarımbəndinə uyğun olaraq rəsmi məlumat göndərir.

6.4. Müraciətinə imtina edilmiş sahibkarlıq subyekti imtinaya əsas olmuş hallar aradan qaldırıldıqdan sonra müvəkkil kredit təşkilatlarına yenidən müraciət edə bilər.

6.5. Zəmanətin verilməsi və faiz subsidiyasının ayrılması ilə bağlı məlumat müvəkkil kredit təşkilatı və sahibkarlıq subyekti arasında bağlanılan kredit müqaviləsində qeyd olunur və müqavilə imzalanır. Zəmanət bu Qaydanın 7.2-ci bəndində nəzərdə tutulan birdəfəlik zəmanət haqqı Fondun hesabına ödənildiyi tarixdən qüvvəyə minir. Müqavilə 30 (otuz) təqvim günü müddətində imzalanmadığı halda, Fondun zəmanəti etibarsız sayılır.

6.6. Müvəkkil kredit təşkilatı ilə sahibkarlıq subyekti arasında kredit müqaviləsi imzalandıqdan sonra müvafiq kredit müqaviləsinin bir nüsxəsi (ödəniş cədvəli də daxil olmaqla), girov (ipoteka) müqaviləsinin təsdiq olunmuş surəti və ya bir nüsxəsi (olduqda), birdəfəlik zəmanət haqqının ödənilməsini təsdiq edən sənəd müvəkkil kredit təşkilatı tərəfindən 3 (üç) iş günü müddətində Fonda təqdim edilir.

6.7. Zəmanət verilməsi və faiz subsidiyasının ayrılması üçün Fonda təqdim edilmiş sənədlər geri qaytarılmır.

 

7. Birdəfəlik zəmanət haqqı və komissiya

 

7.1. Müvəkkil kredit təşkilatı zəmanət verilməsinə görə Fonda birdəfəlik geri qaytarılmayan zəmanət haqqı və illik komissiya ödəyir.

7.2. Birdəfəlik zəmanət haqqı müvəkkil kredit təşkilatı tərəfindən verilmiş kredit məbləğinin 1 faizi həcmində hesablanır və kredit müqaviləsinin imzalandığı tarixdən 3 (üç) iş günü müddətində Fonda ödənilir. Fond birdəfəlik zəmanət haqqının 50 faizini 2 (iki) iş günü müddətində Maliyyə Nazirliyinə köçürür və bu barədə müvafiq təsdiqedici sənədləri təqdim edir.

7.3. Müvəkkil kredit təşkilatı zəmanətin qüvvəyə mindiyi tarixdən həmin kredit təşkilatına verilmiş cəmi zəmanət məbləğinin 0,5 faizi həcmində illik komissiya ödəyir. Komissiya zəmanətin qüvvədə olduğu müddətdə gündəlik əsasda zəmanətin qalıq məbləğinə hesablanır və aylıq qaydada ödənilir.

7.4. Müvəkkil kredit təşkilatı hər ay üçün növbəti ayın ilk 3 (üç) iş günü müddətində illik komissiyanı ödəyir və bu barədə hesabatı Fonda təqdim edir. Həmin vəsait qeyd olunan müddət ərzində ödənilməzsə, qalıq komissiya məbləğinə görə hər təqvim günü üçün 0,1 faizi həcmində peniya hesablanır.

7.5. İllik komissiyanın ödənilməsi qaydası müvəkkil kredit təşkilatı və Fond arasında bağlanılmış əməkdaşlıq müqaviləsi ilə tənzimlənir.

7.6. Bu Qaydanın 7.4-cü bəndində qeyd olunmuş hesabatın formasını Fondun Müşahidə Şurası müəyyən edir.

 

8. Zəmanət üzrə öhdəliyin icrası

 

8.1. Zəmanət verilmiş kredit üzrə ödənişlərin gecikmə müddəti 120 (yüz iyirmi) günü keçdikdə, müvəkkil kredit təşkilatının zəmanət üzrə tələb hüququ yaranır. Tələb hüququ yarandığı gündən etibarən 60 (altmış) gün müddətində qüvvədə olur. Bu müddətdə müvəkkil kredit təşkilatı ödəniş tələbi irəli sürmədikdə zəmanət qüvvəsini itirir.

8.2. Müvəkkil kredit təşkilatı verilmiş zəmanət üzrə ödəniş aparılması üçün Fonda müraciət edir. Müraciət üçün tələb olunan sənədlər Fondun Müşahidə Şurası tərəfindən müəyyən edilir.

8.3. Zəmanət üzrə ödənişin məbləği kredit üzrə əsas borcun icra edilməmiş hissəsinə münasibətdə qüvvədə olan zəmanətin kreditə nisbəti həcmində hesablanır.

8.4. Fond bu Qaydanın 8.1-ci, 8.2-ci, 8.3-cü və 10.3-cü bəndlərində göstərilənləri nəzərə almaqla, tələbin daxil olduğu tarixdən etibarən 5 (beş) iş günündən gec olmayaraq zəmanətin ödənilməsi ilə bağlı qərar qəbul edir və müvəkkil kredit təşkilatına bu barədə bildiriş göndərir. Bildiriş əsasında müvəkkil kredit təşkilatı 3 (üç) iş günü müddətində sahibkarlıq subyektinə münasibətdə zəmanət verilmiş kredit üzrə tələb hüquqlarını tam həcmdə tələbin güzəşti müqaviləsi və adlı qiymətli kağız üzrə indossament yolu ilə Fonda güzəşt edir.

8.5. Tələb hüquqları Fonda güzəşt edildikdən sonra Fond əməkdaşlıq müqaviləsinin, müvəkkil kredit təşkilatı ilə sahibkarlıq subyekti arasında imzalanmış kredit müqaviləsinin (ödəniş cədvəli də daxil olmaqla), girov (ipoteka) müqaviləsinin (olduqda) təsdiq olunmuş surətlərini, müvəkkil kredit təşkilatının rekvizitləri və Fonda rəsmi müraciətini əlavə etməklə, zəmanət üzrə ödənişin həyata keçirilməsi üçün Maliyyə Nazirliyinə müraciət edir. Maliyyə Nazirliyi Fondun müraciəti əsasında 30 (otuz) iş günü müddətində zəmanət üzrə ödənişi müvəkkil kredit təşkilatının hesabına köçürür. Zəmanət üzrə ödəniş birdəfəlik həyata keçirilir və hissə-hissə ödənilməsinə yol verilmir.

