AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
29.07.2020
QEYDİYYAT NÖMRƏSİ
270
ADI
“Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 31-07-2020, Nəşr Nömrəsi: 150), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2020, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 1000)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
31.07.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202007290270
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
05.08.2020
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları” təsdiq edilsin (əlavə olunur).

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

 

Bakı şəhəri, 29 iyul 2020-ci il

    № 270

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2020-ci il 29 iyul tarixli 270 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları

 

1.                  Ümumi müddəalar

 

1.1. Bu Meyarlar “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 12.15-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və ümumi təhsil müəssisələrinin növlərinə dair tələbləri müəyyən edir.

1.2. Ümumi təhsil müəssisəsinin Meyarları Qanunun 12.14-cü maddəsinə uyğun olaraq ümumi təhsil müəssisəsinin növünün müəyyən edilməsi və bir növdən digərinə keçirilməsi barədə qərar qəbul edilən zaman nəzərə alınan tələblərdir.

1.3. Bu Meyarlar əsasında ümumi təhsil müəssisələri qanunla müəyyən edilən aşağıdakı ümumi təhsil müəssisələrinin növlərinə aid edilir:

1.3.1.           ibtidai ümumtəhsil məktəbi;

1.3.2.           ümumi orta ümumtəhsil məktəbi;

1.3.3.           tam orta ümumtəhsil məktəbi;

1.3.4.           lisey;

1.3.5.           gimnaziya;

1.3.6.           ümumtəhsil internat məktəbi;

1.3.7.           inteqrasiya təlimli internat tipli təhsil müəssisəsi;

1.3.8.           inteqrasiya təlimli ümumi təhsil müəssisəsi;

1.3.9.           xüsusi məktəb;

1.3.10.       xüsusi internat məktəbi;

1.3.11.       inteqrasiya təlimli internat tipli gimnaziya;

1.3.12.       valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəbi.

1.4. Bu Meyarlar müəyyən edilərkən, “Təhsil haqqında”, “Ümumi təhsil haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınır.

1.5. Ümumi təhsil müəssisələrinin tikintisinə və maddi-texniki təchizatına dair normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli Qərarı ilə müəyyənləşdirilir.

1.6. Bu Meyarlarda istifadə olunan anlayışlar Qanunda verilən mənaları ifadə edir.

 

2.                  İbtidai ümumtəhsil məktəbi üzrə meyarlar

 

2.1. İbtidai ümumtəhsil məktəbi üzrə meyarlar aşağıdakılardır:

2.1.1. ümumi təhsilin ibtidai təhsil səviyyəsini əhatə etməsi;

2.1.2. tədrisin dövlət standartları və proqramları əsasında təşkili;

2.1.3. məktəbin azkomplektli formada fəaliyyət göstərə bilməsi;

2.1.4. ştat sayının “Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli Qərarı ilə müəyyənləşdirilməsi.

 

3.                  Ümumi orta ümumtəhsil məktəbi üzrə meyarlar

 

3.1. Ümumi orta ümumtəhsil məktəbi üzrə meyarlar aşağıdakılardır:

3.1.1. ümumi təhsilin ibtidai və ümumi orta təhsil səviyyələrini əhatə etməsi;

3.1.2. tədrisin dövlət standartları və proqramları əsasında təşkili;

3.1.3. məktəbin azkomplektli formada fəaliyyət göstərə bilməsi;

3.1.4. ştat sayının “Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli Qərarı ilə müəyyənləşdirilməsi.

 

4.                  Tam orta ümumtəhsil məktəbi üzrə meyarlar

 

4.1. Tam orta ümumtəhsil məktəbi üzrə meyarlar aşağıdakılardır:

4.1.1. ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməsi;

4.1.2. tədrisin dövlət standartları və proqramları əsasında təşkili;

4.1.3. tam orta təhsil səviyyəsində təmayüllər üzrə (humanitar, texniki, təbiət və digər) tədrisin təşkil edilməsi;

4.1.4. ştat sayının “Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli Qərarı ilə müəyyənləşdirilməsi.

