AKTIN NÖVÜ
Mərkəzi bankın qərarı
QƏBUL EDİLDİYİ TARİX
27.07.2020
QEYDİYYAT NÖMRƏSİ
35/1
ADI
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 18 iyul tarixli 33/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.08.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.060.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
23202007270351
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
12.08.2020
Azərbaycan Respublikası Mərkəzi Bankının Idarə Heyətinin 2016-cı il 18 iyul tarixli 33/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nda dəyişikliklər edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

MƏRKƏZİ BANKININ QƏRARI

Qəbul edildiyi tarix

27.07.2020

Qeydiyyat nömrəsi

35/1

Adı

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 18 iyul tarixli 33/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nda dəyişikliklər edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

13.08.2020

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.060.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23202007270351

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

12.08.2020

 

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci, 44-cü və 45-ci maddələrinə əsasən

 

Q Ə R A R A   A L I R:

 

1.                      Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 18 iyul tarixli 33/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nda dəyişikliklər təsdiq edilsin (əlavə olunur).

2.                      Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

Sədr

Elman Rüstəmov

 


 

 

“Tәsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

Qərar № 35/1

“27” iyul 2020-ci il

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 18 iyul tarixli 33/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nda dəyişikliklər

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 18 iyul tarixli 33/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.   1-ci hissədə  “(bundan sonra – AZIPS) və” sözləri “(bundan sonra – AZIPS),” sözləri ilə əvəz edilsin, “iştirakçıları” sözündən əvvəl “və Ani Ödənişlər Sisteminin (bundan sonra – AÖS)” sözləri əlavə edilsin;

2.      2-ci hissə üzrə:

2.1.   2.1.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.1.1. iştirakçı - AZIPS, XÖHKS və AÖS-də (bundan sonra birlikdə - sistemlər) ödəniş əməliyyatları həyata keçirən bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən bank hesablarına xidmət göstərilən digər hüquqi şəxs və AZIPS-ə qoşulmuş bank vasitəsilə likvidliyin təmin edilməsi yolu ilə AÖS-də əməliyyatların həyata keçirilməsində iştirak edən hüquqi şəxs;”;

2.2.   aşağıdakı məzmunda 2.1.1-1-ci yarımbənd əlavə edilsin:

     “2.1.1-1. likvidliyin təmin edilməsi - AÖS-də iştirakçılar arasında hesablaşmalar üzrə öhdəliklərin icrası üçün tələb olunan pul vəsaitinin klirinq hesabında yerləşdirilməsi;”;

2.3.   aşağıdakı məzmunda 2.1.3-1-ci, 2.1.3-2-ci və 2.1.3-3-cü yarımbəndlər əlavə edilsin:

2.1.3-1. birbaşa iştirakçı - AÖS-ə qoşulmuş və klirinq hesabında likvidliyin təmin edilməsini özü həyata keçirən iştirakçı;

2.1.3-2. birbaşa olmayan iştirakçı - AÖS-ə qoşulmuş, lakin klirinq hesabında likvidliyin təmin olunmasını AZIPS-in üzvü olan hər hansı bir bank (bundan sonra -   hesablaşma bankı) vasitəsilə həyata keçirən iştirakçı;

2.1.3-3. vasitəçi - AÖS-də birbaşa və birbaşa olmayan iştirakçıların müştərilərinin hesabları üzrə ödəniş sorğularının sistemə göndərilməsində vasitəçilik edən hüquqi şəxs;”;

2.4. 2.1.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.1.5. bank identifikasiya kodu (BİK) - Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Sistemi (SWIFT) və ya Mərkəzi Bank tərəfindən iştirakçılara verilmiş unikal identifikasiya nömrəsi;”;

2.5. 2.1.7-ci yarımbənddə “AZIPS və XÖHKS-də” sözləri “sistemlərdə” sözü ilə əvəz edilsin;

2.6. 2.1.10-cu yarımbənddən  “(bundan sonra - MT)” sözləri çıxarılsın;

2.7. aşağıdakı məzmunda 2.1.10-1-ci yarımbənd əlavə edilsin:

2.1.10-1. AÖS hesablaşma hesabı - birbaşa iştirakçının AZIPS-də açılmış müxbir hesabı ilə eyni nömrəyə malik olan və bu hesabda bloklaşdırılmış vəsait həcmində əməliyyatların aparılması üçün AÖS-də istifadə edilən hesab;”;

2.8. 2.1.11-ci yarımbənddə “XÖHKS-də” sözü “ XÖHKS və AÖS-də” sözləri əvəz edilsin;

2.9. 2.1.13-cü yarımbənddə “məqsədilə” sözündən sonra “AZİPS-də” sözü əlavə edilsin;

2.10. 2.1.14-cü və 2.1.15-ci yarımbəndlərdən XÖHKS-də” sözü çıxarılsın;