8.6. Dövlət zəmanəti üzrə edilmiş ödənişlərin bərpa edilməsi şərtləri Maliyyə Nazirliyi ilə Fond arasında bağlanılan Çərçivə Zəmanət Sazişi ilə müəyyən edilir.

 

9. Faiz subsidiyasının ödənilməsi

 

9.1. Müvəkkil kredit təşkilatı hər ay üzrə hesablanmış faizlərin subsidiya nəzərə alınmaqla yarı hissəsinin sahibkarlıq subyektləri tərəfindən faktiki ödənilməsinə dair hesabatı və faiz subsidiyasının ödənilməsinə dair müraciəti növbəti ayın ilk 3 (üç) iş günü müddətində Fonda təqdim edir. Hesabatın formasını Fond müəyyənləşdirir.

9.2. Fond bu Qaydanın 9.1-ci bəndində nəzərdə tutulmuş müraciət daxil olduqdan sonra 5 (beş) iş günü müddətində faiz subsidiyasını aşağıdakı məbləğlərdə müvəkkil kredit təşkilatının hesabına köçürür:

9.2.1. bu Qaydanın 9.1-ci bəndində nəzərdə tutulmuş hesabata əsasən ödənilməli faiz subsidiyası bu Qaydanın 6.6-cı bəndində nəzərdə tutulmuş cədvəldə göstərilən faiz subsidiyasının məbləğindən çox olduqda – cədvəldə göstərilən məbləğdə;

9.2.2. bu Qaydanın 9.1-ci bəndində nəzərdə tutulmuş hesabata əsasən ödənilməli faiz subsidiyası bu Qaydanın 6.6-cı bəndində nəzərdə tutulmuş cədvəldə göstərilən faiz subsidiyasının məbləğindən az və ya ona bərabər olduqda – hesabatda göstərilən məbləğdə.

9.3. Sahibkarlıq subyektinin zəmanət verilmiş krediti üzrə ödənilən faiz subsidiyasının cəmi məbləği bu Qaydanın 6.6-cı bəndində nəzərdə tutulmuş ödəniş cədvəlində göstərilən faiz subsidiyasının cəmi məbləğindən artıq ola bilməz.

9.4. Bu Qaydanın 9.1-ci bəndində nəzərdə tutulmuş hesabatın müvəkkil kredit təşkilatı tərəfindən təhrif olunmuş şəkildə təqdim edilməsi aşkar olunduqda, artıq ödənilmiş faiz subsidiyası müvəkkil kredit təşkilatı tərəfindən Fonda geri qaytarılır.

9.5. Faiz subsidiyası yalnız bu Qaydanın 6.6-cı bəndində nəzərdə tutulmuş cədvəldə göstərilən faiz dərəcəsinə uyğun (dəbbə pulu nəzərə alınmadan) ödənilir.

 

10. Zəmanətin dayandırılması və ləğv edilməsi

 

10.1. Aşağıdakı hallarda müvəkkil kredit təşkilatına yeni zəmanət verilməsi dayandırılır:

10.1.1. bir müvəkkil kredit təşkilatına zəmanətlər üzrə edilmiş ödənişlərin (zəmanətə görə ödəniş edilmiş kreditlər üzrə Fonda daxil olan vəsaitlər çıxılmaqla) və müvəkkil kredit təşkilatının cari ödəniş tələbinin ümumi məbləği Fondun həmin müvəkkil kredit təşkilatına verdiyi bütün zəmanətlərin 20 faizini keçdikdə, müvəkkil kredit təşkilatına verilmiş zəmanətlər üzrə ödənişlər və yeni zəmanət verilməsi dayandırılır. Bu zaman son 4 (dörd) ayda verilmiş zəmanətlər bütün zəmanətlərin qalıq məbləğlərinin hesablanmasında nəzərə alınmır;

10.1.2. zəmanətin verilməsi üçün müraciət zamanı müvəkkil kredit təşkilatı bilərəkdən Fonda yanlış məlumat təqdim etdikdə.

10.2. Müvəkkil kredit təşkilatına verilmiş zəmanət üzrə ödənişlər və yeni zəmanət verilməsi bu Qaydanın 10.1.1-ci yarımbəndində nəzərdə tutulmuş hal aradan qalxdıqda yenidən bərpa olunur.

10.3. Aşağıdakı hallarda kredit üzrə verilmiş zəmanət ləğv edilir:

10.3.1. müvəkkil kredit təşkilatının həmin kredit üzrə zəmanətin ləğv edilməsi barədə müraciəti olduqda;

10.3.2. zəmanət verilməsinə görə ödəmə vaxtı çatmış komissiyanın ödənişi 1 (bir) aydan çox gecikdirildikdə;

10.3.3. zəmanətlə təmin olunmuş kreditlər üzrə tələb hüquqları Fondun yazılı razılığı olmadan müvəkkil kredit təşkilatı tərəfindən üçüncü tərəfə ötürüldükdə;

10.3.4. sahibkarlıq subyekti ilə bağlanılmış kredit, girov və digər təminat müqavilələrinin şərtləri Fondun müəyyən etdiyi formaya uyğun olmadıqda və ya Fondun yazılı razılığı olmadan dəyişdirildikdə;

10.3.5. zəmanət verilmiş kredit restrukturizasiya olunduqda;

10.3.6. zəmanət verilmiş kredit məbləği kredit müqaviləsinə uyğun olaraq təyinatı üzrə istifadə edilmədikdə.

10.4. Müvəkkil kredit təşkilatı ilə bağlanılmış əməkdaşlıq müqaviləsi həmin müqavilədə nəzərdə tutulmuş hallarda yalnız qarşılıqlı öhdəliklər tam icra edildikdən sonra ləğv edilə bilər.

10.5. Bu Qaydanın 10.1-ci bəndində nəzərdə tutulan hallar baş verdikdə, müvəkkil kredit təşkilatı zəmanətlər üzrə komissiya ödənişini əməkdaşlıq müqaviləsi qüvvədə olduğu müddətdə davam etdirir.

