Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin
QƏRARI
№ 23/1
Bakı şəhəri 18 may 2020-ci il
“Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”nın təsdiq edilməsi barədə
Dövriyyədə olan pul nişanlarının keyfiyyətinin yüksək səviyyədə saxlanılması, tədavüldə təmiz pul siyasətinin realizasiyası, pul nişanlarının ekspertizası və dəyişdirilməsi ilə bağlı xidmət səviyyəsinin yüksəldilməsi və onların saxtalaşdırılmasına qarşı mübarizənin effektivliyinin artırılması istiqamətində davamlı tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci, 36-cı, 37-ci, 39-cu və 40-cı maddələrinə əsasən
Q Ə R A R A A L I R:
1. “Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 2005-ci il 03 mart tarixli qərarı ilə (05 nömrəli protokol) təsdiq edilmiş (18.03.2005-ci il tarixli 3118 nömrəli şəhadətnamə) "Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Qaydaları” ("Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında manatın denominasiyasının tətbiqi haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Milli Bankının bəzi normativ aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 2005-ci il 23 dekabr tarixli (38 nömrəli protokol) qərarının (30.12.2005-ci il tarixli 3211 nömrəli şəhadətnamə) 3-cü hissəsi) ləğv edilsin.
3. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
Mərkəzi Bankın sədri
vəzifəsini icra edən
|
Alim Quliyev
|
|
“Təsdiq edilmişdir”
Azərbaycan Respublikasının
Mərkəzi Bankı
Qərar 23/1
“18” may 2020-ci il
|
Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası
Qaydaları
1.
Ümumi müddəalar
1.1.
Bu Qaydalar “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı, 37-ci, 39-cu və 40-cı maddələrinə uyğun olaraq hazırlanmışdır.
1.2.
Bu Qaydalar tədavülə yararsız olan milli pul nişanlarının əlamətlərini, Azərbaycan Respublikasının Mərkəzi Bankında və Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda, xarici bankların yerli filiallarında və poçt rabitəsinin milli operatorunda (bundan sonra – banklar) milli pul nişanlarının dəyişdirilməsi, habelə həmin təşkilatlarda milli və xarici valyutada pul nişanlarının ekspertizasının aparılması qaydalarını müəyyən edir.
2.
Anlayışlar
2.0. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.0.1.
həqiqi pul nişanı - Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank) tərəfindən tədavülə buraxılan və müəyyən olunmuş texniki parametrlərə, dizayn və mühafizə elementlərinə malik olan pul nişanı;
2.0.2.
tədavülə yararsız pul nişanı – bu Qaydalarla müəyyən edilmiş yararsızlıq əlamətlərindən hər hansı birinə malik olan və təkrar tədavülə buraxılması qadağan olunan həqiqi pul nişanı;
2.0.3.
şübhəli pul nişanı – həqiqiliyi şübhə doğuran pul nişanı;
2.0.4.
saxta pul nişanı – istehsal və hazırlanma üsulundan asılı olmayaraq Mərkəzi Bank tərəfindən tədavülə buraxılmış pul nişanlarını imitasiya edən (oxşadan, bənzədən) və ya həqiqi pul nişanlarının nominalının və ya digər parametrlərinin dəyişdirilməsi nəticəsində düzəldilmiş pul nişanı;
2.0.5.
ekspert – Mərkəzi Bankda pul nişanlarının ekspertizasını həyata keçirən əməkdaş;
2.0.6.
pul nişanlarının ekspertizası – pul nişanının həqiqiliyinin və ya nominal dəyərinin ödənilməsinin müəyyən edilməsi;
2.0.7.
emal – pul nişanlarının avtomatlaşdırılmış avadanlıqlarda və ya əl ilə vərəq-vərəq (ədədlə) sayılması, onların nominalına, həqiqiliyinə, tədavülə yararlı və yararsızlığına görə ayrılması;
2.0.8.
xüsusi qablaşdırma vahidi – bankomatlar və ödəniş terminallarının kasetləri, xüsusi konteynerlər və sair qablaşdırma vahidlərində milli pul nişanlarının təhlükəsiz saxlanması və daşınmasını təmin edən, habelə qanunsuz müdaxilə cəhdləri zamanı pul nişanlarını xüsusi vasitələrlə (xüsusi boya, kimyəvi, yapışdırıcı vasitə və s.) avtomatik tədavülə yararsız hala salan qablaşdırma vahidi;
2.0.9.
