“Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Bu Fərman 2020-ci il yanvarın 1-dən tətbiq edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 iyul 2020-ci il
№ 1119
|
Azərbaycan Respublikası Prezidentinin
2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin
SİYAHISI
1. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi
2. Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti
3. Sosial Tədqiqatlar Mərkəzi
4. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi
5. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)
6. Dənizkənarı Bulvar İdarəsi
7. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
8. Azərbaycan Respublikasının Gənclər Fondu
9. Azərbaycan Dövlət Tərcümə Mərkəzi
10. Bakı Nəqliyyat Agentliyi
11. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
12. Azərbaycan İlahiyyat İnstitutu
13. Azərbaycan Milli Antidopinq Agentliyi
14. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi
15. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi
[1]
16. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin tabeliyində Nəqliyyat və Texniki-Təminat İdarəsi
[2]
17. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
[3]
17-1. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
17-2. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi
[4]
18. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi
19. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu
20. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
21. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi
21-1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”
21-2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi”
21-3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi”
21-4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO”
21-5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi”
21-6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “İqtisadi Elmi Tədqiqat İnstitutu
22. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “Elektron Hökumətin İnkişafı Mərkəzi”
23. Azərbaycan Metrologiya İnstitutu
24. Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi
25. Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu
26. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində Bakı Sağlamlıq Mərkəzi
27. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində Milli Hematologiya və Transfuziologiya Mərkəzi
28. Qarabağ Dirçəliş Fondu
[5]
29. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi
[6]
30. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi
31. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
[7]
32. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
[8]
33. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi
[9]
34. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Ekoloji Ekspertiza Agentliyi
[10]
35. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi.
36. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi
37. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
38. Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi
39. Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin tabeliyində “Hüquq və İnsan Haqları İnstitutu.”
[11]
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
8 may 2021-ci il tarixli 1336 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 9 may 2021-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5 maddə 443)
2.
21 iyun 2021-ci il tarixli 1369 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 22 iyun 2021-ci il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 584)
3.
21 sentyabr 2021-ci il tarixli 1444 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 984)
4.
11 yanvar 2022-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 12 yanvar 2022-ci il, № 6, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 21)
5.
17 mart 2022-ci il tarixli 1636 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 mart 2022-ci il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 224)
6.
31 may 2022-ci il tarixli 1700 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyun 2022-ci il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 468)
7.
23 avqust 2022-ci il tarixli 1822 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 23 avqust 2022-ci il, “Xalq” qəzeti 24 avqust 2022-ci il № 180, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 882)
8.
03 mart 2023-cü il tarixli 2058 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 03 mart 2023-cü il, “Xalq” qəzeti, 04 mart 2023-cü il, № 49)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
31 may 2022-ci il tarixli 1700 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyun 2022-ci il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 468) ilə “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin Siyahısı”nın 15-ci hissəsində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi” sözləri ilə əvəz edilmişdir.
[2]
31 may 2022-ci il tarixli 1700 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyun 2022-ci il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 468) ilə “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin Siyahısı”nın 16-cı hissəsi ləğv edilmişdir.
[3]
31 may 2022-ci il tarixli 1700 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyun 2022-ci il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 468) ilə “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin Siyahısı”nın 17-ci hissəsində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf” sözləri ilə əvəz edilmişdir.
[4]
23 avqust 2022-ci il tarixli 1822 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 23 avqust 2022-ci il, “Xalq” qəzeti 24 avqust 2022-ci il № 180, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 882) ilə “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”na yeni məzmunda 17-1-ci, 17-2-ci, 21-1 – 21-6-cı hissələr əlavə edilmişdir.
[5]
8 may 2021-ci il tarixli 1336 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 9 may 2021-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5 maddə 443) ilə “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nın 27-ci hissəsinin sonundan nöqtə işarəsi çıxarılmışdır və yeni məzmunda 28-ci hissə əlavə edilmişdir.
[6]
03 mart 2023-cü il tarixli 2058 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 03 mart 2023-cü il, “Xalq” qəzeti, 04 mart 2023-cü il, № 49) ilə “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin Siyahısı”nın 29-cu hissəsində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilmişdir.
[7]
21 iyun 2021-ci il tarixli 1369 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 22 iyun 2021-ci il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 584) ilə “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nın 28-ci hissəsinin sonundan nöqtə işarəsi çıxarılmışdır və yeni məzmunda 29 – 31-ci hissələr əlavə edilmişdir.
[8]
21 sentyabr 2021-ci il tarixli 1444 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 984) ilə “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nın 31-ci hissəsinin sonundan nöqtə işarəsi çıxarılsın və yeni məzmunda 32-ci hissə əlavə edilmişdir.
[9]
11 yanvar 2022-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 12 yanvar 2022-ci il, № 6, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 21) ilə “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nın 32-ci hissəsinin sonundan nöqtə işarəsi çıxarılmışdır və yeni məzmunda 33-cü hissə əlavə edilmişdir.
[10]
17 mart 2022-ci il tarixli 1636 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 mart 2022-ci il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 224) ilə “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nın 33-cü hissəsinin sonundan nöqtə işarəsi çıxarılmışdır, yeni məzmunda 34-cü və 35-ci hissələr əlavə edilmişdir.
[11]
23 avqust 2022-ci il tarixli 1822 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 23 avqust 2022-ci il, “Xalq” qəzeti 24 avqust 2022-ci il № 180, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 882) ilə “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nın 35-ci hissənin sonundan nöqtə işarəsi çıxarılmışdır və həmin siyahıya yeni məzmunda 36–39-cu hissələr əlavə edilmişdir.