 

11. Faiz subsidiyasının ödənilməsinin dayandırılması və ləğvi

 

11.1. Aşağıdakı hallarda sahibkarlıq subyektinə faiz subsidiyasının ödənilməsi dayandırılır:

11.1.1. faiz subsidiyasının ödənilməsinə dair müvəkkil kredit təşkilatının Fonda müraciət tarixinə 1 (bir) iş günü qalanadək sahibkarlıq subyektinin müvəkkil kredit təşkilatında olan hesabı üzərində məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla sahibkarlıq subyekti arasında müqavilədə nəzərdə tutulmuş hallarda pul vəsaitinin silinməsinə dair müvafiq sərəncam olduqda – həmin borc tam məbləğdə ödənilənədək (öhdəlik yerinə yetirilənədək);

11.1.2. faiz subsidiyasının ödənilməsinə dair müvəkkil kredit təşkilatının Fonda müraciət tarixinə 1 (bir) iş günü qalanadək sahibkarlıq subyekti tərəfindən kredit üzrə əsas borc və (və ya) hesablanmış faizlər üzrə ödənişlərdə gecikmə olduqda – gecikdirilmiş borc tam məbləğdə ödənilənədək.

11.2. Bu Qaydanın 11.1-ci bəndində nəzərdə tutulmuş hallar aradan qaldırıldıqdan sonra faiz subsidiyasının ödənilməsi bərpa edilir və həmin dövrlər üçün ödənilməli faiz subsidiyası bu Qaydanın 9-cu hissəsində nəzərdə tutulmuş qaydada müvəkkil kredit təşkilatının hesabına köçürülür.

11.3. Aşağıdakı hallarda sahibkarlıq subyektinə faiz subsidiyasının ödənilməsi ləğv edilir:

11.3.1. sahibkarlıq subyektinin tələbi əsasında müvəkkil kredit təşkilatının bu barədə Fonda müraciəti olduqda;

11.3.2. iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə məsuliyyətini təsdiqləyən qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda.

11.4. Müvəkkil kredit təşkilatı bu Qaydanın 11.3-cü bəndində nəzərdə tutulmuş hallar barədə məlumat əldə etdiyi gündən 3 (üç) iş günü müddətində Fonda məlumat verir.

 

12. Zəmanətə görə ödəniş edilmiş kredit üzrə daxil olan vəsaitlərin bölüşdürülməsi

 

12.1. Zəmanətə görə ödəniş edilmiş kredit üzrə sahibkarlıq subyekti tərəfindən müvəkkil kredit təşkilatına daxil olan vəsaitlər həmin kredit üzrə zəmanətin kreditə olan faiz nisbətinə müvafiq olaraq zəmanət ödənişi həddində Fonda, bu vəsaitlərin qalan hissəsi isə müvəkkil kredit təşkilatına ödənilir.

12.2. Fondla müvəkkil kredit təşkilatı arasında bağlanılmış əməkdaşlıq müqaviləsi qanunla müəyyən edilmiş hallarda ləğv edildikdə, ödəniş edilmiş kreditlər üzrə daxil olan vəsait Fondun tələbləri bitənədək tam olaraq Fondun tələblərinin ödənilməsinə yönəldilir.

12.3. Fond bu Qaydanın 12.2-ci bəndində göstərilən tələblər tam icra edildikdə, 3 (üç) iş günü müddətində müvəkkil kredit təşkilatına bu barədə məlumat verir və sahibkarlıq subyektinə münasibətdə zəmanət verilmiş kredit üzrə tələb hüququnu müvəkkil kredit təşkilatına geri qaytarır.

12.4. Fond zəmanətə görə ödəniş edilmiş kredit üzrə daxil olan vəsaitləri 3 (üç) iş günü müddətində Maliyyə Nazirliyinə köçürür.

12.5. Zəmanət verilmiş krediti olan sahibkarlıq subyektinin müvəkkil kredit təşkilatında bir neçə krediti olduqda, bu kreditlər üzrə daxil olan vəsaitlər aşağıdakı hallarda müvəkkil kredit təşkilatı tərəfindən zəmanət verilmiş kredit üzrə ödənişlərin həyata keçirilməsinə yönəldilir:

12.5.1. zəmanət verilmiş kredit gecikmədə olduqda, həmin kredit gecikmədən çıxanadək;

12.5.2. zəmanət verilmiş kredit üzrə zəmanət ödənişi həyata keçirildikdə, həmin kredit tam ödənilənədək.

12.6. Bu Qaydanın 12.5-ci bəndində qeyd olunan şərtlər sahibkarlıq subyekti ilə bağlanılmış kredit müqavilələrində nəzərdə tutulmalıdır.

12.7. Zəmanət üzrə ödənilmiş vəsaitin geri qaytarılması üçün sahibkarlıq subyektinə və kredit üzrə təminat verən digər şəxslərə (girov (ipoteka) qoyana, zaminə və s.) qarşı Fondun adından və onun xeyrinə tələb hüquqlarını müvəkkil kredit təşkilatı həyata keçirir. Zəmanət üzrə ödəniş edildikdən sonra müvəkkil kredit təşkilatı və Fond arasında bağlanılmış əməkdaşlıq müqaviləsinin şərtlərinə uyğun olaraq, kredit üzrə daxil olan ödənişlərin təmin edilməsi üzrə tələb hüquqlarını Fond (və ya Fondun Müşahidə Şurasının müəyyən etdiyi üçüncü şəxs) həyata keçirə bilər.

12.8. Fondun tələb hüquqlarının həyata keçirilməsi ilə bağlı yaranan xərclərin ödənilməsi və digər əlaqədar məsələlər müvəkkil kredit təşkilatı və Fond arasında bağlanılmış əməkdaşlıq müqaviləsi ilə tənzimlənir.

 

13. Monitorinq

 

13.1. Müvəkkil kredit təşkilatı ildə azı bir dəfə hər bir sahibkarlıq subyektində kreditin təyinatı üzrə istifadəsinin monitorinqini aparır və bu barədə Fonda hesabat verir.

13.2. Zəmanət və faiz subsidiyası verilmiş kreditin təyinatı üzrə istifadə edilməsinə nəzarət etmək məqsədilə Fond sahibkarlıq subyektlərində müstəqil monitorinqlər apara bilər.

13.3. Müvəkkil kredit təşkilatı ilə sahibkarlıq subyekti arasında bağlanılan kredit müqaviləsində sahibkarlıq subyektinin Fond tərəfindən monitorinq keçirilməsi üçün zəruri şərait yaratmaq və kreditin istifadəsi üzrə tələb olunan sənədləri və məlumatları təqdim etmək öhdəliyi nəzərdə tutulmalıdır.