SPMS – Mərkəzi Bankda ekspertiza üzrə əməliyyatların qeydiyyatını aparan, bu əməliyyatlarla bağlı məlumatları və hesabatlığı təmin edən, eləcə də banklar və digər təşkilatlarla koordinasiyanı avtomatlaşmış qaydada təmin edən “Saxta pul nişanlarının Monitorinqi Sistemi”;
3.
Milli pul nişanlarının tədavülə yararsızlıq əlamətləri
3.1.
Banklar tərəfindən qəbul edilmiş milli pul nişanları təkrar tədavülə yalnız emal edildikdən sonra buraxılır. Emal prosesində bu Qaydalarla müəyyən edilmiş əlamətlərə malik olan yararsız milli pul nişanlarının banklar tərəfindən təkrar tədavülə buraxılması qadağandır, belə pullar Mərkəzi Banka təhvil verilməlidir.
3.2.
Kağız pul nişanları avadanlıqlarda emal olunarkən bu Qaydalara Əlavə 1-də göstərilmiş əlamətlərdən hər hansı biri aşkar olunduqda tədavülə yararsız hesab olunur. Bu zaman həmin göstəricilərdən 5%-dək kənarlaşma olduqda pul nişanı tədavülə yararlı hesab oluna bilər.
3.3.
Kağız milli pul nişanlarının əl ilə emalı zamanı aşağıdakı əlamətlərdən hər hansı biri aşkarlandıqda pul nişanı tədavülə yararsız hesab olunur:
3.3.1.
üzərində istənilən ölçüdə kəsik, çatışmayan hissə, vizual olaraq gözə çarpan yazı və ya ləkə;
3.3.2.
vizual olaraq gözə çarpan dərəcədə çirklənmiş, rəngini, parlaqlığını və şaxlığını itirmiş;
3.3.3.
yapışqan lentlə, eləcə də digər yapışdırıcı vasitələrlə birləşdirilmiş.
3.4.
Metal milli pul nişanlarının avadanlıqlarda emalı zamanı diametri və ya qalınlığı, çəkisi və fiziki xassəsi həqiqi metal pul nişanlarından fərqli olduğu müəyyən edildikdə, həmin pul nişanları tədavülə yararsız hesab olunur.
3.5.
Əl ilə emal zamanı bu Qaydalara Əlavə 2-də göstərilmiş əlamətlərdən hər hansı biri aşkarlandıqda, metal pul nişanı tədavülə yararsız hesab olunur.
3.6.
Banklar bankomatlar vasitəsilə yalnız bu Qaydaların tələblərinə uyğun olaraq avtomatlaşmış sistemlərdə emal edilmiş yararlı (o cümlədən Mərkəzi Bankdan qəbul edilmiş) milli pul nişanlarını tədavülə buraxa bilər.
3.7.
Banklar tərəfindən istismar olunan nağd pul avadanlıqları, o cümlədən pulsayan, emal edən, qəbul edən (avtomatlaşmış cash-in maşınları) və s. avadanlıqlar həqiqi milli pul nişanlarını tanımalıdır və saxta pul nişanlarını qəbul etməməlidir.
4.
Milli pul nişanlarının dəyişdirilməsi və ekspertizası
4.1.
Milli pul nişanları dəyişdirilməsi üçün banklara və ya Mərkəzi Banka təqdim edilə bilər. Pulların dəyişdirilməsi onların həqiqiliyinin və nominal dəyərinin ödənilməsi yoxlanılmaqla həyata keçirilir.
4.2.
Milli pul nişanlarının həqiqiliyi müxtəlif avadanlıq, sistem və vasitələrdən (böyüdücü şüşə, ultrabənövşəyi işıqlandırma cihazı, infraqırmızı işıqlandırma cihazı və ya digər xüsusi avadanlıqlar) istifadə etməklə onların mühafizə elementləri əsasında yoxlanılır.
4.3.
Kağız milli pul nişanlarının nominal dəyərinin ödənilməsi bu Qaydalara Əlavə 3-də göstərilmiş cədvəllər vasitəsilə onların səthinin ölçülməsi yolu ilə müəyyən edilir.
4.4.
