AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
14.07.2020
QEYDİYYAT NÖMRƏSİ
251
ADI
“Faydalı qazıntı yataqlarının geoloji-iqtisadi qiymətləndirilməsinin tələbləri və meyarlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 8 noyabr tarixli 176 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2020, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 981)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
260.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
31.07.2020

“Faydalı qazıntı yataqlarının geoloji-iqtisadi qiymətləndirilməsinin tələbləri və meyarlarının təsdiq  edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin  1999-cu il 8 noyabr tarixli 176 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

 

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikası Prezidentinin “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 1999-cu il 13 fevral tarixli 102 nömrəli, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 12 mart tarixli 116 nömrəli və “Faydalı qazıntı ehtiyatlarının təsdiq edilməsi və silinməsi Qaydalarının təsdiq edilməsi haqqında” 2003-cü il 23 oktyabr tarixli 973 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 aprel tarixli 999 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 8 noyabr tarixli 176 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 11, maddə 651) ilə təsdiq edilmiş “Faydalı qazıntı yataqlarının geoloji-iqtisadi qiymət-ləndirilməsinin tәlәblәri və meyarları”nın dördüncü hissəsinin ikinci cümləsində “Faydalı Qazıntılar üzrə Komissiya” sözləri “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi” sözləri ilə əvəz edilsin və həmin cümləyə “təsdiq” sözündən əvvəl “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Faydalı Qazıntı Ehtiyatları üzrə Komissiyası tərəfindən” sözləri əlavə edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 14 iyul 2020-ci il

№251

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status