13.4. Fond keçirilmiş monitorinqlərin nəticəsi barədə rübdə bir dəfə Maliyyə Nazirliyinə məlumat verir.

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

2 nömrəli əlavə

 

Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamına əsasən və “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın təsdiq edilməsi və “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 224 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 iyun tarixli 1052 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və Azərbaycan Biznesinin İnkişafı Fondu (bundan sonra – Fond) tərəfindən pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinin kredit təşkilatlarından, o cümlədən ləğv prosesində olan kredit təşkilatlarından manatla aldıqları kreditlər, həmçinin müəyyən sahələrə (ərzaq) alınacaq kreditlər üzrə hesablanmış faizlərə görə subsidiya verilməsi hallarını və qaydasını müəyyən edir. [5]

1.2. Kreditlər üzrə faizlərin subsidiyalaşdırılması Azərbaycan Respublikasının dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ayrılmış vəsait və Fondun vəsaiti hesabına həyata keçirilir.

 

2. Əsas anlayışlar

 

2.1. Bu Qaydanın məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:

2.1.1. faiz subsidiyası – sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı sahibkarlıq subyektlərinin kredit təşkilatlarından manatla aldıqları kreditlər üzrə ödənilməli olan faizlərin bir hissəsinə görə dövlət tərəfindən əvəzsiz verilən maliyyə vəsaiti;

2.1.2. kredit hesabatı – “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş məlumat;

2.1.3. zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növləri – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən müəyyən edilmiş və İnternet Vergi İdarəsinin məlumat bazasında yerləşdirilmiş iqtisadi fəaliyyət növlərinin təsnifatı.

 

3. Faiz subsidiyasının verilməsi şərtləri

 

3.1. Bu Qaydanın 3.4-1-ci bəndində nəzərdə tutulan hal istisna olmaqla, faiz subsidiyası fəaliyyət növü 2020-ci il 10 mart tarixinə zərər çəkmiº sahələrin iqtisadi fəaliyyət növlərinə daxil olan sahibkarlıq subyektlərinin kredit təşkilatlarından həmin fəaliyyət növləri üzrə manatla aldıqları kreditlərə (o cümlədən, restrukturizasiya edilmiş kreditlərə) verilir. [6]

3.2. Ölkədə insan həyat və sağlamlığı üzrə zəruri ehtiyacların təmin edilməsi üçün ərzaq ehtiyatlarının yaradılması məqsədilə istisna hal olaraq, bu Qaydanın 3.1-ci, 3.4-cü, 3.5-ci, 3.6-cı, 3.8-ci və 5.6-cı bəndlərinin, 3.7.1-ci və 3.7.2-ci yarımbəndlərinin tələbləri nəzərə alınmadan zəruri ərzaq təchizatçılarına kredit təşkilatları tərəfindən verilən kreditlər (və ya kredit xətləri) üzrə ilk 12 (on iki) ay (ərzaqlıq buğda təchizatçılarına münasibətdə 24 (iyirmi dörd) ay) üçün bu Qaydanın 3.4-1-ci bəndində nəzərdə tutulan halda isə 12 (on iki) ay üçün hesablanan faizlərə subsidiya verilir. [7]

3.3. Faiz subsidiyası kreditin faiz dərəcəsinin 10 (on) faiz, ərzaqlıq buğda təchizatçılarına münasibətdə 15 (on beş) faiz bəndi miqdarında verilir. Faiz dərəcəsi 10 (on) faizdən,  ərzaqlıq buğda təchizatçılarına münasibətdə isə 15 (on beş) faizdən aşağı olarsa, faiz subsidiyası kreditin faiz dərəcəsi həcmində verilir. [8]

3.4. Faiz subsidiyası sahibkarlıq subyektinə verilmiş kreditlər üzrə 2020-ci ilin mart ayından başlayaraq 12 (on iki) aydan (ərzaqlıq buğda təchizatçılarına münasibətdə 24 (iyirmi dörd) aydan) çox olmayan müddətdə ödənilmiş və ya ödənilməmiş faizlər üzrə verilir. [9]

3.4-1. Minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara 2022-ci il ərzində verilmiş kreditlər üzrə 12 (on iki) aydan çox olmayan müddətdə ödənilmiş və ya ödənilməmiş faizlər üzrə faiz subsidiyası verilir. [10]

3.5. Kredit öhdəliyinin qalan müddəti 12 (on iki) aydan az olarsa, faiz subsidiyası kredit öhdəliyinin icra müddətinin sonuna qədər verilir.

3.6. Faiz subsidiyası 2020-ci il 10 mart tarixinə qalıq məbləği 5 (beş) milyon manat və ondan az olan kreditlərə verilir.

3.6-1. Bu Qaydanın 3.4-1-ci bəndində nəzərdə tutulmuş halda faiz subsidiyası minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarların 2022-ci ildə aldıqları 3 (üç) milyon manat və ondan az olan kreditlərə verilir. [11]

3.7. Faiz subsidiyası aşağıdakı hallarda verilmir:

3.7.1. 2020-ci il 10 mart tarixindən sonra kredit müqaviləsi bağlanıldıqda;

3.7.2. sahibkarlıq subyektinin kredit hesabatına əsasən 2020-ci il 10 mart tarixinə subsidiya üçün müraciət etdiyi kredit müqaviləsi üzrə 60 (altmış) gündən artıq gecikməsi olduqda;

3.7.3. sahibkarlıq subyektinin nizamnamə kapitalında dövlətin iştirak payı 50 (əlli) faizdən çox olduqda.

3.8. Kredit xətti istisna olmaqla, balansarxası öhdəliklərə faiz subsidiyası verilmir.

 

4. Faiz subsidiyasının verilməsi üçün müraciət

 

4.1. Sahibkarlıq subyektləri faiz subsidiyası almaq üçün kredit təşkilatına müraciət edir. Kredit təşkilatı sahibkarlıq subyekti üzrə bu Qaydanın 3-cü hissəsindəki şərtlər nəzərə alınmaqla kredit təhlili aparır və həmin şərtlərə uyğun olan sahibkarlıq subyektlərinin aşağıdakı sənədlərini 10 (on) iş günü ərzində Fonda təqdim edir:

4.1.1. sahibkarlıq subyektinin müraciət sənədi, o cümlədən məlumatların Fonda ötürülməsinə razılığı;

4.1.2. sahibkarlıq subyektinin fəaliyyətinin zərər çəkmiş iqtisadi fəaliyyət növlərinə aid olduğunu təsdiq edən və İnternet Vergi İdarəsinin məlumat bazasından əldə edilmiş bildiriş (zəruri ərzaq təchizatçıları, ərzaqlıq buğda təchizatçıları və minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlar istisna olmaqla); [12]

4.1.3. sahibkarlıq subyektinin təsis sənədləri (fiziki şəxs olduqda – şəxsiyyətini təsdiq edən sənəd) və VÖEN-i;

4.1.4. sahibkarlıq subyektinin kredit hesabından çıxarış;

4.1.5. kredit müqaviləsi və ödəniş qrafikinin surəti;

4.1.6. kredit hesabatı;

4.1.7. sahibkarlıq subyektinin rekvizitləri, alınmış kredit və tələb olunan subsidiya məbləğinə dair forması Fond tərəfindən müəyyən edilən qısa məlumat.