Saxta olmayan, bütöv bir hissədən ibarət səthinin 60%-dən az olmayan hissəsinin və ya eyni pul nişanına məxsus hissələrdən ibarət səthinin 100%-ni saxlamış kağız pul nişanlarının, habelə saxta olmayan, səthini 100% saxlamış, ön, arxa və kənar haşiyəsinin təsvir və yazıları silinmə və ya deformasiyaya uğramamış metal pul nişanlarının nominal dəyəri ödənilir.
4.5.
Milli pul nişanlarının saxta olması və ya səthinin 100%-ni saxlamış pul nişanının hissələrinin eyni pul nişanına məxsus olması barədə ekspert rəyi Mərkəzi Bank tərəfindən verilir.
4.6.
Mərkəzi Bankda milli pul nişanlarının dəyişdirilməsi ödənişsiz əsasda aparılır və nominal dəyəri ödənilən pul nişanları məhdudiyyətsiz dəyişdirilir. Banklar pul nişanının dəyişdirilməsi zamanı öz tarif siyasətinə uyğun olaraq bu əməliyyatları ödənişli və ya ödənişsiz əsasda həyata keçirə bilərlər.
4.7.
Səthi bütöv olmayan kağız pul nişanının nominal dəyərinin ödənilməsinin müəyyən edilməsi məqsədilə hər bir nominalın ölçüsünə uyğun olaraq bu Qaydalara Əlavə 3-də göstərilmiş bərabər ölçülü 200 damalı cədvəldən istifadə olunur.
4.8.
Cədvəl vasitəsilə kağız pul nişanının saxlanılan hissəsinin sahəsi aşağıdakı kimi müəyyən edilir:
4.8.1.
pul nişanının saxlanılan böyük hissəsi damalı cədvəlin üzərinə qoyulur, perimetr boyu uyğunlaşdırılır və qələmlə pulun itirilmiş kənarı boyunca xətt çəkilir;
4.8.2.
çəkilmiş xəttin daxilində qalan tam damalar sayılır, xətlə kəsilmiş damaların hər biri yarım dama hesab olunur və tam damaların sayı ilə toplanılır;
4.8.3.
alınan damaların sayı 120-yə bərabər olduqda pul nişanı 60%-i saxlamış hesab olunur.
4.9.
Milli pul nişanlarının dəyişdirilməsi əməliyyatları bankların və Mərkəzi Bankın daxili reqlamenti ilə müəyyən edilmiş iş saatlarında həyata keçirilir. Həmin vaxt ərzində dəyişdirilməyən pul nişanları təqdim edən şəxsə qaytarılır.
4.10.
Dəyişdirilmək üçün banka təqdim olunan milli pul nişanının səthini müəyyən etmək mümkün olmadıqda və ya səthinin 100%-ni saxlamış pul nişanının hissələrinin eyni pul nişanına məxsus olmasını müəyyən etmək üçün təqdim edən şəxsin razılığı ilə pul nişanı bank tərəfindən ekspertiza üçün Mərkəzi Banka təqdim olunur.
4.11.
Şübhəli pul nişanı aşkar olunduqda onu müştəriyə qaytarmaq, tədavülə buraxmaq, üzərinə ştamp vurmaq, hər hansı bir fiziki dəyişiklik etmək (yazılı işarə qoymaq, kəsmək, cırmaq, deşmək və s.) qadağandır. Belə pul nişanları bütün hallarda ekspertiza üçün Mərkəzi Banka təqdim edilməlidir.
4.12.
Bu Qaydaların 4.10-cu və 4.11-ci bəndlərində nəzərdə tutulmuş hallarda pul nişanları 3 (üç) iş günü müddətində ekspertiza üçün Mərkəzi Banka təqdim edilir. Bu zaman bank tərəfindən üç nüsxədə ərizə (Əlavə 4) tərtib olunur. Ərizənin bir nüsxəsi bank tərəfindən aparılan müvafiq qeydlə pulu təqdim edən şəxsə verilir, ikinci nüsxəsi bankda saxlanılır, üçüncü nüsxəsi isə pul nişanı ilə birlikdə Mərkəzi Banka təqdim olunur.
4.13.
