![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
“Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanında dəyişiklik edilməsi və aqrar sahənin maliyyələşməsinin stimullaşdırılması ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 aprel tarixli 985 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”nin 12.2-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası
QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının 2019-cu il 31 yanvar tarixli Q-03-19 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə üzrə Müsabiqə Komissiyası haqqında Əsasnamə” üzrə:
1.1.1. 5.0.8-ci yarımbənddən “qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasından və” sözləri çıxarılsın;
1.1.2. 5.0.8-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.0.9-cu yarımbənd əlavə edilsin:
“5.0.9. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müvəkkil kredit təşkilatlarının maliyyə-statistik göstəriciləri barədə hər il fevral ayının 1-dək Agentliyə təqdim edilən məlumatlar.”.
1.2. həmin qərarla təsdiq edilmiş “Müvəkkil kredit təşkilatlarının seçilmə meyarları”na aşağıdakı məzmunda 2-ci hissə əlavə edilsin:
“2. Bu meyarların 1.1-1.4-cü bəndlərində göstərilmiş meyarlara uyğunluq müvəkkil kredit təşkilatları tərəfindən təqdim edilmiş sənədlər (məlumatlar) əsasında müəyyən edilir.”.
2. Kənd Təsərrüfatı Nazirliyinin Hüquq şöbəsi (Nicat Əfəndiyev) bu qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
3. Bu qərarın icrasına nəzarət Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimovaya tapşırılsın.
Əsas: “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanında dəyişiklik edilməsi və aqrar sahənin maliyyələşməsinin stimullaşdırılması ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 aprel tarixli 985 nömrəli Fərmanı.
Kollegiyanın sədri,
Nazir |
İnam Kərimov |