AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
22.05.2020
QEYDİYYAT NÖMRƏSİ
1033
ADI
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin, Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidmətinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2020-ci il 30 mart tarixli 978 nömrəli Fərmanında dəyişiklik edilməsi, “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 1 may tarixli 1358 nömrəli və “Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidmətinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə xidmətin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 11 sentyabr tarixli 830 nömrəli fərmanlarının ləğv edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2020, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 558)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
31.05.2020
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin, Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və A

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin, Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidmətinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2020-ci il 30 mart tarixli 978 nömrəli Fərmanında dəyişiklik edilməsi, “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 1 may tarixli 1358 nömrəli və “Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidmətinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə xidmətin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 11 sentyabr tarixli 830 nömrəli fərmanlarının ləğv edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin, Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidmətinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 mart tarixli 978 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.2-ci bəndə “dövlət qulluqçularına” sözlərindən sonra “, o cümlədən Prezident Sarayının Təminat şöbəsində işləyən dövlət qulluqçularına, habelə tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin şöbəsi statusuna malik olan təşkilatların rəhbərlərinə” sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmunda 1.4.3-cü yarımbənd əlavə edilsin:

“1.4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsində işləyən dövlət qulluqçularına - aylıq vəzifə maaşının 1,4 misli həcmində;”;

1.3. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:

“3. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan aylıq vəzifə maaşına əlavələr:

3.1. hər ay üçün növbəti ayın 5-dən gec olmayaraq ödənilir;

3.2. 2021-ci il aprelin 1-dək əmək məzuniyyəti, ödənişli yaradıcılıq və təhsil məzuniyyəti, həmçinin xidməti ezamiyyət dövrü bu Fərmanın 1-ci hissəsində göstərilən işçilərin hesabat ayındakı iş günləri kimi nəzərə alınaraq onlara ödənilir, lakin bu əlavə həmin məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınmır.”.

2. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 1 may tarixli 1358 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın 5.3-cü bəndinə və 2019-cu il 11 sentyabr tarixli 830 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidmətinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə xidmətin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın 4.3-cü bəndinə uyğun olaraq, xüsusi hesaba köçürülən vəsaitin 2020-ci ilin yanvar - mart ayları ərzində istifadə olunmayan hissəsinin həmin fərmanlarla müəyyən olunmuş qaydada həmin fərmanlarda nəzərdə tutulan işçilərin cari ilin may ayında vəzifə maaşına əlavənin ödənilməsi üçün istifadəsini təmin etsin.

3. Bu Fərmanın 2-ci hissəsi nəzərə alınmaqla:

3.1. “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 1 may tarixli 1358 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 762, № 11, maddə 2023, № 12 (I kitab), maddə 2343; 2018, № 6, maddə 1235, № 9, maddə 1842, № 12 (I kitab), maddələr 2555, 2603; 2019, № 1, maddə 95, № 3, maddə 435, № 4, maddə 645, № 6, maddələr 1038, 1044, № 8, maddələr 1396, 1404, №11, maddə 1699, № 12, maddə 1945; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 2 iyul tarixli 766 nömrəli və 2020-ci il 30 aprel tarixli 1008 nömrəli fərmanları) ləğv edilsin;

3.2. “Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidmətinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə xidmətin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 sentyabr tarixli 830 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 9, maddə 1489) ləğv edilsin.

4. Bu Fərmanın 1-ci hissəsi (1.2-ci bənd istisna olmaqla) 2020-ci il aprelin 1-dən tətbiq edilir.

5. Bu Fərmanın 1.2-ci bəndi 2020-ci il mayın 1-dən tətbiq edilir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 may 2020-ci il

№ 1033

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status