Həqiqiliyi şübhə doğuran və ya səthi müəyyənləşdirilə bilinməyən milli pul nişanları ekspertiza üçün bilavasitə Mərkəzi Banka təqdim edildikdə Mərkəzi Bank tərəfindən SPMS-də üç nüsxədə elektron ərizə (Əlavə 5) tərtib olunur. Ərizənin bir nüsxəsi müvafiq qeydlə pulu təqdim edən şəxsə təqdim edilir, ikinci nüsxəsi Mərkəzi Bank tərəfindən pulu qəbul edən bölmədə saxlanılır, üçüncü nüsxəsi isə pul nişanı ilə birlikdə ekspertə təqdim olunur.
4.14.
Həqiqiliyi şübhə doğuran milli pul nişanları hüquq mühafizə orqanları, məhkəmə və digər dövlət qurumları tərəfindən Mərkəzi Banka təqdim edildikdə həmin pul nişanı SPMS-də qeydə alınır və ekspertizaya yönəldilir.
4.15.
Pul nişanlarının ekspertizası Mərkəzi Banka daxil olduqdan sonra 10 (on) iş günü müddətində aparılır. Pul nişanının həqiqiliyinin bu müddət ərzində müəyyən edilməsi mümkün olmadıqda ekspertiza 30 (otuz) iş gününədək uzadıla bilər. Bu barədə pulu təqdim edən şəxsə yazılı məlumat verilir.
4.16.
Mərkəzi Bankda ekspertiza nəticəsində pulun həqiqi olması və nominal dəyərinin ödənilməsi müəyyən edildikdə ekspert tərəfindən pulun üzərinə “DƏYƏRİ ÖDƏNİLİB” sözləri yazılan adlı ştamp vurulur və bu Qaydaların 4.18-ci bəndində nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə işləri aparılır.
4.17.
Mərkəzi Bankda ekspertiza nəticəsində pulun həqiqi olması, lakin nominal dəyərinin ödənilməməsi müəyyən edildikdə ekspert tərəfindən pulun üzərinə “DƏYƏRİ ÖDƏNİLMİR” sözləri yazılan adlı ştamp vurulur və bu Qaydaların 4.18-ci bəndində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilir.
4.18.
Mərkəzi Bankda ekspertizanın nəticələri barədə SPMS-də elektron akt (Əlavə 6) tərtib olunur, ekspert və ekspertizanı həyata keçirən struktur vahidin rəhbəri tərəfindən təsdiq edilir. Ekspertiza aktı banklara SPMS vasitəsilə elektron qaydada, SPMS-ə qoşulmayan banklara və digər şəxslərə isə kağız daşıyıcıda təqdim olunur.
4.19.
Ekspertiza nəticəsində milli pul nişanının həqiqi və nominal dəyərinin ödənilməsi müəyyən edildikdə pulun dəyəri Mərkəzi Bank tərəfindən təqdim edən şəxsə ödənilir.
4.20.
Ekspertiza nəticəsində müəyyən edilmiş saxta, habelə nominal dəyəri ödənilməyən milli pul nişanları geri qaytarılmır və pulun nominal dəyəri ödənilmir. Bu barədə pulu ekspertizaya təqdim edən şəxsə əvvəlcədən müvafiq olaraq banklar və Mərkəzi Bank tərəfindən məlumat verilir.
4.21.
Ekspertiza prosesləri yekunlaşdıqdan sonra saxta pul nişanının ekspertiza aktı və saxta pulu təqdim edən hüquqi və fiziki şəxs barədə məlumatlar qanunvericiliyə müvafiq tədbirlərin görülməsi üçün 5 (beş) iş günü müddətində hüquq mühafizə orqanlarına göndərilir.
4.22.
Cinayət işi başa çatdıqdan sonra saxta pul nişanları Mərkəzi Banka təhvil verilir.
4.23.
Dəyişdirilmə və ya ekspertiza üçün təqdim edilmiş pul nişanının hüquqazidd hərəkət nəticəsində qəsdən tədavülə yararsız hala salınmasına şübhə yarandıqda pul nişanı qanunvericiliyə müvafiq tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarına təqdim edilir.
5.
Xüsusi qablaşdırma vahidlərində tədavülə yararsız hala düşmüş milli pul nişanlarının ekspertizaya qəbul edilməsi və dəyişdirilməsi
5.1.
Mərkəzi Bank xüsusi qablaşdırma vahidlərində tədavülə yararsız hala düşmüş kağız milli pul nişanlarını ekspertizaya yalnız banklardan qəbul edir.
5.2.
