×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
15.01.2001
QEYDİYYAT NÖMRƏSİ
16
ADI
Tərbiyə müəssisələrinin nəzdində Himayəçilik Şurasının işinin təşkili və fəaliyyət Qaydasının təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2001, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 65)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
15.01.2001
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
410.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Tərbiyə müəssisələrinin nəzdində Himayəçilik Şurasının işinin təşkili və fəaliyyət Qaydasının təsdiq edilməsi haqqında

Tərbiyə müəssisələrinin nəzdində Himayəçilik Şurasının işinin təşkili və fəaliyyət Qaydasının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cəzalarını İcrası Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 388 nömrəli Fərmanının 3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Tərbiyə müəssisələrinin nəzdində Himayəçilik Şurasının işinin təşkili və fəaliyyət Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 15 yanvar 2001-ci il

        № 16

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2001-ci il 15 yanvar tarixli 16 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Tərbiyə müəssisələrinin nəzdində Himayəçilik Şurasının işinin təşkili və fəaliyyət

 

QAYDASI [1]

 

1. Bu Qayda müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını icra edən tərbiyə müəssisələrinin nəzdində fəaliyyət göstərən Himayəçilik Şurasının (bundan sonra - Himayəçilik Şurası) işinin təşkilini və fəaliyyətini tənzimləyir.

Himayəçilik Şurası Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 131.1-ci maddəsinə uyğun olaraq tərbiyə müəssisəsinin müdiriyyətinə tədris-tərbiyə prosesinin təşkilində, onun maddi-texniki bazasının möhkəmləndirilməsində, məhkumların sosial müdafiəsinə dair məsələlərin həllində, cəza çəkməkdən azad olunanlara əmək və məişət şəraitinin yaradılmasında köməklik göstərir.

2. Himayəçilik Şurası Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına, müvafiq normativ hüquqi aktlara və bu Qaydaya uyğun olaraq fəaliyyət göstərir.

3. Himayəçilik Şurasının tərkibinə dövlət müəssisələrinin, idarə və ya təşkilatlarının, ictimai birliklərin, digər müəssisələrin nümayəndələri və həmin şurada iştirak etmək arzusu ilə müraciət etmiş fiziki şəxslər daxil edilirlər.

4. Tərbiyə müəssisələrinin nəzdində fəaliyyət göstərən Himayəçilik Şurasının tərkibi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən təsdiq olunur və dəyişdirilir. Himayəçilik Şurasının sədri şuranın ümumi iclasında seçilir və ya azad edilir. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Himayəçilik Şurasının işini istiqamətləndirir və onun fəaliyyətinə əməli köməklik göstərir.

5. Himayəçilik Şurasının müşavirələri zərurət yarandıqda, lakin üç ayda bir dəfədən az olmayaraq keçirilir. Himayəçilik Şurasının qərarları bu şuranın üzvlərinin ümumi sayının səs çoxluğu ilə qəbul olunur və protokol ilə rəsmiləşdirilir. Himayəçilik Şurasının müşavirələrində tərbiyə müəssisəsinin müdiriyyəti iştirak edir.

6. Himayəçilik Şurasına tərbiyə müəssisələrinin əməliyyat-axtarış işinə müdaxilə etməyə və ya bu işin fəaliyyəti ilə maraqlanmağa icazə verilmir.

7. Himayəçilik Şurası müzakirə etdiyi mühüm məsələlər barədə və qəbul etdiyi qərarlar haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti müntəzəm olaraq məlumat verir .

8. Himayəçilik Şurası tərbiyə müəssisələrinin müdiriyyətinə aşağıdakı işlərdə köməklik göstərir:

a) məhkumların qanunvericilikdə nəzərdə tutulmuş hüquq və azadlıqlarının təmin olunması işində;

b) məhkumlarda qanunlara, cəmiyyətdə qəbul edilmiş müvafiq davranış normalarına riayət edilməsində, onların həvəsləndirilməsində və onların ictimai faydalı əməyə və təhsilə vicdanla yanaşmasında, ümumi və peşə təhsilinə yiyələnməsində; [2]

c) tərbiyə müəssisələrinin istehsalat-təsərrüfat bazasının möhkəmləndirilməsində, müəssisələr və təşkilatlar ilə təsərrüfat əlaqələrinin yaradılmasında;