 

5.                  Lisey üzrə meyarlar

 

5.1. Lisey üzrə meyarlar aşağıdakılardır:

5.1.1. ümumi təhsilin ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməsi;

5.1.2. tədrisin dövlət standartları və proqramları əsasında təşkili;

5.1.3. müvafiq təmayüllər (humanitar, texniki, təbiət və digər) üzrə tədrisin təşkil edilməsi;

5.1.4. istedadlı şagirdlərin müsabiqə yolu ilə müəyyənləşdirilərək liseyə qəbul edilməsi;

5.1.5. fənn olimpiadalarında və beynəlxalq müsabiqələrdə nailiyyət qazanmış təhsilalanların liseyə müsabiqədənkənar qəbul edilməsi;

5.1.6. istedadlı şagirdlərin yerli və beynəlxalq fənn olimpiadalarına və müsabiqələrə hazırlığı üçün mərkəzlərin yaradılması;

5.1.7. ali təhsil müəssisələri və elmi təşkilatlarla əməkdaşlıq layihələrinin həyata keçirilməsi;

5.1.8. ştat sayının “Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli Qərarı ilə müəyyənləşdirilməsi.

 

6.                  Gimnaziya üzrə meyarlar

 

6.1. Gimnaziya üzrə meyarlar aşağıdakılardır:

6.1.1. ümumi təhsilin ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməsi (incəsənət və idman-şahmat yönümlü gimnaziyalar istisna olmaqla);

6.1.2. incəsənət və idman-şahmat yönümlü gimnaziyalarda ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməsi;

6.1.3. tədrisin dövlət standartları və proqramları əsasında təşkili;

6.1.4. müvafiq təmayüllər (əsasən humanitar) üzrə tədrisin təşkil edilməsi;

6.1.5. əsasən humanitar sahədə istedad və qabiliyyəti ilə fərqlənən təhsilalanların müsabiqə yolu ilə müəyyənləşdirilərək gimnaziyaya qəbul edilməsi;

6.1.6. fənn olimpiadalarında və beynəlxalq müsabiqələrdə nailiyyət qazanmış təhsilalanların gimnaziyaya müsabiqədənkənar qəbul edilməsi;

6.1.7. istedadlı şagirdlərin yerli və beynəlxalq fənn olimpiadalarına və müsabiqələrə hazırlığı üçün mərkəzlərin yaradılması;

6.1.8. ali təhsil müəssisələri və elmi təşkilatlarla əməkdaşlıq layihələrinin həyata keçirilməsi;

6.1.9. ştat sayının “Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli Qərarı ilə müəyyənləşdirilməsi.

 

7.                  Ümumtəhsil internat məktəbi üzrə meyarlar

 

7.1. Ümumtəhsil internat məktəbi üzrə meyarlar aşağıdakılardır:

7.1.1. ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməsi;

7.1.2. tədrisin dövlət standartları və proqramları əsasında təşkili;

7.1.3. təhsilalanların aztəminatlı, zəruri sosial-məişət şəraiti olmayan ailələrdən qəbul edilmiş, sağlamlığının bərpasına ehtiyacı olan uşaq və yeniyetmələri əhatə etməsi;

7.1.4. ümumi tipli ümumtəhsil internat məktəblərinə şagirdlərin valideynin (yaxud digər qanuni nümayəndənin) ərizəsinə, sanator tipli ümumtəhsil internat məktəblərinə isə uşaq poliklinikalarının nəzdində təşkil edilmiş ixtisaslı həkim komissiyalarının rəyinə əsasən qəbul olunması;

7.1.5. müvafiq maddi-tədris baza və kadr potensialı olduqda, təmayüllü siniflərin təşkil edilməsi;

7.1.6. şagirdlərin sağlamlığının qorunması, tələb olunan hallarda onların müalicəsinə dair tədbirlərin görülməsi üçün ciddi sanitar-gigiyena rejiminin yaradılması;

7.1.7. şagirdlərin tam dövlət təminatında saxlanılması;

7.1.8. ştat sayının “İnternat məktəblərinin, internat tipli liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris-köməkçi və xidmətedici heyətinin nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 23 iyun tarixli 157 nömrəli Qərarı ilə müəyyənləşdirilməsi;

7.1.9. məktəbin fəaliyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 5 may tarixli 176 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi”nin tələblərinə uyğun təşkili.