2.11. 2.1.17-ci yarımbənddə “banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində ödəniş əməliyyatlarının və bu əməliyyatları üzrə məlumat mübadiləsinin” sözləri “sistemlərdə  ödəniş əməliyyatları üzrə hesablaşmaların və məlumat mübadiləsinin müvafiq sistemin reqlamenti çərçivəsində” sözləri ilə əvəz edilsin;

2.12. aşağıdakı məzmunda 2.1.17-1-ci yarımbənd əlavə edilsin:

2.1.17-1. 24/7/365 rejimi - sistemlərdə ödəniş əməliyyatları üzrə hesablaşmaların və məlumat mübadiləsinin qanunvericiliklə müəyyənləşdirilmiş qeyri-iş günləri də daxil olmaqla günün istənilən vaxtı real vaxt rejimində həyata keçirilməsini nəzərdə tutan iş rejimi;”;

2.13. 2.1.18-ci və 2.1.19-cu yarımbəndlərdə “AZİPS və/və ya XÖKHS-ün” sözləri “sistemlərin” sözü ilə əvəz edilsin;

3. 3-cü hissə üzrə:

3.1. 3.1-ci, 3.2-ci və 3.7-ci bəndlərdə “AZİPS və XÖKHS-də” sözləri “Sistemlərdə”  sözü ilə əvəz edilsin;

3.2. 3.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.5. Sistemlərdə istifadə olunan məlumat formatları, habelə sistemlərin fəaliyyət reqlamenti Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq olunur. Reqlamentdə əməliyyat günü ərzində ödəniş sənədlərinin, sorğu, bildiriş və məlumatların göndərilməsi, qəbulu və emalı üzrə vaxt intervalları, sistemlərin iş vaxtlarının müvəqqəti dəyişdirilməsi proseduru,  XÖHKS-də əməliyyat günü ərzində klirinq sessiyalarının sayı, AÖS-də klirinq hesabının qalığı üzrə AZIPS ilə aparılan tənzimləmələrin sayı, habelə XÖHKS-də və AÖS-də qəbul edilən bir ödəniş sənədinin maksimal məbləği müəyyən edilir. AÖS-ün fəaliyyət reqlamentində həmçinin  iştirakçıların və vasitəçilərin fəaliyyətinin təşkili, o cümlədən onların hüquq və vəzifələri, əməliyyatlar üzrə təyin edilmiş vaxt limitləri, habelə sistemdə aparılan əməliyyatlar üzrə mübahisəli halların həlli qaydaları müəyyən edilir.”;

3.3. 3.8-ci bənddə “İştirakçı” sözü “AZIPS və XÖHKS-də iştirakçı” sözləri ilə, ismin müvafiq hallarında “AZIPS və ya XÖHKS” sözləri ismin müvafiq hallarında “sistemlər” sözü ilə əvəz edilsin;

4. 4-cü hissə üzrə:

4.1.   4.1-ci bənddə “müxbir və cari hesablar üzrə” sözləri “bu Qaydaların 3.5-ci bəndinə müvafiq olaraq təsdiq edilmiş reqlament əsasında”  sözləri ilə əvəz edilsin;

4.2. 4.2-ci bənd 4.3-cü bənd hesab edilsin və aşağıdakı məzmunda 4.2-ci bənd əlavə edilsin:

“4.2. AZIPS-də hesablaşmalar iştirakçıların müxbir və cari hesabları vasitəsilə həyata keçirilir.”;

4.3. 4.3.1-ci yarımbənddə “Qapalı” sözündən əvvəl “sistemlərdə informasiya mübadiləsinin aparılması məqsədilə yaradılmış” sözləri əlavə edilsin;

4.4.  aşağıdakı məzmunda 4.8.4-1-ci yarımbənd əlavə edilsin:

“4.8.4-1. iştirakçı VÖEN-nin düzgünlüyü;”;

4.5. 4.8.6-cı yarımbənddə “BİK-nin” sözündən sonra “, VÖEN-nin” sözü əlavə edilsin;

4.6. 4.14-cü bənddə  “bildiriş” sözü “sorğu” sözü ilə əvəz edilsin;

4.7. 4.16-cı bənd aşağıdakı redaksiyada verilsin:

“4.16. Emitent iştirakçı tərəfindən AZIPS-ə sorğu (MT298/SMT200) göndərilməklə gözləmə rejimində olan ödəniş tapşırığı ləğv edilə bilər. Bu halda AZIPS tərəfindən emitent iştirakçıya bildiriş (MT298/SMT701) göndərilir.”;

4.8. 4.19-cu bənddə “İştirakçının hesabında” sözləri “Digər iştirakçılar tərəfindən sistemdə verilmiş səlahiyyətlər çərçivəsində iştirakçıların hesablarında” sözləri ilə, “iştirakçıya” sözü “onlara” sözü ilə əvəz edilsin;