ç) məhkumların ictimai faydalı əməyə cəlb edilməsində;

d) məhkumlara lazımi maddi-məişət şəraitinin yaradılmasında və tibbi sanitariya təminatında;

e) məhkumların qidalarının təşkilində, onların paltar və zəruri mallar ilə təmin olunmalarının yaxşılaşdırılması üçün əlavə imkanların axtarılmasında və vasitələrin əldə olunmasında;

ə) valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məhkumlar üzərində himayəçilik işinin təşkilində, onlara cəza çəkməkdən azad edilmə müddətində müvafiq kömək göstərilməsində;

f) tərbiyə müəssisələrindən azad edilmiş məhkumların yaşayış yerinə müşayiət edilməsində və onların əmək və məişət şəraiti ilə təmin olunmasında.

Himayəçilik Şurasına Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər vəzifələr də həvalə oluna bilər.

9. Himayəçilik Şurası onun səlahiyyətlərinə aid olan məsələlər üzrə aşağıdakı hüquqlara malikdir:

a) Himayəçilik Şurasının üzvləri qanunvericiliklə müəyyən olunmuş qaydada tərbiyə müəssisəsinə baş çəkmək və səlahiyyətləri çərçivəsində həmin müəssisələrin fəaliyyəti ilə maraqlandırmaq;

Bu zaman məhkumlara görüşmək, onlarla tərbiyəvi söhbətlər aparmaq, təqdim olunmuş ərizə və şikayətlərə qanun əsasında vaxtında baxılmasına köməklik göstərmək;

b) məsləhət xarakterli qərarlar qəbul etmək, tərbiyə müəssisəsinin müdiriyyətinə müəssisənin fəaliyyətində müəyyən edilmiş nöqsanların aradan qaldırılması, mövcud problemlərin həlli, müəssisənin fəaliyyətinin təkmilləşdirilməsi üzrə təkliflər vermək, cəzaların icrasına nəzarət edən müvafiq orqanlara müraciət etmək;

c) keçirilən müşavirələrə aidiyyəti üzrə müəssisələrin əməkdaşlarını, müvafiq orqanların və maraqlı tərəf sayılan müəssisə və təşkilatların əməkdaşlarını dövlət etmək;

ç) xeyriyyə məqsədi ilə keçirilən tədbirlərdə tərbiyə müəssisəsinin hesabına daxil olmuş pul vəsaitlərinin, əşya və ləvazimatların aidiyyəti üzrə istifadə olunmasına köməklik göstərmək və bunların səmərəli istifadə edilməsinə və təyinatı üzrə bölüşdürülməsinə nəzarət etmək.

10. Himayəçilik Şurasının sədri tərbiyə müəssisələrində müəyyən edilmiş nöqsanlar barədə cəzaçəkmə müəssisəsinin müdiriyyətinə məlumat verir və onların aradan qaldırılması üçün təkliflər irəli sürür.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       14 oktyabr 2006-cı il tarixli 224 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 902)

2.       29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 264)

3.       19 dekabr 2018-ci il tarixli 541 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2737)

 

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 14 oktyabr 2006-cı il tarixli 224 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 902) ilə Tərbiyə müəssisələrinin nəzdində  Himayəçilik Şurasının işinin təşkili və fəaliyyət Qaydası”nın 4-cü və 7-ci bəndlərində ismin müvafiq hallarında “Məhkəmə Qərarları İcrası Baş İdarəsi” sözləri müvafiq olaraq “Penitensiar Xidməti” sözləri ilə əvəz edilmişdir.

 

[2] 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 264) ilə 8-ci bəndinin «b» yarımbəndində «orta və peşə təhsilinə» sözləri «ümumi və ilk-peşə ixtisas təhsilinə» sözləri ilə əvəz edilmişdir.

19 dekabr 2018-ci il tarixli 541 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2737) ilə “Tərbiyə müəssisələrinin nəzdində Himayəçilik Şurasının işinin təşkili və fəaliyyət Qaydası”nın 8-ci hissəsinin “b” bəndində “ilk-peşə ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status