4.2. Fond bu Qaydanın 4.1-ci bəndində göstərilən sənədləri, o cümlədən elektron sənədləri əldə etmək üçün dövlət orqanlarının (qurumlarının) elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müəyyən olunmuş hədlərdə istifadə edir. Bunun mümkün olmadığı hallarda, həmin sənədlərin təqdim edilməsi sahibkarlıq subyektinin razılığı ilə kredit təşkilatlarından tələb olunur və ya sahibkarlıq subyekti tərəfindən təmin edilir.

4.3. Fond 3 (üç) iş günü ərzində sahibkarlıq subyektinə faiz subsidiyasının verilməsi və ya ondan imtina edilməsi barədə müvafiq qərar qəbul edir və kredit təşkilatına təqdim edir.

4.4. Kredit təşkilatı faiz subsidiyasının verilməsi barədə Fondun qərarını 2 (iki) iş günü ərzində sahibkarlıq subyektinə bildirir.

 

5. Faiz subsidiyasının ödənilməsi

 

5.1. Kredit təşkilatı hər ay üzrə hesablanmış faizlərə dair hesabatı və faiz subsidiyasının ödənilməsi barədə müraciəti növbəti ayın ilk 3 (üç) iş günü ərzində Fonda təqdim edir. Hesabatın formasını Fond müəyyənləşdirir.

5.2. Fond bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulmuş müraciət daxil olduqdan sonra 3 (üç) iş günü müddətində faiz subsidiyasını kredit təşkilatının hesabına köçürür.

5.3. Bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulmuş hesabatın kredit təşkilatı tərəfindən təhrif olunmuş şəkildə təqdim olunması aşkar olunduqda, artıq ödənilmiş faiz subsidiyası kredit təşkilatı tərəfindən Fonda geri qaytarılır.

5.4. Faiz subsidiyası yalnız bu Qaydanın 4.1.7-ci yarımbəndində nəzərdə tutulmuş sənəddə göstərilən faiz dərəcəsinə uyğun (dəbbə pulu nəzərə alınmadan) ödənilir.

5.5. Kreditin restrukturizasiyası nəticəsində faiz dərəcələri artarsa, faiz subsidiyası 2020-ci il 10 mart tarixinədək qüvvədə olan ödəniş cədvəlinə, faiz dərəcələri azalarsa, yeni ödəniş cədvəlinə uyğun olaraq həyata keçirilir.

5.6. Kredit xətti üzrə faiz subsidiyası yalnız həmin kredit xəttinin 2020-ci il 10 mart tarixinə istifadə olunan məbləğinədək hissəsinə görə ödənilir.

 

6. Faiz subsidiyasının ödənilməsinin dayandırılması və ləğvi

 

6.1. Faiz subsidiyasının ödənilməsinə dair kredit təşkilatının Fonda müraciət tarixinə 1 (bir) iş günü qalanadək sahibkarlıq subyektinin bankda olan hesabı üzərində məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla sahibkarlıq subyekti arasında müqavilədə nəzərdə tutulmuş hallarda pul vəsaitinin silinməsinə dair müvafiq sərəncam olduqda, həmin borc tam məbləğdə ödənilənədək (öhdəlik yerinə yetirilənədək) faiz subsidiyasının ödənilməsi dayandırılır (dövlət büdcəsinə və ya büdcədənkənar dövlət fondlarına borcu ilə əlaqədar bank hesablarında sərəncam olan fərdi sahibkarlar istisna olmaqla).

6.2. Bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş hallar aradan qaldırıldıqdan sonra faiz subsidiyasının ödənilməsi bərpa edilir və həmin dövrlər üçün ödənilməli faiz subsidiyası bu Qaydanın 5-ci hissəsi ilə müəyyən edilmiş qaydada kredit təşkilatının hesabına köçürülür.

6.3. Sahibkarlıq subyekti tərəfindən alınmış kredit üzrə öhdəliyin yerinə yetirilməsindən asılı olmayaraq faiz subsidiyası dayandırılmır.

6.4. Aşağıdakı hallarda borcalana faiz subsidiyasının ödənilməsi ləğv edilir:

6.4.1. sahibkarlıq subyektinin tələbi əsasında kredit təşkilatının Fonda müraciəti olduqda;

6.4.2. iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə məsuliyyətini təsdiqləyən qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda.

6.5. Bu Qaydanın 6.4-cü bəndində nəzərdə tutulmuş hallar barədə kredit təşkilatına məlumat daxil olduğu gündən 3 (üç) iş günü müddətində həmin təşkilat Fonda məlumat verir.

 

7. Monitorinq

 

7.1. Subsidiyanın hesablanması və silinməsi ilə bağlı sənədlərin və məlumatların üzləşdirilməsi məqsədilə Fond kredit təşkilatlarından müvafiq sənədləri tələb edə bilər.

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarına

əlavə

 

Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə Azərbaycan Respublikası Hökuməti adından Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Dövlət Zəmanətinin verilməsi barədə

 

ÇƏRÇİVƏ ZƏMANƏT SAZİŞİ

 

1. Ümumi müddəalar

 

1.1. Dövlət zəmanətinin verilməsi barədə Çərçivə Zəmanət Sazişi (bundan sonra – Saziş) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nın 4.1-ci bəndində nəzərdə tutulan tələblərə cavab verən kreditlərin dövlət zəmanəti ilə təmin olunması şərtlərini müəyyən edir.