4.9. 4.26.2-ci yarımbənddə “təmin oluması” sözləri “təmin olunması” sözləri ilə əvəz edilsin;

5. 5-ci hissə üzrə:

5.1. 5.1-ci bənddə “tərəfindən” sözündən sonra “bu Qaydaların 3.5-ci bəndinə müvafiq olaraq təsdiq edilmiş reqlament əsasında” sözləri əlavə edilsin;

5.2. 5.2-ci bənddən “banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində” sözləri çıxarılsın;

5.3. 5.4.1-ci yarımbənddə “təmin oluması” sözləri “təmin olunması” sözləri ilə əvəz edilsin;

6. aşağıdakı məzmunda 5-1-ci hissə əlavə edilsin:

 

“5-1. AÖS-də hesablaşmalar

 

5-1.1.   AÖS iştirakçılar arasında hesablaşmaların bu Qaydaların 3.5-ci bəndinə müvafiq olaraq təsdiq edilmiş reqlament əsasında 24/7/365 rejimində aparılması üçün istifadə olunur.

5-1.2.   AÖS-də hesablaşmalar birbaşa iştirakçıların AÖS hesablaşma hesabları və iştirakçıların klirinq hesabları vasitəsi ilə həyata keçirilir.

5-1.3.   Birbaşa iştirakçının özünün və onun hesablaşma bankı olduğu birbaşa olmayan iştirakçıların klirinq hesabları onun AÖS hesablaşma hesabı ilə əlaqələndirilir. Birbaşa iştirakçı ilə birbaşa olmayan iştirakçı arasında bu Qaydalardan irəli gələn münasibətlər aralarında bağlanan müqavilə ilə tənzimlənir.

5-1.4.   AÖS-ün iştirakçıları sistemlərdə informasiya mübadiləsinin aparılması məqsədi ilə yaradılmış QTŞ-yə qoşulmalıdır.

5-1.5.   İştirakçı müvafiq daxili informasiya resurslarını AÖS-ün informasiya mübadiləsi üçün nəzərdə tutulmuş əsas və köməkçi komponentləri ilə aidiyyatı üzrə inteqrasiya etməlidir.

5-1.6.  AÖS-də informasiya mübadiləsinin təhlükəsizliyi aşağıdakı qaydada təmin olunur:

5-1.6.1.    informasiya təhlükəsiziyinin təmin olunması üçün BSXM-in elektron sertifikatlarından istifadə olunur. Bu zaman sanksiya olunmamış kənar müdaxilələrdən qorunmaq üçün istifadə olunan məlumat ötürülmə kanalları şifrələnir və iştirakçıların qeydiyyat kodları üzrə autentifikasiya aparılır;

5-1.6.2.    iştirakçı AÖS-dən alınan məlumatların tamlığını və həqiqiliyini BSXM tərəfindən təqdim olunan açıq açar infrastrukturunun imkanlarından istifadə etməklə yoxlayır. Qəbul olunmuş məlumatların elektron imzası ilə bağlı aşkarlanan hər bir çatışmazlıq haqqında dərhal Mərkəzi Banka məlumat (elektron və ya kağız daşıyıcılarda) verilir.

5-1.7.          AÖS-də iştirakçılar klirinq hesabları üzrə debet limitini aşağıdakı qaydada idarə edə bilərlər:

5-1.7.1.    birbaşa iştirakçı AZIPS-ə müvafiq formatda sorğunu (MT205) göndərməklə AÖS hesablaşma hesabı üçün debet limitini ilkin müəyyənləşdirə və artıra bilər. Bu halda iştirakçının müxbir hesabından silinmə aparılmadan göstərilən məbləğ əsasında limit müəyyənləşdirilir və göndərilən hər bir sorğu əsasında nəzərdə tutulan məbləğ debet limitinə əlavə edilir. AZIPS-də iştirakçının müxbir hesabında bu tipli  debet limitinin dəyişdirilməsi üzrə emal olunan hər bir sifariş haqqında real vaxt rejimində AÖS-ə məlumat ötürülür;

5-1.7.2.     birbaşa iştirakçı AÖS-də müvafiq formatda sorğudan (camt.011) istifadə etməklə AÖS hesablaşma hesabı üçün debet limiti müəyyənləşdirə bilər. Debet limitinin idarə olunması üzrə sorğu ilkin olaraq AÖS-də emal olunur. Əgər sorğuda sifariş olunan məbləğ birbaşa iştirakçının AÖS hesablaşma hesabının xalis debet mövqeyindən artıqdırsa, sorğu real rejimdə AZIPS-ə ötürülür, az olduğu halda isə birbaşa iştirakçının debet limitinin dəyişdirilməsi sorğusuna imtina bildirişi (camt.025/ERRC) göndərilir. Debet limitinin dəyişdirilməsi haqqında AZIPS-ə daxil olan sorğu iştirakçının müxbir hesabında olan vəsaitin həcminə uyğun olaraq emal olunur və nəticə barəsində AÖS-ə məlumat ötürülür. Sorğunun AZIPS-də emalının nəticəsindən asılı olaraq birbaşa iştirakçının debet limiti AÖS-də dəyişdirilir və bu haqda birbaşa iştirakçıya bildiriş göndərilir (camt.010);