 

8.                  İnteqrasiya təlimli internat tipli təhsil müəssisəsi üzrə meyarlar

 

8.1. İnteqrasiya təlimli internat tipli təhsil müəssisəsi üzrə meyarlar aşağıdakılardır:

8.1.1. ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməsi;

8.1.2. tədrisin dövlət standartları və proqramları əsasında təşkili (sağlamlıq imkanları məhdud şəxslərin tədrisi istisna olmaqla);

8.1.3. sağlamlıq imkanları məhdud uşaqların (xüsusi şərait yaradılmadan təhsil almasında çətinliklər yaranan fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olanlar) sağlam şəxslərlə birgə təhsil almaları;

8.1.4. sağlamlıq imkanları məhdud şəxslərə xüsusi təhsil proqramı ilə tədrisin təşkil edilməsi;

8.1.5. sağlamlıq imkanları məhdud şəxslərin sayının təhsil müəssisəsinin ümumi kontingentinin 20 faizindən çox olmaması;

8.1.6. sağlamlıq imkanları məhdud şəxslərin psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən təhsil müəssisəsinə qəbulu;

8.1.7. təhsil müəssisəsində sağlamlıq imkanları məhdud şəxslərin təhsil almaları üçün xüsusi təhsil bölməsinin olması;

8.1.8. sağlamlıq imkanları məhdud şəxslərə tədris prosesi üçün zəruri köməkçi xidmətin təşkil olunması;

8.1.9. şagirdlərin tam dövlət təminatında saxlanılması;

8.1.10. təhsilin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 may tarixli 87 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydaları”nın tələblərinə uyğun təşkili;

8.1.11. ştat sayının “İnternat məktəblərinin, internat tipli liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris-köməkçi və xidmətedici heyətinin nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 23 iyun tarixli 157 nömrəli Qərarı ilə müəyyənləşdirilməsi;

8.1.12. təhsil müəssisəsinin fəaliyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 5 may tarixli 176 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi”nin tələblərinə uyğun təşkili.

 

9.                  İnteqrasiya təlimli ümumi təhsil müəssisəsi üzrə meyarlar

 

9.1. İnteqrasiya təlimli ümumi təhsil müəssisəsi üzrə meyarlar aşağıdakılardır:

9.1.1. ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməsi;

9.1.2. tədrisin dövlət standartları və proqramları əsasında təşkili (sağlamlıq imkanları məhdud şəxslərin tədrisi istisna olmaqla);

9.1.3. sağlamlıq imkanları məhdud uşaqların (xüsusi şərait yaradılmadan təhsil almasında çətinliklər yaranan fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olan şəxs) sağlam şəxslərlə birgə təhsil alması;

9.1.4. sağlamlıq imkanları məhdud şəxslərə xüsusi təhsil proqramı ilə tədrisinin təşkil edilməsi;

9.1.5. sağlamlıq imkanları məhdud şəxslərin sayının təhsil müəssisəsinin ümumi kontingentinin 20 faizindən çox olmaması;

9.1.6. sağlamlıq imkanları məhdud şəxslərin psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən təhsil müəssisəsinə qəbulu;

9.1.7. təhsil müəssisəsində sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün xüsusi təhsil bölməsinin olması;

9.1.8. sağlamlıq imkanları məhdud şəxslərə tədris prosesi üçün zəruri köməkçi xidmətin təşkil olunması;

9.1.9. təhsilin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 may tarixli 87 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydaları”nın tələblərinə uyğun təşkili;

9.1.10. ştat sayının “Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli Qərarı ilə müəyyənləşdirilməsi.

 

10.              Xüsusi məktəb üzrə meyarlar

 

10.1. Xüsusi məktəb üzrə meyarlar aşağıdakılardır:

10.1.1. xüsusi təhsilə cəlb edilmiş sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblərin siniflər üzrə aşağıdakı təhsil səviyyələrini əhatə etməsi:

1. dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları və skolioz xəstəliyi, xroniki somatik xəstəlikləri, emosional-iradi sahədə və davranışında çatışmazlıq olanlar üçün xüsusi məktəblərdə ibtidai (I-IV siniflər) və ümumi orta təhsil (V-X) səviyyələrini;

2. əqli cəhətdən zəif inkişaf etmiş şəxslər üçün xüsusi məktəblərdə ibtidai (I-IV siniflər) və ümumi orta (V-IX siniflər) təhsil səviyyələrini;

3. kor və zəifgörənlər üçün xüsusi məktəblərdə ibtidai (I-IV siniflər), ümumi orta (V-X siniflər) və tam orta təhsil (XI-XII siniflər) səviyyələrini;

4. kar şəxslər üçün xüsusi məktəbdə ibtidai (I-IV siniflər) və ümumi orta (V-XI siniflər) təhsil səviyyələrini;

5. zəifeşidən və sonradan karlaşmış şəxslər üçün xüsusi məktəblərdə I bölmədə ibtidai (I-IV siniflər), ümumi orta (V-X siniflər), tam orta (XI-XIII siniflər), II bölmədə ibtidai (I-IV siniflər) və ümumi orta (V-XII siniflər) təhsil səviyyələrini;