1.2. Saziş “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin müddəalarına uyğun olaraq, Azərbaycan Respublikası Hökuməti adından çıxış edən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Azərbaycan Biznesinin İnkişafı Fondu arasında imzalanır. [13]

 

2. Əsas anlayışlar

 

2.1. Bu Sazişin məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:

2.1.1. Qərar – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarı;

2.1.2. Qayda – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”;

2.1.3. Zamin – Azərbaycan Respublikasının Hökuməti adından çıxış edən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;

2.1.4. Fond – Azərbaycan Biznesinin İnkişafı Fondu;

2.1.5. Bu Sazişdə istifadə olunmuş “müvəkkil kredit təşkilatı”, “sahibkarlıq subyekti”, “zəmanət” və “dövlət zəmanəti” anlayışları Qaydada istifadə edilən mənaları ifadə edir.

 

3. Sazişin predmeti

 

3.1. Bu Sazişin predmetini sahibkarlıq subyektlərinə verilməsi nəzərdə tutulan 2020-ci il üzrə 150 (yüz əlli) milyon manatadək, 2021-ci il üzrə 350 (üç yüz əlli) milyon manatadək olmaqla, ümumilikdə 500 (beş yüz) milyon manatadək kreditlər üzrə əsas borc öhdəliyi yerinə yetirilmədikdə, onların əsas borcunun 60 faizədək hissəsinin ödənilməsinə dair Fonda Zamin tərəfindən bu Sazişin 4.1.3-cü yarımbəndinin tələbləri nəzərə alınmaqla dövlət zəmanətinin verilməsi təşkil edir. [14]

3.2. Bu Saziş üzrə dövlət zəmanətinin yuxarı həddi 2020-ci il üzrə 90 (doxsan) milyon manat, 2021-ci il üzrə isə 210 (iki yüz on) milyon manat olmaqla, ümumilikdə 300 (üç yüz) milyon manat müəyyən edilir. [15]

 

4. Fondun öhdəlikləri

 

4.1. Fond aşağıdakı öhdəliklərin yerinə yetirilməsini təmin edir:

4.1.1. müvəkkil kredit təşkilatı tərəfindən hər bir sahibkarlıq subyektinə ayrılan kredit vəsaitləri, kredit vəsaitlərinin istifadə istiqamətləri, kreditin faiz dərəcəsi, müddəti (güzəşt müddəti ayrıca göstərilməklə), ayrılan kredit müqabilində götürdüyü girov (olduqda) barədə məlumatları hər növbəti ayın 10-dək Zaminə təqdim edir;

4.1.2. hər bir sahibkarlıq subyektinin müvəkkil kredit təşkilatı qarşısında kredit öhdəliklərini vaxtında yerinə yetirməməsi halları baş verdikdə, bu barədə məlumatları növbəti ayın 10-dək Zaminə təqdim edir;

4.1.3. müəyyən edilmiş limit çərçivəsində sahibkarlıq subyektlərinə ayrılacaq kredit məbləğinin 0,5 (sıfır tam onda beş) faizi həcmində birdəfəlik əvəzsiz haqqın (zəmanət haqqının) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 10 aprel tarixli 84 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydaları”nın 2.3-cü bəndinə əsasən “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”na köçürülməsini təmin edir və bu barədə müvafiq təsdiqedici sənədləri Zaminə təqdim edir.

4.2. Dövlət zəmanəti bu Sazişin 4.1.3-cü yarımbəndində nəzərdə tutulan zəmanət haqqı ödənildikdən sonra və ödənilən zəmanət haqqına mütənasib şəkildə qüvvəyə minir.

 

5. Zaminin öhdəlikləri

 

5.1. Zamin Fondun rəsmi müraciəti əsasında müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektlərinə ayrılan kredit vəsaiti üzrə öhdəliklərin (əsas borc) 2020-ci il üzrə 90 (doxsan) milyon manat məbləğinədək, 2021-ci il üzrə isə 210 (iki yüz on) milyon manat məbləğinədək olmaqla, ümumilikdə 300 (üç yüz) milyon manat məbləğinədək hissəsinin yerinə yetirilməsinə həmin məbləğdə dövlət zəmanəti verir. [16]

5.2. Zamin öhdəsinə götürür ki, sahibkarlıq subyektinin müvəkkil kredit təşkilatı qarşısında kredit müqaviləsi üzrə vaxtı keçmiş borcu yarandığı təqdirdə, müvəkkil kredit təşkilatının bu barədə Fonda rəsmi müraciəti və müvafiq olaraq Fondun Zaminə rəsmi müraciəti əsasında (bu müraciətə aidiyyəti sənədlər əlavə olunur) bu Sazişin 7-ci maddəsində qeyd edilən müddət və şərtlər çərçivəsində borc öhdəliklərinin dövlət zəmanətinə aid edilən hissəsini müvəkkil kredit təşkilatına ödəyir.

 

6. Zaminin hüquqları

 

6.1. “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə və ya Qaydanın 10-cu hissəsi ilə müəyyən edilən hallardan biri və ya bir neçəsi baş verdikdə Zamin dövlət zəmanətinin dayandırılması və ləğv edilməsi hüququna malikdir. Bu zaman əvvəlki kredit tranşları üzrə verilən kreditlərlə bağlı dövlət zəmanəti qüvvədə qalır.

 

7. Zəmanət üzrə öhdəliyin icrası

 

7.1. Zəmanət verilmiş kredit üzrə gecikmə müddəti 120 (yüz iyirmi) günü keçdikdə, müvəkkil kredit təşkilatının zəmanət üzrə tələb hüququ yaranır. Tələb hüququ yarandığı gündən etibarən 60 (altmış) gün müddətində qüvvədə olur. Bu müddətdə müvəkkil kredit təşkilatı ödəniş tələbi irəli sürmədikdə, zəmanət qüvvəsini itirir.

7.2. Müvəkkil kredit təşkilatı verilmiş zəmanət üzrə ödəniş aparılması üçün Fonda yazılı müraciət edir. Fond tələbin daxil olduğu tarixdən etibarən 5 (beş) iş günündən gec olmayaraq zəmanətin ödənilməsi ilə bağlı qərar qəbul edir və müvəkkil kredit təşkilatına bu barədə bildiriş göndərir. Bildiriş əsasında müvəkkil kredit təşkilatı 3 (üç) iş günü müddətində sahibkarlıq subyektinə münasibətdə zəmanət verilmiş kredit üzrə tələb hüquqlarını tam həcmdə tələbin güzəşti müqaviləsi və ya adlı qiymətli kağız üzrə indossament yolu ilə Fonda güzəşt edir.