5-1.7.3.     birbaşa iştirakçı AÖS-də müvafiq formatda sorğudan (camt.011) istifadə etməklə özünün və ya hesablaşma bankı olduğu birbaşa olmayan iştirakçının klirinq hesabı üçün debet limiti müəyyənləşdirə bilər. Debet limitinin idarə olunması üzrə sorğu AÖS-də emal olunur. Əgər sorğuda sifariş olunan məbləğ iştirakçının xalis debet mövqeyindən artıqdırsa, sorğu AÖS-də emal olunur, az olduğu  halda isə iştirakçının klirinq hesabı üzrə debet limitinin dəyişdirilməsi sorğusuna imtina bildirişi (camt.025/ERRC) göndərilir. Sorğunun uğurlu emalı nəticəsində klirinq hesabının debet limiti müəyyənləşdirilir və iştirakçıya bu haqda bildiriş göndərilir (camt.010);   

5-1.7.4.    AÖS-də iştirakçıların klirinq hesablarında aparılan əməliyyatlar üzrə gün ərzində sistemin iş reqlamentinə uyğun olaraq birbaşa iştirakçıların AZIPS-dəki müxbir və cari hesabları ilə tənzimlənmə aparılır;

5-1.7.5.    iştirakçıların klirinq hesabları üzrə ayrılmış debet limit bu Qaydaların 3.5-ci bəndinə müvafiq olaraq təsdiq edilmiş reqlamentdə müəyyənləşdirilmiş həddən az olduqda AÖS aidiyyatı üzrə birbaşa iştirakçıya klirinq hesabları üzrə baş vermiş dəyişikliklər barədə bildiriş (camt.010) göndərir;

5-1.7.6.    iştirakçılar klirinq hesabındakı qalıq barədə məlumatın əldə olunması üçün AÖS-ə sorğu (camt.009) göndərir, kənarlaşma olduqda AÖS iştirakçıya imtina bildirişi (camt.025/ERRC), kənarlaşma olmadıqda isə cavab (camt.010) göndərir.

5-1.8.          AÖS-də ödəniş əməliyyatları üzrə məlumat mübadiləsi aşağıdakı kimi həyata keçirilir:

5-1.8.1.    ödəniş tapşırığı (pacs.008) AÖS-ə göndərilir;

5-1.8.2.    ödəniş sorğusu (pain.001) AÖS-ə göndərilir;

5-1.8.3.    ödənişin geri qaytarılması tapşırığı (pacs.004) AÖS-ə göndərilir;

5-1.8.4.    ödənişin geri qaytarılması sorğusu (camt.056) AÖS-ə göndərilir.

5-1.9.          İştirakçının ödəniş əməliyyatları üzrə AÖS-ə göndərdiyi məlumat formatlarında aşağıdakılar yoxlanılır:

5-1.9.1.         məlumat formatlarında məcburi sahələrin doldurulması;

5-1.9.2.          valyutalaşma tarixinin bu Qaydaların 3.7-ci bəndinə uyğunluğu;

5-1.9.3.         sənəd nömrəsinin təkrarlanmaması;

5-1.9.4.          sənədin bu Qaydaların 3.5-ci bəndinə müvafiq olaraq AÖS üzrə müəyyənləşdirilmiş elektron ödəniş sənədlərinin formatlarına uyğunluğu;

5-1.9.5.         iştirakçı BİK-nin düzgünlüyü;

5-1.9.6.           klirinq hesablarının düzgünlüyü;

5-1.9.7.         müxbir hesabların düzgünlüyü;

5-1.9.8.         iştirakçı BİK-nin və müxbir hesabının uyğunluğu;

5-1.9.9.         ödəniş məbləğinin AÖS-də qəbul edilən bir ödəniş tapşırığının maksimal məbləğini aşmaması.

5-1.10.      Bu Qaydaların 5-1.9-cu bəndində müəyyən edilmiş tələblərdən kənarlaşma olduqda sənədi AÖS-ə göndərən iştirakçıya emaldan imtina haqqında səbəbi göstərilməklə aşağıdakı bildirişlər göndərilir:

5-1.10.1.     ödəniş tapşırığının icrasından imtina edilməsi haqqında bildiriş (pacs.002/RJCT);

5-1.10.2.     ödəniş sorğusunun icrasından imtina edilməsi haqqında bildiriş (camt.025/RJCT);

5-1.10.3.     ödənişin geri qaytarılması tapşırığının icrasından imtina edilməsi haqqında bildiriş (pacs.002/RJCT);

5-1.10.4.     ödənişin geri qaytarılması sorğusunun icrasından imtina edilməsi haqqında bildiriş (camt.029).