6. nitqi qüsurlu şəxslər üçün xüsusi məktəblərdə I bölmədə ibtidai (I-IV siniflər), ümumi orta (V-X siniflər), II bölmədə ibtidai (I-IV siniflər) və ümumi orta (V-IX siniflər) təhsil səviyyələri;

7. ağır çatışmazlığı olanlar, o cümlədən kar-kor şəxslər üçün xüsusi məktəblərdə ibtidai (I-IV siniflər) və ümumi orta (V-XI siniflər) təhsil səviyyələrini;

10.1.2. məktəbdə sağlamlıq imkanları məhdud olan şəxslərin sayının 100 nəfərdən az olmaması;

10.1.3. xüsusi məktəblərdə uşaqların qəbulunun və yerdəyişməsinin psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı əsasında aparılması;

10.1.4. sağlamlıq imkanları məhdud şəxslərə xüsusi təhsil proqramı ilə tədrisin təşkil edilməsi;

10.1.5. əqli cəhətdən zəif inkişaf etmiş şəxslər üçün fərdi inkişaf planlarının tətbiqi;

10.1.6. əqli cəhətdən zəif inkişaf etmiş şəxslərin əmək təliminə oxuduqları sinifdən asılı olmayaraq 12 yaşdan cəlb edilməsi;

10.1.7. şagirdlərin tam dövlət təminatında saxlanılması;

10.1.8. ştat sayının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 9 yanvar tarixli 6 nömrəli Qərarı ilə müəyyənləşdirilməsi;

10.1.9. məktəbin fəaliyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli 78 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi təhsil müəssisələri haqqında Əsasnamə”nin tələblərinə uyğun təşkili.

 

11.              Xüsusi internat məktəbi üzrə meyarlar

 

11.1. Xüsusi internat məktəbi üzrə meyarlar aşağıdakılardır:

11.1.1. xüsusi təhsilə cəlb edilmiş sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərinin siniflər üzrə aşağıdakı təhsil səviyyələrini əhatə etməsi:

1. poliomelit və beyin iflici qalığı, dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları və skolioz xəstəliyi, xroniki somatik xəstəlikləri, emosional-iradi sahədə və davranışında çatışmazlıq olanlar üçün xüsusi internat məktəblərində ibtidai (I-IV siniflər) və ümumi orta təhsil (V-X) səviyyələrini;

2. əqli cəhətdən zəif inkişaf etmiş uşaqlar üçün xüsusi internat məktəbində ibtidai (I-IV siniflər) və ümumi orta (V-IX siniflər) təhsil səviyyələrini;

3. kor və zəifgörənlər üçün xüsusi internat məktəbində ibtidai (I-IV siniflər), ümumi orta (V-X siniflər) və tam orta təhsil (XI-XII siniflər) səviyyələrini;

4. kar şəxslər üçün xüsusi internat məktəbində ibtidai (I-IV siniflər) və ümumi orta (V-XI siniflər) təhsil səviyyələrini;

5. zəifeşidən və sonradan karlaşmış şəxslər üçün xüsusi internat məktəbində I bölmədə ibtidai (I-IV siniflər), ümumi orta (V-X siniflər), tam orta (XI-XIII siniflər), II bölmədə ibtidai (I-IV siniflər) və ümumi orta (V-XII siniflər) təhsil səviyyələrini;

6. nitqi qüsurlu şəxslər üçün xüsusi internat məktəbində I bölmədə ibtidai (I-IV siniflər), ümumi orta (V-X siniflər), II bölmədə ibtidai (I-IV siniflər) və ümumi orta (V-IX siniflər) təhsil səviyyələri;

7. ağır çatışmazlığı olanlar, o cümlədən internat məktəbində I bölmədə ibtidai (I-IV siniflər), ümumi orta (V-X siniflər), II bölmədə ibtidai (I-IV siniflər) və ümumi orta (V-XI siniflər) təhsil səviyyələri;

11.1.2. xüsusi internat məktəblərinə sağlamlıq imkanları məhdud uşaqların qəbulunun və yerdəyişməsinin yerlərdə fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı əsasında aparılması;

11.1.3. sağlamlıq imkanları məhdud şəxslərə xüsusi təhsil proqramı ilə tədrisin təşkil edilməsi;

11.1.4. əqli cəhətdən zəif inkişaf etmiş şəxslər üçün fərdi inkişaf planlarının tətbiqi;

11.1.5. əqli cəhətdən zəif inkişaf etmiş uşaqların əmək təliminə oxuduqları sinifdən asılı olmayaraq 12 yaşdan cəlb edilməsi;

11.1.6. şagirdlərin tam dövlət təminatında saxlanılması;

11.1.7. ştat sayının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 9 yanvar tarixli 6 nömrəli Qərarı ilə müəyyənləşdirilməsi;

11.1.8. məktəbin fəaliyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli 78 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi təhsil müəssisələri haqqında Əsasnamə”nin tələblərinə uyğun təşkili.

