AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
08.01.2001
QEYDİYYAT NÖMRƏSİ
10
ADI
Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi Qaydalarının təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2001, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 59)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.01.2001
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
360.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi Qaydalarının təsdiq edilməsi haqqında

Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi Qaydalarının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. "Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi Qaydaları"nın 4.2.-ci bəndinin 4.2.3.-cü yarımbəndi 2001-ci il mayın 1-dən qüvvəyə minir.

3. "Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi Qaydaları"nın 4.2.-ci bəndinin 4.2.3.-cü yarımbəndinin qüvvəyə minməsi tarixinədək pivə məhsullarına "alkoqollu içkilər" aksiz markaları tətbiq edilsin.

4. Bu qərar 2001-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 8 yanvar 2001-ci il
№ 10

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2001-ci il 8 yanvar tarixli 10 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi
QAYDALARI

1. Ümumİ müddəalar

Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının Vergi Məcəlləsində qeyd olunan aksizli mallardan aksiz markaları ilə markalanmalı olan malları və həmin mallara aksiz markalarının tətbiqi qaydalarını müəyyən edir.

2. Aksİz markaları İlə markalanmalı olan mallar

2.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində qeyd olunan aksizli mallardan aşağıda göstərilən mallar (qablaşdırılmamış halda istisna olmaqla) aksiz markaları ilə markalanmalıdır:

2.1.1. içməli spirt;

2.1.2. spirtli içkilərin bütün növləri;

2.1.3. pivə;

2.1.4. tütün məmulatları.

3. Aksİz markalarına olan ümumİ tələblər

3.1. Markalanmalı olan mallara tətbiq olunan aksiz markalarının üzərində aşağıda göstərilənlər əks olunmalıdır:

3.1.1. Azərbaycan Respublikasının simvolları;

3.1.2. seriya;

3.1.3. sıra nömrəsi;

3.1.4. təyinatı ("daxili istehsal", "idxal" və yaxud "müsadirə");

3.1.5. növü ("etil (yeyinti) spirti", "alkoqollu içkilər" , "pivə", "tütün məmulatı").

3.2. Eyni seriyaya malik olan aksiz markalarının sıra nömrələri təkrarlanmamalı, "daxili istehsal", "idxal" və "müsadirə" üçün nəzərdə tutulmuş aksiz markalarının rəngləri bir-birindən fərqlənməlidir.

4. Aksİz markalarının tətbİq edİlməsİ

4.1. Azərbaycan Respublikasının ərazisində istehsal olunan və ölkə ərazisinə idxal edilən, həmçinin müvafiq dövlət orqanları tərəfindən müsadirə olunmuş bu Qaydaların 2-ci bəndində göstərilən markalanmalı olan mallara (bundan sonra - markalanmalı mallar) aksiz markaları bu Qaydalarda göstərildiyi kimi tətbiq olunmalıdır.

4.2. Bu Qaydaların 2-ci bəndində göstərilən markalanmalı malların növündən asılı olaraq, aşağıda göstərilən aksiz markaları tətbiq edilir:

4.2.1. içməli spirtlə - "etil (yeyinti) spirtli" aksiz markası;

4.2.2. spirtli içkilərin bütün növlərinə - "alkoqollu içkilər" aksiz markası;

4.2.3. pivəyə - "pivə" aksiz markası;

4.2.4. tütün məmulatlarına - "tütün məmulatı" aksiz markası.

4.3. Azərbaycan Respublikasının ərazisində istehsal olunan markalanmalı mallara tətbiq edilən aksiz markaları bu malların istehsal olunduğu yerdə onların istehsalçıları tərəfindən yapışdırılır.

4.4. Azərbaycan Respublikasının ərazisinə idxal olunan markalanmalı mallara (pivə istisna olmaqla) tətbiq edilən aksiz markaları həmin malların istehsalçıları və ya Azərbaycan Respublikasının hüdudlarından kənar onların satışında vasitəçilik fəaliyyətini həyata keçirən subyekt tərəfindən yapışdırılır.

4.5. Azərbaycan Respublikasının ərazisinə idxal olunan markalanmalı mallara tətbiq edilən aksiz markalarının ölkə ərazisindən çıxarılması və vergi qaytarılması gömrük orqanları tərəfindən rəsmiləşdirilir. Gömrük yığımlarının tətbiqi mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

4.6. Azərbaycan Respublikasının ərazisinə idxal olunan pivəyə tətbiq olunan aksiz markaları Azərbaycan Respublikasının gömrük buraxılış məntəqələrində həmin malı idxal edən şəxs tərəfindən gömrük orqanlarının əməkdaşlarının nəzarəti altında yapışdırılır.