5-1.11.      İştirakçıların AÖS-də fəaliyyətin təşkili üçün köməkçi məqsədlərlə göndərdiyi  digər məlumat formatlarında (pacs.028, pain.998, camt.033, camt.060, camt.998, camt.011) bu Qaydaların 3.5-ci bəndinə müvafiq olaraq sistem üzrə müəyyənləşdirilmiş elektron sənəd formatlarından kənarlaşma olduqda iştirakçıya emaldan imtina haqqında bildiriş (camt.025/ERRC) göndərilir.

5-1.12.      Bu Qaydaların 5-1.9-cu bəndində müəyyən edilmiş tələblərdən kənarlaşma olmadıqda birbaşa iştirakçıların və birbaşa olmayan iştirakçıların göndərdikləri sənədlər üzrə əməliyyatlar aşağıdakı qaydada icra edilir:

5-1.12.1.     ödəniş tapşırıqlarının (pacs.008) icrası üzrə:

5-1.12.1.1.        emitent iştirakçı ödəniş tapşırığını (pacs.008) AÖS-ə göndərir;

5-1.12.1.2.        AÖS emitent iştirakçının klirinq hesabında ödəniş tapşırığındakı vəsaitin həcmi qədər bloklaşmanı həyata keçirir və ödəniş tapşırığını təsdiqlənməsi üçün benefisiar iştirakçıya göndərir;

5-1.12.1.3.        benefisiar iştirakçı ödəniş tapşırığını təsdiqlədiyi halda AÖS-ə təsdiq bildirişi (pacs.002/AUTH), təsdiqləmədiyi halda isə imtina bildirişi (pacs.002/NAUT) göndərir;

5-1.12.1.4.        AÖS benefisiar iştirakçıdan təsdiq bildirişi aldıqda emitentin klirinq hesabını debitləşdirərək, benefisiarın klirinq hesabını kreditləşdirir və hər iki iştirakçıya təsdiq üzrə bildiriş (pacs.002/STAT) göndərir;

5-1.12.1.5.        AÖS benefisiar iştirakçıdan imtina bildirişi aldıqda və ya bu Qaydaların 3.5-ci bəndinə müvafiq olaraq təsdiq edilmiş reqlamentdə  bu məqsəd ilə müəyyənləşdirilmiş vaxt intervalı ərzində cavab almadıqda, emitent iştirakçının klirinq hesabındakı ödəniş tapşırığının məbləği həcmində bloklaşmanı ləğv edir və hər iki iştirakçıya imtina üzrə bildiriş (pacs.002/RJCT) göndərir;

5-1.12.1.6.        birbaşa iştirakçının tələbi ilə, onun vasitəsi ilə sistemdə fəaliyyət göstərən birbaşa olmayan iştirakçıların AÖS-də icra olunan ödəniş tapşırıqlarının surəti (pacs.008) birbaşa iştirakçıya göndərilə bilər.

5-1.12.2.         ödəniş sorğusunun(pain.001) icrası üzrə:

5-1.12.2.1.                  benefisiar iştirakçı ödəniş sorğusunu (pain.001) AÖS-ə göndərir;

5-1.12.2.2.                   AÖS ödəniş sorğusunu yoxlayır və onu emitent iştirakçıya göndərir;

5-1.12.2.3.        emitent iştirakçı ödəniş sorğusunu yoxlayır, kənarlaşma olduqda AÖS-ə səbəbi göstərilməklə imtina haqqında bildiriş (pain.002/NAUT) göndərir, kənarlaşma olmadıqda isə razılıq verir və AÖS-ə ödəniş tapşırığı (pacs.008) göndərir;

5-1.12.2.4.         AÖS emitent iştirakçıdan təsdiq (pacs.008) aldıqda, ödəniş tapşırığındakı vəsaitin həcmi qədər emitentin klirinq hesabını debitləşdirərək, benefisiarın klirinq hesabını kreditləşdirir və ödəniş tapşırığını (pacs.008) benefisiar iştirakçıya göndərir;

5-1.12.2.5.        AÖS emitent iştirakçıdan imtina bildirişi (pain.002/NAUT) aldıqda, emitent iştirakçının klirinq hesabında kifayət qədər vəsait olmadıqda və ya bu Qaydaların 3.5-ci bəndinə müvafiq olaraq təsdiq edilmiş reqlamentdə  bu məqsəd ilə müəyyənləşdirilmiş vaxt intervalı ərzində cavab almadıqda, əməliyyatı icra etməkdən imtina edir və müvafiq olaraq benefisiara və ya hər iki iştirakçıya imtina üzrə bildiriş (pain.002/RJCT) göndərir;

5-1.12.2.6.        AÖS uğurlu əməliyyat barədə hər iki iştirakçıya ödənişin statusunu (pacs.002/STAT) göndərir.