7.3. Tələb hüquqları Fonda güzəşt edildikdən sonra Fond əməkdaşlıq müqaviləsinin, müvəkkil kredit təşkilatı ilə sahibkarlıq subyekti arasında imzalanmış kredit müqaviləsinin (ödəniş cədvəli də daxil olmaqla), girov (ipoteka) müqaviləsinin (olduqda) təsdiq olunmuş surətləri, müvəkkil kredit təşkilatının rekvizitləri və Fonda rəsmi müraciəti əlavə edilməklə zəmanət üzrə ödənişin həyata keçirilməsi üçün Zaminə müraciət edir. Zamin Fondun müraciətini qəbul etdikdən sonra 30 (otuz) iş günü müddətində zəmanət üzrə ödənişi müvəkkil kredit təşkilatının hesabına köçürür. Zəmanət üzrə ödəniş birdəfəlik həyata keçirilir və hissə-hissə ödənilməsinə yol verilmir.

7.4. Verilmiş dövlət zəmanəti üzrə öhdəliklərin Zamin tərəfindən müvəkkil kredit təşkilatına ödənilməsi hadisəsi baş verdikdə, dövlət zəmanəti üzrə edilmiş ödənişlərin sonradan Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna bərpa edilməsi məqsədilə Fondla Zamin arasında müqavilə imzalanır.

7.5. Tələb hüquqlarının realizə edilməsi üçün görüləcək tədbirlər Zaminlə razılaşdırılır və həyata keçirilən bütün tədbirlər nəticəsində əldə edilən vəsait Fondun Zaminlə imzaladığı müqaviləyə əsasən Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu qarşısında yaranmış öhdəliklərin yerinə yetirilməsinə kifayət etmədikdə həmin vəsaitin çatışmayan hissəsi Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun zərəri kimi qəbul edilərək, onun ziyanına silinir.

7.6. Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan dövlət zəmanətinə görə ödəniş edilmiş kredit üzrə sahibkarlıq subyekti tərəfindən müvəkkil kredit təşkilatına daxil olan vəsaitlərin bölüşdürülməsi Qaydanın 12-ci hissəsi ilə müəyyən edilən şərtlər çərçivəsində tənzimlənir.

 

8. Dövlət zəmanətinin dayandırılması və ləğv edilməsi

 

8.1. “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi, habelə Qaydanın 10-cu hissəsi ilə müəyyən edilən bir və ya bir neçə hal baş verdikdə, Zaminin verdiyi dövlət zəmanəti dayandırılır və ləğv edilir.

 

9. Digər müddəalar

 

9.1. Fondun yenidən təşkilindən və ya ləğvindən asılı olmayaraq bu Sazişdən irəli gələn öhdəliklər aradan qaldırılmır, bu və ya digər dərəcədə öhdəliklərin icrasına təsir göstərmir. Belə olan halda bu Sazişdən irəli gələn öhdəliklər bütünlüklə Fondun hüquqi varisinin üzərinə keçir.

9.2. Bu Sazişin müddəaları ilə müvafiq kredit müqavilələrinin və əməkdaşlıq müqavilələrinin müddəaları arasında hər hansı ziddiyyət yarandıqda, Sazişin müddəaları üstün hüquqa malikdir.

 

10. Sazişin qüvvədəolma müddəti

 

10.1. Bu Saziş imzalandığı tarixdən qüvvəyə minir və müvəkkil kredit təşkilatları tərəfindən müvafiq kredit müqavilələri üzrə sahibkarlıq subyektlərinə ayrılmış kreditlər üzrə öhdəliklər tam icra olunana qədər qüvvədə qalacaqdır.

 

11. Mübahisələrin həll olunması

 

11.1. Bu Sazişin həyata keçirilməsi zamanı ortaya çıxa biləcək bütün mübahisələr və anlaşılmazlıqlar tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir.

11.2. Əgər mübahisə və fikir ayrılıqları tərəflər arasında danışıqlar yolu ilə həll olunmazsa, bu halda mübahisə qanunvericiliklə müəyyən edilmiş qaydada həll edilir.

 

12. Sair şərtlər

 

12.1. Bu Saziş 2 (iki) nüsxədə tərtib olunur, nüsxələr Zamində və Fondda qalır.

12.2. Bu Sazişlə əlaqədar bütün məlumatlar yazılı formada tərtib ediləcək və poçt rabitəsi, faks və ya elektron poçt vasitəsilə göndəriləcəkdir.

 

13. Tərəflərin hüquqi ünvanı və rekvizitləri

 

 

ZAMİN

 

FOND

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

 

Azərbaycan Biznesinin İnkişafı Fondu [17]

Bakı şəhəri, S.Vurğun küçəsi, 135

 

Bakı şəhəri, A.Şərifzadə

küçəsi, 172

Maliyyə naziri

 

__________________

M.Y.

 

Müşahidə Şurasının sədri

 

_________________

M.Y.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       15 oktyabr 2020-ci il tarixli 391 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 oktyabr 2020-ci il, № 213, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1279)

2.       1 dekabr 2020-ci il tarixli 477 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 dekabr 2020-ci il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1581)

3.       13 sentyabr 2021-ci il tarixli 266 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 sentyabr 2021-ci il, № 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1066)

4.       5 yanvar 2022-ci il tarixli 1 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 yanvar 2022-ci il, № 2, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 53)

5.       4 aprel 2022-ci il tarixli 145 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 aprel 2022-ci il, № 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 394)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 1 dekabr 2020-ci il tarixli 477 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 dekabr 2020-ci il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1581) ilə 3-cü hissəyə “kreditlər” sözündən sonra “2020-ci il üzrə 90 (doxsan) milyon manat məbləğinədək, 2021-ci il üzrə 210 (iki yüz on) milyon manat məbləğinədək olmaqla, ümumilikdə” sözləri əlavə edilmişdir.

 

[2] 5 yanvar 2022-ci il tarixli 1 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 yanvar 2022-ci il, № 2, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 53) ilə 5-ci hissədə “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” sözləri “Azərbaycan Biznesinin İnkişafı Fondu” sözləri ilə əvəz edilmişdir.

 

[3] 5 yanvar 2022-ci il tarixli 1 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 yanvar 2022-ci il, № 2, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 53) ilə 8-ci hissədə “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun” sözləri “Azərbaycan Biznesinin İnkişafı Fondunun” sözləri ilə əvəz edilmişdir.