Bu Qaydaların 5.3-cü və 5.4-cü bəndlərinin tələblərinə əməl edildiyi halda xüsusi qablaşdırma vahidlərində tədavülə yararsız hala düşmüş kağız pul nişanları Mərkəzi Bank tərəfindən ekspertiza olunur. Həmin tələblərə əməl edilmədikdə xüsusi qablaşdırma vahidlərində tədavülə yararsız hala düşmüş kağız milli pul nişanları ekspertizaya qəbul edilmir və onların nominal dəyəri ödənilmir.
5.3.
Bank xüsusi qablaşdırma vahidlərinin istifadəsindən ən azı 30 (otuz) iş günü əvvəl onların texniki xüsusiyyətlərinə dair məlumatları (pulların tədavülə yararsız hala salınmasını təmin edən vasitələrin nümunələrini və texniki sənədlərini, o cümlədən vasitələrin insan sağlamlığına zərərsiz və qeyri-toksik olmasına dair sertifikatı) Mərkəzi Banka təqdim etməlidir.
5.4.
Bankın müştərisi olan şəxslər nağd pulun daşınmasında xüsusi qablaşdırma vahidlərini istifadə etdikdə istifadəsinə başlanmazdan ən azı 30 (otuz) iş günü əvvəl onların texniki xüsusiyyətlərinə dair məlumatları (pulların tədavülə yararsız hala salınmasını təmin edən vasitələrin nümunələrini və texniki sənədlərini, o cümlədən bu vasitələrin insan sağlamlığına zərərsiz və qeyri-toksik olmasına dair sertifikatı) banka təqdim etməlidirlər.
5.5.
Bank müştərisi olan şəxsdən xüsusi qablaşdırma vahidlərinin texniki xüsusiyyətlərinə dair aldığı məlumatı 3 (üç) iş günü müddətində Mərkəzi Banka təqdim etməlidir.
5.6.
Mərkəzi Bank bu Qaydaların 5.3-cü və 5.4-cü bəndlərinə müvafiq olaraq təqdim olunan məlumatların tamlığı barədə 3 (üç) iş günü müddətində banka yazılı məlumat verir.
5.7.
Qanunsuz müdaxilə olmadan texniki səhv, ehtiyatsızlıq və digər oxşar hallarda xüsusi qablaşdırma vahidlərinin açılması nəticəsində pul nişanları tədavülə yararsız hala düşərsə, pul nişanları ekspertiza üçün müvafiq bank rəhbərinin rəsmi müraciəti əlavə edilməklə ərizə (Əlavə 7) ilə birlikdə Mərkəzi Banka təqdim olunur.
5.8.
Hüquqazidd əməllər nəticəsində (oğurluq və digər hüquqazidd əməllər) xüsusi qablaşdırma vahidlərinin açılması səbəbindən pul nişanları tədavülə yararsız hala düşərsə, banklar tərəfindən pul nişanları hadisənin baş verməsinə dair hüquq mühafizə orqanı tərəfindən verilmiş arayış əlavə edilməklə ərizə ilə (Əlavə 7) birlikdə Mərkəzi Banka təqdim olunur.
5.9.
Ekspertiza nəticəsində pul nişanlarının həqiqi və nominal dəyəri ödənilən olması müəyyən edildikdə, pul nişanlarının nominal dəyəri Mərkəzi Bank tərəfindən bu Qaydaların 4.16-cı bəndinə uyğun olaraq ödənilir. Ekspertiza nəticəsində pul nişanlarının nominal dəyərinin ödənilməməsi müəyyən edildikdə, bu Qaydaların 4.17-ci bəndinə, saxta olması müəyyən edildikdə isə bu Qaydaların 4.21-ci bəndinə uyğun olaraq müvafiq tədbir görülür.
5.10.
Xüsusi qablaşdırma vahidinin oğurlanması və ya bu qablaşdırma vahidində yararsız hala düşmüş pullar barədə banklar və digər şəxslər dərhal hüquq mühafizə orqanlarına və Mərkəzi Banka məlumat verməlidirlər. Mərkəzi Bank öz tərəfindən bu barədə məlumatı hüquq mühafizə orqanlarına və digər banklara verir, məlumat kütləvi informasiya vasitələrində yerləşdirilir.
5.11.
