AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
21.09.2020
QEYDİYYAT NÖMRƏSİ
349
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2007-ci il 30 yanvar tarixli 19 nömrəli, “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2009-cu il 7 yanvar tarixli 2 nömrəli , “Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2009-cu il 21 aprel tarixli 66 nömrəli, “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2011-ci il 9 mart tarixli 38 nömrəli, “Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və Qaydası”nın təsdiq edilməsi haqqında” 2013-cü il 5 sentyabr tarixli 247 nömrəli, “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2018-ci il 16 may tarixli 220 nömrəli və “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 24-09-2020, Nəşr Nömrəsi: 194), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2020, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 1222)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
24.09.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
150.160.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202009210349
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
24.09.2020
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2007-ci il 30 yanvar tarixli 19 nömrəli, “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növl

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2007-ci il 30 yanvar tarixli 19 nömrəli, “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2009-cu il 7 yanvar tarixli 2 nömrəli , “Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2009-cu il 21 aprel tarixli 66 nömrəli, “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2011-ci il 9 mart tarixli 38 nömrəli, “Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və Qaydası”nın təsdiq edilməsi haqqında” 2013-cü il 5 sentyabr tarixli 247 nömrəli, “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2018-ci il 16 may tarixli 220 nömrəli və “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Baytarlıq haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1616-VQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişiklik edilməsi və “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” 2007-ci il 11 aprel tarixli 562 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 avqust tarixli 803 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 yanvar tarixli 19 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 1, maddə 63; 2008, № 7, maddə 673; 2015, № 2, maddə 227; 2018, № 12 (II kitab), maddə 2721; 2020, № 4, maddə 484) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Qərarla təsdiq edilmiş “Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydaları”nın 1.1-ci bəndində “tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.38-ci, 1.51-ci və 1.52-ci bəndlərinin icrasını təmin etmək məqsədilə” sözləri “26.1-ci maddəsinə əsasən” sözləri ilə əvəz edilsin;

1.2. həmin Qərarla təsdiq edilmiş “Heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması Qaydaları”nın 1.1-ci bəndində “tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.35-ci bəndinin icrasını təmin etmək məqsədilə” sözləri “19.0.1-ci maddəsinə əsasən” sözləri ilə əvəz edilsin;

1.3. həmin Qərarla təsdiq edilmiş “Heyvanların yetişdirilməsi, çoxaldılması, tədarükü (kəsimi), istifadəsi və dövlət baytarlıq nəzarətində olan məhsulların istehsalı, saxlanması, emalı, daşınması, satışı və istifadəsi ilə məşğul olan şəxslərin sağlamlığının heyvan və insanlar üçün ümumi olan yoluxucu xəstəliklərdən qorunması Qaydaları”nın 1-ci hissəsinin birinci abzasında “tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.50-ci bəndinin icrasını təmin etmək məqsədilə” sözləri “25-ci maddəsinə əsasən” sözləri ilə əvəz edilsin;

1.4. həmin Qərarla təsdiq edilmiş “Baytarlıq preparatlarının dövriyyəsinə dair vahid statistika hesabatı forması və təqdim edilməsi Qaydası”nın 1-ci hissəsində “tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.58-ci bəndinin icrasını təmin etmək məqsədilə” sözləri “31.0.7-ci maddəsinə əsasən” sözləri ilə əvəz edilsin;

1.5. həmin Qərarla təsdiq edilmiş “Baytarlıqda istifadə edilən bioloji, güclü təsiredici və resept əsasında buraxılan baytarlıq preparatlarının Siyahısı”nın 1-ci hissəsinin birinci abzasında “tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.61-ci bəndinin icrasını təmin etmək məqsədilə” sözləri “33.8-ci maddəsinə əsasən” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 yanvar tarixli 2 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 1, maddə 23; 2017, № 11, maddə 2183) ilə təsdiq edilmiş “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi Qaydaları”nın 6.2.6-cı yarımbəndində “baytarlıq nəzarəti orqanlarının” sözləri “dövlət baytarlıq nəzarəti orqanının” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 21 aprel tarixli 66 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 283; 2010, № 1, maddə 66; 2013, № 5, maddə 584; 2015, № 2, maddə 227; 2018, № 12 (II kitab), maddə 2722) ilə təsdiq edilmiş “Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması Qaydaları”nın 1.1-ci bəndinin birinci abzasında “tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.7-ci və 1.25-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə” sözləri “6.0.9-cu və 15.5-ci maddələrinə əsasən” sözləri ilə, ikinci abzasında “xidməti orqanları” sözləri “nəzarəti orqanı” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli 38 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 3, maddə 232, № 10, maddə 972; 2015, № 2, maddə 227; 2016, № 12, maddə 2226; 2018, № 12 (II kitab), maddə 2722; 2019, № 5, maddə 971; 2020, № 4, maddə 482) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.3-cü bənddə “Ərazi baytarlıq idarələri” sözləri “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilsin;

4.2. 1.4-cü, 1.5-ci bəndlərdə və 5.1.6-cı yarımbənddə “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin” sözləri “Agentliyin” sözü ilə əvəz edilsin;

4.3. 4.4.6-cı yarımbənddə “ərazinin baytarlıq xidməti orqanı ilə” sözləri “Agentliklə” sözü ilə əvəz edilsin;

4.4. 4.6-cı, 11.1-ci bəndlərdə və 5.1.3-cü yarımbənddə ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi” sözləri ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;

4.5. 8.1.2-ci yarımbənddə və 9-cu hissədə ismin müvafiq hallarında “ərazi baytarlıq idarələri” sözləri ismin müvafiq hallarında “Agentliyin regional bölməsi” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 5 sentyabr tarixli 247 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 9, maddə 1127; 2015, № 5, maddə 626; 2019, № 5, maddə 966) ilə təsdiq edilmiş “Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və Qaydası”nın 1.8-ci bəndində “və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən” sözləri “, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 may tarixli 220 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 1128, № 11, maddə 2446) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin Nizamnaməsi”nin 7.7-ci bəndində “göstərilən xidmətlərin” sözləri “nəzarət tədbirləri məqsədilə həyata keçirilən xidmətlərin” sözləri ilə əvəz edilsin.

7. “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; 2019, № 3, maddələr 528, 534, 544, 563, 566, 568, № 4, maddə 753, № 5, maddələr 935, 945, 971, № 7, maddə 1325, № 8, maddə 1475, № 10, maddə 1677, № 11, maddə 1878, № 12, maddələr 2091, 2095; 2020, № 3, maddə 344, № 4, maddə 479, № 5, maddə 643; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 iyun tarixli 194 nömrəli və 21 avqust tarixli 317 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:

7.1. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nın 1.4.2.5.7.6-cı yarımbəndinə “xidmətlərindən” sözündən əvvəl “tədbirlərindən,” sözü əlavə edilsin;

7.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatına əlavə”nin 9.2.0-cı paraqrafında “baytarlıq tədbirlərinin” sözləri “baytarlıq nəzarəti tədbirlərinin və xidmətlərinin” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 21 sentyabr 2020-ci il

№ 349

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status