4.7. Aksiz markaları markalanmalı malların şəffaf selofan örtüyünün (istehsalda nəzərdə tutulubsa) altında (müvafiq dövlət orqanları tərəfindən müsadirə olunmuş markalanmalı mallar istisna olmaqla) yapışdırılır. Məhsul istifadə üçün açıldıqda, həmin markalar təkrar istifadə üçün yararsız hala düşməlidir.

4.8. Aksiz markaları malın üzərinə yapışdırılarkən rekvizitləri aydın görünməli, əzilməsinə yol verilməməli və onların gələcəkdə malın üzərindən zədələnmədən ayrılması ehtimalı mümkün olmamalıdır.

4.9. Aksiz markası (pivə üçün nəzərdə tutulan qabın qapağına yapışdırılan aksiz markaları istisna olmaqla) spirtli içkilərin, içməli spirtin və pivənin qablarına elə yapışdırılmalıdır ki, markanın bir hissəsi qabın boğazlığının yan tərəfinə, digər hissəsi isə qapağın üst tərəfinə düşsün.

Aksiz markalarını pivə qapağının üstünə yapışdırmaq üçün avadanlıqları olan pivə istehsalçıları həmin markaları pivə qablarının qapağının üzərinə yapışdırırlar. [1]

 

4.10. Tütün məmulatının qutusundan asılı olaraq aksiz markası aşağıda göstərilən şəklində yapışdırılmalıdır:

4.10.1. tütün məmulatının qutusu bərk olduqda, aksiz markası onun arxa tərəfinə yapışdırılmalı və qapağın bir hissəsini yan tərəfindən əhatə etməlidir:

4.10.2. tütün məmulatının qutusu yumşaq olduqda, aksiz markası onun üst tərəfinin mərkəz hissəsinə və hər iki tərəfin hissələrinə yapışdırılmalıdır.

5. Məsulİyyət

5.1. Azərbaycan Respublikasının ərazisində istehsal olunan və ölkə ərazisinə idxal edilən markalanmalı məhsulların aksiz markaları ilə markalanmamasına görə məsuliyyəti müvafiq olaraq daxili istehsalçılar və idxalçılar, həmin məhsulların aksiz markası olmadan satışına görə isə onları satan şəxslər daşıyırlar.

5.2. Aksiz markalarını digər şəxslərə ötürülən, qanunsuz əldə edən və onları istifadə edən, saxtalaşdıran, saxta aksiz markalarını istifadə edən və bu Qaydalara riayət etməyən şəxslər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

6. Nəzarət

Bu Qaydaların icrasına nəzarəti öz aidiyyəti üzrə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirir. [2]

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       14 iyun 2003-cü il tarixli 83 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 351)

2.       20 noyabr 2007-ci il tarixli 188 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1186)

3.       6 yanvar 2009-cu il tarixli 1 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 22) 

4.         23 avqust 2016-cı il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 avqust 2016-cı il, № 187, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №8, maddə 1449)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 14 iyun 2003-cü il tarixli 83 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 351) ilə 4.9-cu bəndinə yeni məzmunda ikinci abzas əlavə edilmişdir.

20 noyabr 2007-ci il tarixli 188 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1186) ilə “Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi Qaydaları”nın 4.9-cu bəndinin birinci abzası yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Aksiz markası spirtli içkilərin, içməli spirtin və pivənin "(aksiz markaları qabının qapağına yapışdırılan pivələr istisna olmaqla) qablarının boğazlığına onun mərkəz hissəsi qadağan mərkəz hissəsi ilə üst-üstə düşmək şərti ilə məhsulun qabına yapışdırılmalıdır.

 

[2] 6 yanvar 2009-cu il tarixli 1 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 22)  ilə təsdiq edilmiş "Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi Qaydaları"nın 6-cı bölməsindən "Prezidenti yanında" sözləri çıxarılmışdır.

23 avqust 2016-cı il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 avqust 2016-cı il, № 187, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №8, maddə 1449) ilə “Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi Qaydaları”nın 6-cı hissəsində “Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status