Xüsusi qablaşdırma vahidlərində tədavülə yararsız hala düşmüş pul nişanlarının ekspertizasının aparılması və rəsmiləşdirilməsi bu Qaydalara uyğun olaraq həyata keçirilir.
Xarici valyutada pul nişanlarının ekspertizası
6.1.
Xarici valyutada pul nişanının ekspertizası banklar tərəfindən daxili qaydalarına uyğun olaraq həyata keçirilə bilər.
6.2.
Bank xarici valyutada pul nişanının həqiqiliyini müəyyən edə bilmədikdə həmin pul nişanını Mərkəzi Banka və ya emitent banka ekspertizaya təqdim edə bilər. Belə hallarda pul nişanının qəbulu bu Qaydaların 4.12-ci bəndində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilir.
6.3.
Bank tərəfindən pul nişanının saxta olması müəyyən edildikdə pul nişanı qanunvericiliyə müvafiq tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanına təqdim edilir.
6.4.
Mərkəzi Bank həqiqiliyi şübhə doğuran xarici valyutada kağız pul nişanlarını banklardan, hüquq mühafizə orqanlarından, məhkəmə və digər dövlət orqanlarından (qurumlarından) ekspertizaya qəbul edir.
6.5.
Mərkəzi Bankda xarici valyutada pul nişanlarının ekspertizası ona məlum olan mühafizə elementləri əsasında 10 (on) iş günü ərzində həyata keçirilir. Pul nişanının ekspertizası üçün onun emitenti olan quruma müraciət edilməsi zərurəti yarandıqda, pulu təqdim edən şəxsə bu barədə yazılı məlumat verilir.
6.6.
Mərkəzi Bank tərəfindən ekspertiza zamanı xarici valyutada pul nişanlarının saxtalaşdırma əlamətləri müəyyən edildikdə bu Qaydaların 4.21-ci bəndinə müvafiq olaraq tədbir görülür. Ekspertiza nəticəsində saxtalaşdırma əlamətləri aşkar edilmədikdə pul nişanı SPMS-də tərtib edilmiş aktla birlikdə təqdim edənə təhvil verilir.
|
“Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”na Əlavə 1
|
a)
Çirklənmə nəticəsində ön və (və ya) arxa tərəfində parlaqlığı 7% və daha çox azalmış (parlaqlığın ölçülməsi üçün istənilən spektrofotometrik və ya kolorimetrik avadanlıqdan istifadə edilə bilər).
Çirklənməni ölçülməsi zamanı əsas göstərici kimi CIE LAB kolorimetrik sisteminin L(*) parlaqlıq (işıqlılıq) parametrinin azalmasından istifadə olunur. Bu göstərici hər bir nominal üzrə yeni pul nişanının parlaqlıq göstəricisinə (L(0)) nisbətən ölçülən pulun parlaqlığının azalması əsasında aşağıdakı düsturla hesablanır.
⍙L =
x 100%
⍙L - çirklənmiş pulun parlaqlığının azalması (%-lə);
L(0) - yeni (emissiya) pul nişanlarının parlaqlıq (işıqlılıq) göstəricisi;
L(*) - çirklənmiş pul nişanının parlaqlıq (işıqlılıq) göstəricisi.
|
b) kənarında uzunluğu 7 mm və daha çox kəsiyə malik olan |
|
c) üzərində hər birinin sahəsi 10 mm2 və daha çox olan bir və ya daha çox dəliyə (deşiyə) malik olan |
|
ç) hər birinin sahəsi 100 mm2 və daha çox olan bir və daha çox küncünü itirmiş |
|
d) kənarını (kənarlarını) itirmiş, nəticədə ölçüsünə görə uzunluğu və (və ya) eni pul nişanının standart ölçülərindən ən azı 6 mm az olan
|
|
Qeyd: meyar maksimum itki olan hissə üzrə hesablanır.