5-1.13.      Bu Qaydaların 5-1.9-cu bəndində müəyyən edilmiş tələblərdən kənarlaşma olmadıqda vasitəçilərin göndərdikləri ödəniş sorğuları üzrə əməliyyatlar aşağıdakı qaydada icra edilir:

5-1.13.1.     vasitəçi ödəniş sorğusunu (pain.001) AÖS-ə göndərir;

5-1.13.2.     AÖS ödəniş sorğusunu yoxlayır və onu emitent iştirakçıya göndərir;

5-1.13.3.     emitent iştirakçı ödəniş sorğusunu yoxlayır, kənarlaşma olduqda AÖS-ə səbəbi göstərilməklə bildiriş (pain.002/NAUT) göndərir, kənarlaşma olmadıqda isə razılıq verir və AÖS-ə ödəniş tapşırığı (pacs.008) göndərir;

5-1.13.4.     emitent iştirakçı imtina göndərdikdə AÖS vasitəçiyə imtina bildirişi (pain.002/NAUT) göndərir, təsdiq göndərdikdə isə emitent iştirakçının klirinq hesabında ödəniş tapşırığındakı vəsaitin həcmi qədər bloklaşmanı həyata keçirir və ödəniş tapşırığını (pacs.008) təsdiqlənməsi üçün benefisiar iştirakçıya göndərir;

5-1.13.5.     benefisiar iştirakçı ödəniş tapşırığını təsdiqlədiyi halda AÖS-ə təsdiq bildirişi (pacs.002/AUTH), əks halda isə imtina bildirişi (pacs.002/NAUT) göndərir;

5-1.13.6.     AÖS benefisiar iştirakçıdan təsdiq bildirişi aldıqda emitentin klirinq hesabını debitləşdirərək, benefisiarın klirinq hesabını kreditləşdirir, emitent və benefisiar iştirakçılara (pacs.002/STAT), həmçinin vasitəçiyə (pain.002/STAT) təsdiq barədə bildiriş göndərir;

5-1.13.7.     AÖS benefisiar iştirakçıdan imtina bildirişi aldıqda və ya bu Qaydaların 3.5-ci bəndinə müvafiq olaraq təsdiq edilmiş reqlamentdə bu məqsəd ilə müəyyənləşdirilmiş vaxt intervalı ərzində cavab almadıqda, emitent iştirakçının klirinq hesabındakı ödəniş tapşırığının məbləği həcmində bloklaşmanı ləğv edir, emitent  iştirakçıya (pacs.002/RJCT), vasitəçiyə isə (pain.002/RJCT) imtina haqqında bildiriş göndərir.

5-1.14.       Bu Qaydaların 5-1.9-cu bəndində müəyyən olunmuş tələblərdən kənarlaşma olmadıqda iştirakçıların göndərdikləri ödənişin geri qaytarılması üçün  tapşırıqlar üzrə əməliyyatlar aşağıdakı qaydada icra edilir:

5-1.14.1.     benefisiar iştirakçı ödənişin geri qaytarılması üzrə tapşırığı (pacs.004) AÖS-ə göndərir;

5-1.14.2.     AÖS benefisiar iştirakçının klirinq hesabında ödəniş tapşırığındakı vəsaitin həcmi qədər bloklaşmanı həyata keçirir və ödənişin geri qaytarılması tapşırığını (pacs.004) təsdiqlənməsi üçün emitent iştirakçıya göndərir;

5-1.14.3.     emitent iştirakçı ödənişin geri qaytarılması tapşırığını təsdiqlədiyi halda AÖS-ə təsdiq bildirişi (pacs.002/AUTH), təsdiqləmədiyi halda isə imtina bildirişi (pacs.002/NAUT) göndərir;

5-1.14.4.     AÖS emitent iştirakçıdan təsdiq bildirişi aldıqda benefisiarın klirinq hesabını debitləşdirərək, emitentin klirinq hesabını kreditləşdirir və hər iki iştirakçıya təsdiq barədə bildiriş (pacs.002/STAT) göndərir;

5-1.14.5.     AÖS emitent iştirakçıdan imtina bildirişi aldıqda və ya bu Qaydaların 3.5-ci bəndinə müvafiq olaraq təsdiq edilmiş reqlamentdə  bu məqsəd ilə müəyyənləşdirilmiş vaxt intervalı ərzində cavab almadıqda, benefisiar iştirakçının klirinq hesabındakı ödəniş tapşırığının məbləği həcmində bloklaşmanı ləğv edir və hər iki iştirakçıya imtina haqqında bildiriş (pacs.002/RJCT) göndərir;

5-1.14.6.     birbaşa iştirakçının tələbi olduqda, onun vasitəsi ilə sistemdə fəaliyyət göstərən birbaşa olmayan iştirakçıların AÖS-də icra olunan ödənişin geri qaytarılma tapşırıqlarının surəti (pacs.004) birbaşa iştirakçıya göndərilir.

