AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
12.06.2020
QEYDİYYAT NÖMRƏSİ
129-VIQD
ADI
“Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yerin təki haqqında” və “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 05-08-2020, Nəşr nömrəsi: 151), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2020, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 842)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
05.08.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
240.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12202006120129
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
05.08.2020
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yerin təki haqqında” və “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1.Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 22, maddə 947; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 419; 2001, № 3, maddə 143; 2004, № 2, maddə 57, № 4, maddə 199; 2007, № 11, maddə 1052; 2009, № 12, maddə 968; 2014, № 10, maddə 1153; 2016, № 6, maddə 980; 2017, № 12 (I kitab), maddə 2200; 2018, № 4, maddə 644, № 7 (I kitab), maddə 1385; 2019, № 1, maddə 36) 18-ci maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

“Radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının zərərsizləşdirilməsi (basdırılması), emalı sahəsində müəssisələrin, habelə bu fəaliyyətlə bağlı digər obyektlərin layihələndirilməsi və fəaliyyəti zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” və “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun həyata keçirilməlidir.”.

Maddə 2. Yerin təki haqqında Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 224; 1999, № 8, maddə 476; 2001, № 11, maddələr 673, 696, № 12, maddə 736; 2004, № 7, maddə 505; 2007, № 8, maddə 745, № 10, maddə 938; 2008, № 2, maddə 47; 2016, № 1, maddə 22; 2018, № 5, maddə 849; 2019, № 1, maddə 20, № 11, maddə 1689) 21-ci maddəsinin birinci hissəsinin on beşinci abzası aşağıdakı redaksiyada verilsin:

“balıqçılıq su obyektlərinin vəziyyətinə təsir edə bilən işlərin aparılması, müəssisələrin, qurğuların və digər obyektlərin tikintisi və yenidən qurulması layihələrinin dövlət ekoloji ekspertizasının “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq keçirilməsi.”.

Maddə 3.Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 472; 2001, № 3, maddə 148; 2002, № 5, maddə 238; 2003, № 4, maddə 178; 2004, № 2, maddə 57, № 4, maddə 201; 2008, № 2, maddə 47; 2009, № 10, maddə 769; 2013, № 3, maddə 209; 2014, № 4, maddə 338, № 10, maddə 1152; 2016, № 12, maddə 2011; 2017, № 2, maddə 142, № 6, maddə 1013; 2018, № 7 (I kitab), maddə 1398; 2019, № 1, maddə 20; Azərbaycan Respublikasının 2020-ci il 24 aprel tarixli 56-VIQD nömrəli və 1 may tarixli 71-VIQD nömrəli qanunları) 44-cü maddəsinə aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:

“2-1. Radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının zərərsizləşdirilməsi (basdırılması), emalı sahəsində müəssisələrin, habelə bu fəaliyyətlə bağlı digər obyektlərin layihələndirilməsi və fəaliyyəti zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” və “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun həyata keçirilir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 12 iyun 2020-ci il

№ 129-VIQD

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status