|
e) çap olmayan hissəsində 30 mm2 və daha çox sahəyə malik ləkə, yanma izi, yazı, simvol, şəkil, ştamp və s. olan
|
|
|
ə) çap olan hissəsində 50 mm2 və daha çox sahəyə malik ləkə, yanma izi, yazı, simvol, şəkil, ştamp və s. olan |
|
|
f) eni 10 mm və daha çox, qalınlığı isə 50 mikro metr və daha çox olan yapışqan lentlə yapışdırılmış |
|
g) yuyulmuş, kimyəvi və ya termal təsirlərə məruz qalmış |
|
|
“Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”na Əlavə 2
|
a)
ön və ya arxa tərəfində kimyəvi təsir nəticəsində rəngini dəyişmiş, çirklənmiş və ya korroziyaya məruz qalmış, lakin nominalı aydın görünən
b)
fiziki deformasiyaya məruz qalmış (əzilmə, deşilmə və s.), lakin nominalı aydın görünən
c)
hissələrə ayrılmış və ya hər hansı bir hissəsi itirilmiş, lakin nominalı aydın görünən
ç) yanmış, cilalanmış və ya hər hansı kənar təsir nəticəsində vizual görünüşünü itirmiş, lakin nominalı aydın görünən
“Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”na Əlavə 3(a)
1 manat nominallı pul nişanının sahəsinə bərabər 200 damalı
C Ə D V Ə L
Qeyd: 1 manat nominallı həqiqi pul nişanının ölçüsü 120 x 70 mm-dir.
“Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”na Əlavə 3(b)
5 manat nominallı pul nişanının sahəsinə bərabər 200 damalı
C Ə D V Ə L
Qeyd : 5 manat nominallı həqiqi pul nişanının ölçüsü 127 x 70 mm-dir.
“Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”na Əlavə 3(c)
10 manat nominallı pul nişanının sahəsinə bərabər 200 damalı
C Ə D V Ə L
Qeyd: 10 manat nominallı həqiqi pul nişanının ölçüsü 134 x 70 mm-dir.
“Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”na Əlavə 3(ç)
20 manat nominallı pul nişanının sahəsinə bərabər 200 damalı
C Ə D V Ə L
Qeyd: 20 manat nominallı həqiqi pul nişanının ölçüsü 141 x 70 mm-dir.
“Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”na Əlavə 3(d)
50 manat nominallı pul nişanının sahəsinə bərabər 200 damalı
C Ə D V Ə L
C Ə D V Ə L № 8
Qeyd: 50 manat nominallı həqiqi pul nişanının ölçüsü 148 x 70 mm-dir.
“Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”na Əlavə 3(e)
100 manat nominallı pul nişanının sahəsinə bərabər 200 damalı
C Ə D V Ə L
Qeyd: 100 manat nominallı həqiqi pul nişanının ölçüsü 155 x 70 mm-dir.
“Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”na Əlavə 3(ə)
200 manat nominallı pul nişanının sahəsinə bərabər 200 damalı
C Ə D V Ə L
Qeyd: 200 manat nominallı həqiqi pul nişanının ölçüsü 160 x 70 mm-dir.
“Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”na Əlavə 4
Azərbaycan Respublikasının Mərkəzi Bankına
Ə R İ Z Ə
milli valyutada pul nişanları
həqiqiliyi şübhə doğuran və/və ya səthi müəyyənləşdirilə bilinməyən
ekspertiza üçün təqdim edilir.
Həqiqiliyi müəyyən edilə bilinməyən pul nişanının şübhə doğuran əlamətləri:
____________________________________________________________
Pullar aşağıdakı siyahı üzrə (pulların sayı çox olduqda siyahı formasında) cəmi
məbləğində əlavə edilir.
(rəqəm və sözlə)
Nominal Seriya №
1.
2.
3.
Pulu təhvil verən
Təqdim edən şəxsin S.A.A, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi *
və ya
________________________________________________
Emal zamanı aşkar edilibsə xəzinədarın S.A.A, şəxsiyyət
vəsiqəsinin seriya nömrəsi
Təqdim edən
S.A.A. imza
Qəbul edən _______________________ _______
S.A.A. və vəzifəsi imza
Bankın müvafiq vəzifəli şəxs(lər)i
S.A.A. və vəzifəsi imza
Əlavə olunur: Şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti
* Pul nişanı hüquqi şəxsin adından təqdim edildikdə onun adı, ünvanı və VÖEN göstərilir.