 

[4] 5 yanvar 2022-ci il tarixli 1 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 yanvar 2022-ci il, № 2, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 53) ilə “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nın 2.1.1-ci yarımbəndində “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” sözləri “Azərbaycan Biznesinin İnkişafı Fondu” sözləri ilə əvəz edilmişdir.

 

[5] 5 yanvar 2022-ci il tarixli 1 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 yanvar 2022-ci il, № 2, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 53) ilə “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nın 1.1-ci bəndində “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” sözləri “Azərbaycan Biznesinin İnkişafı Fondu” sözləri ilə əvəz edilmişdir.

 

[6] 4 aprel 2022-ci il tarixli 145 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 aprel 2022-ci il, № 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 394) ilə “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nın 3.1-ci bəndində Faiz subsidiyası sözləri Bu Qaydanın 3.4-1-ci bəndində nəzərdə tutulan hal istisna olmaqla, faiz subsidiyası sözləri ilə əvəz edilmişdir.

 

[7] 15 oktyabr 2020-ci il tarixli 391 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 oktyabr 2020-ci il, № 213, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1279) ilə “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nın 3.2-ci bəndində “6 (altı)” sözləri “12 (on iki)” sözləri ilə əvəz edilmişdir.

13 sentyabr 2021-ci il tarixli 266 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 sentyabr 2021-ci il, № 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1066) ilə “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nın 3.2-ci bəndinə “12 (on iki) ay” sözlərindən sonra “(ərzaqlıq buğda təchizatçılarına münasibətdə 24 (iyirmi dörd) ay)” sözləri əlavə edilmişdir.

 

4 aprel 2022-ci il tarixli 145 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 aprel 2022-ci il, № 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 394) ilə “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nın 3.2-ci bəndinə (ərzaqlıq buğda təchizatçılarına münasibətdə 24 (iyirmi dörd) ay) üçün sözlərindən sonra bu Qaydanın 3.4-1-ci bəndində nəzərdə tutulan halda isə 12 (on iki) ay üçün” sözləri əlavə edilmişdir.

 

[8] 15 oktyabr 2020-ci il tarixli 391 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 oktyabr 2020-ci il, № 213, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1279) ilə “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nın 3.3-cü bəndinin birinci cümləsinə “10 (on) faiz” sözlərindən sonra “, ərzaqlıq buğda təchizatçılarına münasibətdə 15 (on beş) faiz” sözləri, ikinci cümləsinə “10 (on) faizdən” sözlərindən sonra “, ərzaqlıq buğda təchizatçılarına münasibətdə isə 15 (on beş) faizdən” sözləri əlavə edilmişdir.

 

[9] 13 sentyabr 2021-ci il tarixli 266 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 sentyabr 2021-ci il, № 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1066) ilə “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nın 3.4-cü bəndinə “12 (on iki) aydan” sözlərindən sonra “(ərzaqlıq buğda təchizatçılarına münasibətdə 24 (iyirmi dörd) aydan)” sözləri əlavə edilmişdir.

 

[10] 4 aprel 2022-ci il tarixli 145 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 aprel 2022-ci il, № 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 394) ilə “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”na yeni məzmunda 3.4-1-ci bənd əlavə edilmişdir.

 

[11] 4 aprel 2022-ci il tarixli 145 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 aprel 2022-ci il, № 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 394) ilə “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”na yeni məzmunda 3.6-1-ci bənd əlavə edilmişdir.

 

[12] 4 aprel 2022-ci il tarixli 145 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 aprel 2022-ci il, № 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 394) ilə “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nın 4.1.2-ci yarımbəndinə bildiriş sözündən sonra (zəruri ərzaq təchizatçıları, ərzaqlıq buğda təchizatçıları və minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlar istisna olmaqla) sözləri əlavə edilmişdir.

 

[13] 5 yanvar 2022-ci il tarixli 1 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 yanvar 2022-ci il, № 2, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 53) ilə “Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə Azərbaycan Respublikası Hökuməti adından Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Dövlət Zəmanətinin verilməsi barədə Çərçivə Zəmanət Sazişi” üzrə 1.2-ci bənddə və 2.1.4-cü yarımbənddə “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” sözləri “Azərbaycan Biznesinin İnkişafı Fondu” sözləri ilə əvəz edilmişdir.

 

[14] 1 dekabr 2020-ci il tarixli 477 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 dekabr 2020-ci il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1581) ilə “Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə Azərbaycan Respublikası Höküməti adından Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Dövlət Zəmanətinin verilməsi barədə Çərçivə Zəmanət Sazişi”nin 3.1-ci bəndinə “nəzərdə tutulan” sözlərindən sonra “2020-ci il üzrə 150 (yüz əlli) milyon manatadək, 2021-ci il üzrə 350 (üç yüz əlli) milyon manatadək olmaqla, ümumilikdə” sözləri əlavə edilmişdir.

 

[15] 1 dekabr 2020-ci il tarixli 477 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 dekabr 2020-ci il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1581) ilə “Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə Azərbaycan Respublikası Höküməti adından Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Dövlət Zəmanətinin verilməsi barədə Çərçivə Zəmanət Sazişi”nin 3.2-ci bəndinə “yuxarı həddi” sözlərindən sonra “2020-ci il üzrə 90 (doxsan) milyon manat, 2021-ci il üzrə isə 210 (iki yüz on) milyon manat olmaqla, ümumilikdə” sözləri əlavə edilmişdir.

 

[16] 1 dekabr 2020-ci il tarixli 477 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 dekabr 2020-ci il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1581) ilə “Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə Azərbaycan Respublikası Höküməti adından Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Dövlət Zəmanətinin verilməsi barədə Çərçivə Zəmanət Sazişi”nin 5.1-ci bəndə “öhdəliklərin (əsas borc)” sözlərindən sonra “2020-ci il üzrə 90 (doxsan) milyon manat məbləğinədək, 2021-ci il üzrə isə 210 (iki yüz on) milyon manat məbləğinədək olmaqla, ümumilikdə” sözləri əlavə edilmişdir.

 

[17] 5 yanvar 2022-ci il tarixli 1 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 yanvar 2022-ci il, № 2, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 53) ilə “Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə Azərbaycan Respublikası Hökuməti adından Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Dövlət Zəmanətinin verilməsi barədə Çərçivə Zəmanət Sazişi” üzrə 13-cü hissədə “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” sözləri “Azərbaycan Biznesinin İnkişafı Fondu” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status