5-1.15.      Bu Qaydaların 5-1.9-cu bəndində müəyyən edilmiş tələblərdən kənarlaşma olmadıqda iştirakçıların göndərdikləri ödənişin  geri qaytarılması sorğusu (camt.056) üzrə əməliyyatlar aşağıdakı qaydada icra edilir:

5-1.15.1.geri qaytarılma sorğusu üzrə prosesin emitent iştirakçı tərəfindən başlanıldığı halda:

5-1.15.1.1.   emitent iştirakçı ödənişin geri qaytarılması sorğusunu (camt.056) AÖS-ə göndərir;

5-1.15.1.2.    AÖS ödənişin geri qaytarılması sorğusunu (camt.056) yoxlayır və benefisiar iştirakçıya göndərir;

5-1.15.1.3.   benefisiar iştirakçı ödənişin geri qaytarılması sorğusunu təsdiqlədiyi halda AÖS-ə ödənişin geri qaytarılması üzrə tapşırığı (pacs.004), əks halda isə imtina bildirişini (camt.029) göndərir;

5-1.15.1.4.    AÖS benefisiar iştirakçıdan təsdiq (pacs.004) aldıqda ödəniş tapşırığındakı vəsaitin həcmi qədər benefisiarın klirinq hesabını debitləşdirərək, emitentin klirinq hesabını kreditləşdirir və ödənişin geri qaytarılması tapşırığını (pacs.004) emitent iştirakçıya göndərir;

5-1.15.1.5.   AÖS benefisiar iştirakçıdan imtina (camt.029) aldıqda  ləğvetməni icra etmir və emitent iştirakçıya imtina bildirişini (camt.029)  göndərir;

5-1.15.1.6.   AÖS benefisiar iştirakçının hesabında kifayət qədər vəsait olmadıqda  ləğvetməni  icra etmir və benefisiar iştirakçıya  imtina bildirişi (pacs.002/RJCT) göndərir;

5-1.15.1.7.   AÖS uğurlu əməliyyat barədə hər iki iştirakçıya ödənişin statusu (pacs.002/STAT) məlumatını göndərir.

5-1.15.2.         geri qaytarılma sorğusu üzrə prosesin vasitəçi tərəfindən başlanıldığı halda:

5-1.15.2.1.   vasitəçi ödənişin geri qaytarılması sorğusunu (camt.056) AÖS-ə göndərir;

5-1.15.2.2.   AÖS ödənişin geri qaytarılması sorğusunu (camt.056) yoxlayır və benefisiar iştirakçıya göndərir;

5-1.15.2.3.    benefisiar iştirakçı ödənişin geri qaytarılması sorğusunu təsdiqlədiyi halda AÖS-ə ödənişin geri qaytarılma üzrə ödəniş tapşırığını  (pacs.004) göndərir, əks halda imtina bildirişini (camt.029) göndərir;

5-1.15.2.4.    AÖS benefisiar iştirakçıdan təsdiq aldığı halda, onun klirinq hesabında ödəniş tapşırığındakı vəsaitin həcmi qədər bloklaşmanı həyata keçirir və ödənişin geri qaytarılması tapşırığını (pacs.004) təsdiqlənməsi üçün emitent iştirakçıya göndərir;

5-1.15.2.5.   AÖS emitent iştirakçıdan ödənişin geri qaytarılması tapşırığı üzrə təsdiq aldıqda (pacs.002/AUTH) ödənişinin geri qaytarılması əməliyyatını icra edir və prosesin hər üç iştirakçısına təsdiq bildirişi (pacs.002/STAT) göndərir.

5-1.16.      AÖS emitent iştirakçıdan imtina (pacs.002/NAUT) aldıqda və ya bu Qaydaların 3.5-ci bəndinə müvafiq olaraq təsdiq edilmiş reqlamentdə bu məqsəd ilə müəyyənləşdirilmiş vaxt intervalı ərzində cavab almadıqda, benefisiar iştirakçının klirinq hesabındakı ödəniş tapşırığının məbləği həcmində bloklaşmanı ləğv edir və müvafiq olaraq əməliyyatın hər üç iştirakçısına imtina haqqında bildiriş (pacs.002/RJCT) göndərir.

5-1.17.       İştirakçı AÖS-dən aşağıdakı məlumat və sənədləri ala bilər:

5-1.17.1.      sorğu (pacs.028) göndərməklə ödəniş tapşırığının icra statusu haqqında bildiriş (pacs.002/STAT);

5-1.17.2.      sorğu (pain.998) göndərməklə ödəniş sorğusunun icra statusu haqqında bildiriş (pain.002/STAT);

5-1.17.3.     sorğu (camt.033) göndərməklə sistemdə icra edilmiş ödəniş tapşırığının surətini (camt.034);

5-1.17.4.      sorğu (camt.060) göndərməklə Mərkəzi Bank tərəfindən müəyyənləşdirilmiş müddət çərçivəsində istənilən gün üçün klirinq hesabından çıxarış  (camt.998/TRANSREP);

5-1.17.5.     sorğu (camt.009) göndərməklə klirinq hesabındakı qalıq barədə məlumat (camt.010);

5-1.17.6.     sorğu (camt.018) göndərməklə cari əməliyyat günü barədə məlumat (camt.019).