Tarix
“Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”na Əlavə 5
Pul nişanının ekspertizaya qəbul edilməsi üçün
Ə R İ Z Ə
Tarix:
Təqdim edənin adı soyadı ata adı:
Ş\v seriya və nömrəsi:
Pul nişan(lar)ının nominalı və seriya nomrəsi:
Pul nişanının sayı:
Ümumi məbləğ:
Təqdim etdi: imza ________________
Qəbul etdi (xəzinədar): imza ________________
Kassa rəisi: _____________ imza ________________
“Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”na Əlavə 6 (a)
AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI
Pul nişanının həqiqiliyini təyin etmək üçün __/__ № ekspertiza aktı
Tarix
Seriya Nömrəsi -
Pul nişanının növü -
Nominalı -
Ölçüsü -
Fiziki şəxs -
Vasitəçi mənbə -
Kredit təşkilatı (Vasitəçi mənbə) -
Xəzinədar (Vasitəçi mənbə) -
CMS Barkod -
Ümumi təsvir və texniki xüsusiyyətlər
_______________________________________________________________________
Mühafizə elementləri
Su nişanı -
Mühafizə sapı -
Liflər -
Kağızın flüorisentliyi -
İntaqlio -
Latent təsvir -
Mikromətn -
İşıqda görünən elementlər (litoqrafik çap) -
Rəngini dəyişən gizli element -
Trafaret çap -
Seriya Nömrəsi -
İridisent boya -
Surətçıxarmaya qarşı xəttlər strukturu -
Saxtalaşdırmanın tipi -
UB elementlər -
İQ elementlər -
IV dərəcəli çap elementi -
Holoqram -
Nəticə
________________________________________________________________
Rəy
________________________________________________________________
Təsdiq etdi
Ekspertiza şöbəsinin rəisi
Ekspertiza şöbəsinin eksperti
“Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”na Əlavə 6 (b)
AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI
Pul nişanının səthini təyin etmək üçün __/__ № ekspertiza aktı
Tarix
Seriya Nömrəsi -
Pul nişanının növü -
Nominalı -
Ölçüsü -
Kredit təşkilatı -
Xəzinədar -
Vasitəçi mənbə -
MB Emal şöbəsi -
Emal şöbəsinin işçisi -
CMS Barkod -
Pul nişanının səthi haqqında məlumatlar Hissələrin sayı -
Pul nişanının tam örtülmüş və tam örtülməmiş damalarının sayı -
Pul nişanının ümumi sahəsi (%-lə) -
Pul nişanının saxlanılmış bütöv böyük hissəsində tam və natamam damaların sayı -
Əskinasın saxlanılan bütöv böyük hissəsinin sahəsi(% -lə) -
Rəy
___________________________________________________________________________________
Təsdiq etdi
|
|
Ekspertiza şöbəsinin rəisi
|
|
Ekspertiza şöbəsinin eksperti
|
|
“Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”na Əlavə 7
XÜSUSİ QABLAŞDIRMA VAHİDLƏRİNDƏ TƏDAVÜLƏ YARARSIZ HALA DÜŞMÜŞ MİLLİ KAĞIZ PUL NİŞANLARININ EKSPERTİZAYA
TƏQDİM EDİLMƏSİNƏ DAİR
MÜRACİƏT FORMASI
1.
Təşkilat barədə məlumat
|
|||||||||||||||||||||||||||
1.1.
Təşkilatın adı:
|
|||||||||||||||||||||||||||
1.2. Təşkilatın filial və ya şöbəsinin adı:
|
|||||||||||||||||||||||||||
1.3. Təşkilatın ünvanı:
|
|||||||||||||||||||||||||||
2.
Xüsusi qablaşdırma vahidinin işə düşməsi barədə məlumat
|
|||||||||||||||||||||||||||
2.1. Xüsusi qablaşdırma vahidinin işə düşmə səbəbi:
□
– Qanunsuz müdaxilə olmadan texniki səhv, ehtiyatsızlıq və s. oxşar hadisə
□
– Qanunsuz əməllər nəticəsində (oğurluq və digər qanunsuz hərəkətlər)
|
|||||||||||||||||||||||||||
2.2. Xüsusi qablaşdırma vahidinin işə düşmə tarixi (gün, ay, il):
|
|||||||||||||||||||||||||||
2.3. Xüsusi qablaşdırma vahidinin işə düşmə faktının təfərrüatları:
|
|||||||||||||||||||||||||||
2.4. Əlavə qeydlər:
|
|||||||||||||||||||||||||||
3.
Ekspertizaya təqdim olunan boyanmış pullar barədə məlumat:
|
|||||||||||||||||||||||||||
|
Tarix:
İmzalar: ___________________
S.A.A və vəzifəsi