 

12.              İnteqrasiya təlimli internat tipli gimnaziya

 

12.1. İnteqrasiya təlimli internat tipli gimnaziya üzrə meyarlar aşağıdakılardır:

12.1.1. ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməsi;

12.1.2. tədrisin dövlət standartları və proqramları əsasında təşkili (sağlamlıq imkanları məhdud şəxslərin tədrisi istisna olmaqla);

12.1.3. sağlamlıq imkanları məhdud uşaqların (xüsusi şərait yaradılmadan təhsil almasında çətinliklər yaradan fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olan şəxs) sağlam uşaqlarla birgə təhsil almaları;

12.1.4. sağlamlıq imkanları məhdud şəxslərə xüsusi təhsil proqramı ilə tədrisin təşkil edilməsi;

12.1.5. sağlamlıq imkanları məhdud şəxslərin sayının gimnaziyanın ümumi kontingentinin 20 faizindən çox olmaması;

12.1.6. sağlamlıq imkanları məhdud şəxslərin psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən gimnaziyaya qəbulu;

12.1.7. gimnaziyada sağlamlıq imkanları məhdud şəxslərin təhsil almaları üçün xüsusi təhsil bölməsinin olması;

12.1.8. sağlamlıq imkanları məhdud şəxslərə tədris prosesi üçün zəruri köməkçi xidmətin təşkil olunması;

12.1.9. müvafiq təmayüllər (əsasən humanitar) üzrə tədrisin təşkil edilməsi;

12.1.10. əsasən humanitar sahədə istedad və qabiliyyəti ilə fərqlənən təhsilalanların müsabiqə yolu ilə müəyyənləşdirilərək gimnaziyaya qəbul edilməsi;

12.1.11. şagirdlərin tam dövlət təminatında saxlanılması;

12.1.12.  təhsilin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 may tarixli 87 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydaları”na uyğun təşkili;

12.1.13.  ştat sayının “İnternat məktəblərinin, internat tipli liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris-köməkçi və xidmətedici heyətinin nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 23 iyun tarixli 157 nömrəli Qərarı ilə müəyyənləşdirilməsi;

12.1.14.  gimnaziyanın fəaliyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 5 may tarixli 176 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi”nin tələblərinə uyğun təşkili.

 

13.              Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün ümumtəhsil internat məktəbi üzrə meyarlar

 

13.1. Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün ümumtəhsil internat məktəbi üzrə meyarlar aşağıdakılardır:

13.1.1. ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməsi;

13.1.2. tədrisin dövlət standartları və proqramları əsasında təşkili;

13.1.3. təhsilalanların valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqları əhatə etməsi;

13.1.4. şagirdlərin məktəbə yaşadıqları rayonun (şəhərin) icra hakimiyyətinin qərarına əsasən qəbul olunması;

13.1.5. zəruri hallarda şagirdlərin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, müvafiq regional təhsil idarəsinin, yaxud polis idarəsinin təqdimatı əsasında qəbul olunması; [1]

13.1.6. şagirdlərin tam dövlət təminatında saxlanılması;

13.1.7. ştat sayının “İnternat məktəblərinin, internat tipli liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris-köməkçi və xidmətedici heyətinin nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 23 iyun tarixli 157 nömrəli Qərarı ilə müəyyənləşdirilməsi;

13.1.8. məktəbin fəaliyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 5 may tarixli 176 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi”nin tələblərinə uyğun təşkili.


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1. 19 aprel 2022-ci il tarixli 165 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 aprel 2022-ci il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 412)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 19 aprel 2022-ci il tarixli 165 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 aprel 2022-ci il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 412) ilə “Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları”nın 13.1.5-ci yarımbəndində “müvafiq rayon (şəhər) təhsil şöbəsinin” sözləri “Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, müvafiq regional təhsil idarəsinin” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status