AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
27.04.2020
QEYDİYYAT NÖMRƏSİ
150
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında” 2006-cı il 13 iyul tarixli 171 nömrəli, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2008-ci il 29 fevral tarixli 59 nömrəli, “Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” 2012-ci il 28 sentyabr tarixli 217 nömrəli və “Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımının göstərilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” 2016-cı il 29 sentyabr tarixli 374 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2020, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 496)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
340.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
30.04.2020
“Müharibə dövründə ölkə iqtisadiyyatından nəqliyyat vasitələrinin, yol-tikinti və yükləmə-boşaltma texnikasının götürülməsi normalan və Qaydaları”nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında” 2006-cı il 13 iyul tarixli 171 nömrəli, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2008-ci il 29 fevral tarixli 59 nömrəli, “Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” 2012-ci il 28 sentyabr tarixli 217 nömrəli və “Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımının göstərilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” 2016-cı il 29 sentyabr tarixli 374 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.“Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 iyul tarixli 171 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 638, № 10, maddə 902; 2010, № 3, maddə 264; 2011, № 8, maddə 777; 2012, № 12, maddə 1350; 2013, № 10, maddə 1203; 2016, № 9, maddə 1585; 2019, № 4, maddə 776) 2-ci hissəsinə “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi” sözlərindən əvvəl “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidməti,” sözləri və “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin” sözlərindən sonra “və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 2, maddə 134; 2010, № 1, maddə 59; 2012, № 12, maddə 1371; 2013, № 10, maddə 1204, № 12, maddə 1627; 2015, № 5, maddə 659; 2016, № 9, maddə 1585; 2017, № 4, maddələr 620, 643, № 7, maddə 1501, № 12 (II kitab), maddə 2484) ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 1.2-ci bəndinə “Azərbaycan Ordusunda” sözlərindən əvvəl “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində,” sözləri əlavə edilsin.

3. “Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 28 sentyabr tarixli 217 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 943; 2016, № 9, maddə 1585; 2017, № 5, maddə 1006, № 10, maddə 1916) 2-ci hissəsinə “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin” sözlərindən əvvəl “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətinin,” sözləri əlavə edilsin.

4. “Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımının göstərilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 29 sentyabr tarixli 374 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1599) aşağıdakı məzmunda 3-1-ci və 3-2-ci hissələr əlavə edilsin:

“3-1. Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətinin hərbi qulluqçularına 2.1-ci və 2.2-ci bəndlərdə göstərilən sənədlər Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibinin xidməti tərəfindən verilir.

3-2. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun hərbi qulluqçularına 2.1-ci və 2.2-ci bəndlərdə göstərilən sənədlər Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən verilir.”.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 27 aprel 2020-ci il

№ 150

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status