AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
12.08.2020
QEYDİYYAT NÖMRƏSİ
290
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elmi müəssisələrin akkreditasiyası Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 14 dekabr tarixli 554 nömrəli Qərarında dəyişiklik edilməsi və “Elmi müəssisələrin akkreditasiyası qurumu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2017-ci il 14 dekabr tarixli 555 nömrəli Qərarının ləğv edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 13-08-2020, Nəşr Nömrəsi: 158), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2020, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 1107)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.08.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
200.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202008120290
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
14.08.2020
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elmi müəssisələrin akkreditasiyası Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 14 dekabr tarixli 554 nömrəli Qərarında dəyişiklik edilməsi və “Elmi müəssisələrin akkreditasiyası qurumu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2017-ci il 14 dekabr tarixli 555 nömrəli Qərarının ləğv edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Elmi müəssisələrin akkreditasiyası Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 dekabr tarixli 554 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12, maddə 2502) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adına və mətninə “müəssisələrin” sözündən sonra “təşkilatların” sözü əlavə edilsin;

1.2. həmin Qərarla təsdiq edilmiş “Elmi müəssisələrin akkreditasiyası Qaydası” üzrə:

1.2.1. 1.2-ci bəndə (hər iki halda), 1.4-cü, 2.1-ci bəndlərə, 2.4-cü bəndə (hər iki halda), 2.5-ci bəndə, 2.5.2-ci, 2.5.4-cü (hər iki halda) yarımbəndlərə, 2.9-cu, 2.10-cu bəndlərə, 2.11-ci bəndin birinci cümləsinə, 2.12-ci bəndə, 2.13-cü bəndin birinci cümləsinə, 2.14-cü bəndə, 3.1-ci bəndin birinci cümləsinə (hər iki halda) və 3.3-cü bəndə ismin müvafiq hallarında “müəssisə” sözündən sonra ismin müvafiq hallarında “(təşkilat)” sözü əlavə edilsin;

1.2.2. 1.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“1.3. Elmi müəssisələrin (təşkilatların) akkreditasiyası onların elmi fəaliyyətlərinin qiymətləndirilməsi əsasında ali attestasiya orqanı – Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (bundan sonra – Komissiya) tərəfindən həyata keçirilir.”;

1.2.3. “Elmi müəssisələrin akkreditasiyası Qaydası”na əlavə üzrə:

1.2.3.1. adında və mətnində “Elmi Müəssisələrin Akkreditasiyası” sözləri “Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya” sözləri ilə əvəz edilsin;

1.2.3.2. mətninə “elmi müəssisənin” sözlərindən sonra “(təşkilatın)” sözü əlavə edilsin;

1.2.3.3. “Əsas:” hissəsinə “Komissiyasının” sözündən sonra “Rəyasət Heyətinin” sözləri əlavə edilsin.

2. “Elmi müəssisələrin akkreditasiyası qurumu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 dekabr tarixli 555 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12, maddə 2503) ləğv edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

 

Bakı şəhəri, 12 avqust 2020-ci il

    № 290

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status