5-1.18.       İştirakçı AÖS-də 24/7/365 rejimində sərbəst mətn formatından (camt.998/TEXTMESSAGE) istifadə etməklə digər iştirakçılara məlumat göndərə bilər.

5-1.19.       AÖS-də hər bir əməliyyat gününün sonunda iştirakçıya klirinq hesabından çıxarış  (camt.998/TRANSREP) göndərilir.”;

7.        7.2-ci, 7.3-cü və 7.9-cu bəndlərdə “AZİPS və XÖKHS-də” sözləri ”sistemlərdə” sözləri ilə əvəz edilsin;

8.         aşağıdakı məzmunda 7-1-ci hissə əlavə edilsin:

 

“7-1. İştirakçının sistemlərə qoşulması, sistemlərdə fəaliyyətinin müvəqqəti dayandırılması və sistemlərdən kənarlaşdırılması

 

7-1.1.     Sistemlərə yeni qoşulan iştirakçı qoşulma protokolunu (Əlavə №2)  imzalayır. Mərkəzi Bank yeni qoşulan iştirakçı haqqında elektron və ya kağız daşıyıcıda digər iştirakçılara məlumat göndərir.

7-1.2.     Mərkəzi Bank iştirakçının sistemlərdə fəaliyyətini aşağıdakı hallarda müvəqqəti dayandırır:

7-1.2.1.         səlahiyyətli dövlət orqanları tərəfindən iştirakçının əməliyyatlarının dayandırılması haqqında sərəncam və ya onun hesabına həbs qoyulması barədə  qərar daxil olduqda;

7-1.2.2.         iştirakçının rəsmi müraciəti (elektron və ya kağız daşıyıcıda) ilə  sistemdən  istifadə ilə bağlı texniki problemin yaranması barədə Mərkəzi Banka məlumat daxil olduqda.

7-1.3.     İştirakçının sistemlərdə fəaliyyətinin dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqdan sonra Mərkəzi Bank iştirakçının sistemlərdə fəaliyyətini dərhal bərpa edir və bu barədə ona elektron və ya kağız daşıyıcıda məlumat göndərir.

7-1.4.     İştirakçının bank lisenziyası ləğv olunduqda, iştirakçı müflis elan olunduqda və ya məhkəmənin qərarı ilə ləğv edildikdə Mərkəzi Bank xəbərdarlıq etmədən həmin iştirakçını sistemlərdən kənarlaşdırır.

7-1.5.     Mərkəzi Bank kənarlaşdırılmış və ya sistemdə iştirakına xitam verilməsi ilə bağlı müraciət etmiş iştirakçı barədə  sistemin digər iştirakçılarına elektron və ya kağız daşıyıcıda məlumat göndərir.

7-1.6.     Bu Qaydaların 7-1.4-cü bəndində nəzərdə tutulmuş hallarda iştirakçının sistemdə gələcək valyutalaşma tarixli və gözləmə rejimində olan ödənişləri müvafiq olaraq iştirakçının sistemdən kənarlaşdırılması və ya sistemdə iştirakına xitam verilməsi anından ləğv edilir.”;

9.                Qaydalara “Əlavə №1”-in adında “aparılması" Qaydalarına” sözləri “aparılması Qaydaları”na” sözləri ilə əvəz edilsin;

10.    Qaydalara “Əlavə № 2” əlavə edilsin (əlavə olunur).


 

"Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların aparılması Qaydaları”na

Əlavə № 2

 

Banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərinə qoşulmaya dair

Protokol

     Tarix: __________________

______________________________________________ tərəfindən hazırki protokolun

                                            (təşkilatın adı)

imzalanması təşkilatın "Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların aparılması Qaydaları”na, habelə müvafiq ödəniş sisteminin texniki tələblərinə və reqlament (prosedur) sənədlərinə uyğun fəaliyyət göstərəcəyi barədə yazılı iltizam sayılır.

Sistemin adı:

 

1.     AZIPS - Real Vaxt Rejimində Banklarası Hesablaşmalar Sistemi 󠆰                            

2.     XÖHKS - Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi          󠆰            

3.     AÖS - Ani Ödənişlər Sistemi                                                          󠆰        

 

Təşkilatın səlahiyyətli nümayəndəsi:

_________________________________________________

(soyadı, adı)

_________________________________________________

(vəzifəsi)

                                                                     M.Y.”

 

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status