×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
13.01.2001
QEYDİYYAT NÖMRƏSİ
14
ADI
Gəlirdən çıxılmalı olan təmir xərclərinin məhdudlaşdırılan həddi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2001, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 63)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.01.2001
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Gəlirdən çıxılmalı olan təmir xərclərinin məhdudlaşdırılan həddi barədə

Gəlirdən çıxılmalı olan təmir xərclərinin məhdudlaşdırılan həddi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

I. Hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının ilin sonuna balans üzrə qalıq dəyərinin aşağıdakı həddi ilə məhdudlaşdırılsın;

binalar, tikililər və qurğular - 2 faiz;

maşınlar, avadanlıqlar və hesablama texnikası - 5 faiz;

digər əsas vəsaitlər - 3 faiz;

köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlər - 0 faiz.

2. Əsas vəsaitlərin hər bir kateqoriyası üzrə təmir xərclərinin faktiki məbləği bu qərarla məhdudlaşdırılan həddən az olduqda, həmin xərclər gəlirdən çıxılır. Növbəti vergi illərində təmir xərclərinin gəlirdən çıxılan məbləği, əvvəlki illərdəki məhdudlaşdırılan həddə uyğun olaraq hesablanmış məbləğ ilə xərclərin faktiki məbləği arasındakı fərq qədər artırıla bilər.

Təmir xərclərinin faktiki məbləği müəyyən edilən həddən artıq olduqda, bu fərq hər bir kateqoriyaya aid əsas vəsaitlərin balans üzrə qalıq dəyərinin artmasına aid edilir.

3. Amortizasiya olunmayan, köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlərin təmirinə çəkilmiş xərclər gəlirdən çıxılmır və onların balans dəyərini artırılır.

4. Bu qərar 2001-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 13 yanvar 2001-ci il
№ 14

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status