Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli və “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 28 sentyabr tarixli 167 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanı ilə təsdiq edilmiş 4 nömrəli Əlavə – “Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları tərəfindən lisenziya verilən fəaliyyət növlərinin siyahısı”nda, 2013-cü il 8 iyul tarixli 939 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi”ndə, 2014-cü il 26 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”ndə, 2015-ci il 17 aprel tarixli 502 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi”ndə, 2015-ci il 21 dekabr tarixli 710 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”ndə, 2012-ci il 9 iyul tarixli 680 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin Nizamnaməsi”ndə, 2015-ci il 13 avqust tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”ndə və 2017-ci il 21 fevral tarixli 1254 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 iyun tarixli 1056 nömrəli Fərmanının 9-cu hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 9, maddə 829; 2018, № 11, maddə 2429, № 12 (II kitab), maddə 2739; 2019, № 12 maddə 2099; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 avqust tarixli 291 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.4-cü, 7.3-cü bəndlərə və 3.2.1-ci yarımbəndə “fəaliyyətinə” sözündən əvvəl “qanunla tələb olunduqda” sözləri əlavə edilsin;
1.2. 3.1.5-ci yarımbənddə “müvafiq lisenziyası olan” sözləri “qanunla tələb olunduqda fəaliyyətinə lisenziya verilmiş” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 9, maddə 833; 2012, № 6, maddə 624, № 10, maddə 1005; 2016, № 10, maddə 1713; 2017, № 2, maddə 314; 2018, № 11, maddə 2429; 2020, № 2, maddə 216) ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın 2.4-cü bəndinin ikinci abzasından “məktəbəqədər və ümumi” sözləri çıxarılsın.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 21 sentyabr 2020-ci il
№ 348