×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
07.10.2020
QEYDİYYAT NÖMRƏSİ
377
ADI
“Uyğunluq sertifikatının forması, uyğunluq nişanından istifadə və verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 08-10-2020, Nəşr Nömrəsi: 206), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2020, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 1266)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
08.10.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.030.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202010070377
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
08.10.2020
“Uyğunluq sertifikatının forması, uyğunluq nişanından istifadə və verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə

“Uyğunluq sertifikatının forması, uyğunluq nişanından istifadə və verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1587-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 iyul tarixli 780 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Uyğunluq sertifikatının forması, uyğunluq nişanından istifadə və verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 7 oktyabr 2020-ci il

                      № 377

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2020-ci il 7 oktyabr tarixli 377 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Uyğunluq sertifikatının forması, uyğunluq nişanından istifadə və verilməsi

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 13.3-cü maddəsinə uyğun olaraq uyğunluq sertifikatının forması, uyğunluq nişanından istifadə və verilməsi qaydalarını müəyyən edir.

1.2. Bu Qaydaların məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:

1.2.1. milli standartlaşdırma qurumu - Qanunun 1.0.18-ci maddəsinə əsasən “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs;

1.2.2. uyğunluğun qiymətləndirilməsi - malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun standartlarda göstərilən tələblərə uyğunluğunun müəyyən edilməsi prosesi;

1.2.3. uyğunluğun qiymətləndirilməsinin obyektləri - mal (iş, xidmət), onunla əlaqəli proseslər (o cümlədən idarəetmə sistemləri), istehsal metodları.

1.3. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Qanunda nəzərdə tutulan mənaları ifadə edir.

 

2. Uyğunluq sertifikatının forması

 

2.1. Uyğunluq sertifikatının aşağıdakı formaları tərtib edilir:

2.1.1. malların (işlərin, xidmətlərin) uyğunluğunun könüllü qiymətləndirilməsi barədə uyğunluq sertifikatı;

2.1.2. mal (iş, xidmət) ilə əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin) və istehsal metodunun uyğunluğunun könüllü qiymətləndirilməsi barədə uyğunluq sertifikatı.

2.2. Bu Qaydaların 2.1.1-ci və 2.1.2-ci yarımbəndləri ilə müəyyən edilən uyğunluq sertifikatlarında aşağıdakı məlumatlar göstərilir:

2.2.1. sertifikatın adı;

2.2.2. sertifikatı verən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun adı və akkreditasiya attestatının qeydiyyat nömrəsi;

2.2.3. blankın qeydiyyat nömrəsi;

2.2.4. sertifikatın verilmə tarixi;

2.2.5. sertifikatın qeydiyyat nömrəsi;

2.2.6. sertifikat verilən hüquqi şəxsin adı və hüquqi ünvanı, fiziki şəxsin adı, soyadı, atasının adı və ünvanı;

2.2.7. standartlaşdırma üzrə normativ sənədlərin adı, nömrəsi və tarixi;

2.2.8. sertifikatın verilmə əsası;

2.2.9. əlavə məlumat (olduqda);

2.2.10. akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun rəhbərinin (səlahiyyətli nümayəndəsinin), uyğunluğu qiymətləndirən səlahiyyətli şəxsin imzası, adı, soyadı və atasının adı;

2.2.11. möhür yeri (olduqda).

2.3. Bu Qaydaların 2.2-ci bəndində qeyd edilənlərdən əlavə malların (işlərin, xidmətlərin) uyğunluğunun könüllü qiymətləndirilməsi barədə uyğunluq sertifikatında uyğunluğu qiymətləndirilmiş malın (işin, xidmətin) adı, növü, markası, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, “Məhsul növləri təsnifatı” üzrə kodu, məhsulun istehsal edildiyi, işin və xidmətin göstərildiyi yerin ünvanı, mal (iş, xidmət) ilə əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin) və istehsal metodunun uyğunluğunun könüllü qiymətləndirilməsi barədə uyğunluq sertifikatında isə idarəetmə sistemlərinin və istehsal metodlarının sertifikatlaşdırıldığı müəssisənin tam adı, mal (iş, xidmət) ilə əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin) tətbiq edildiyi fəaliyyət sahəsi göstərilir.

2.4. Uyğunluq sertifikatı dövlət dilində tərtib edilir.

2.5. Dövlət dilində tərtib edilmiş uyğunluq sertifikatı digər dillərə tərcümə edildikdə tərcümənin düzgünlüyü notariat qaydasında təsdiqlənməlidir.

2.6. Malların (işlərin, xidmətlərin) uyğunluq sertifikatının forması bu Qaydaların 1 nömrəli əlavəsinə, mal (iş, xidmət) ilə əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin) və istehsal metodunun uyğunluq sertifikatının forması bu Qaydaların 2 nömrəli əlavəsinə uyğun olaraq tərtib edilir.

2.7. Uyğunluq sertifikatı tam şəkildə doldurulmalı və çap üsulu ilə təsvir edilməlidir. Üzərində düzəlişlər edilmiş və yaxud zədələnmiş sertifikatlar etibarsızdır.

 

3. Uyğunluq nişanından istifadə və onun verilməsi

 

3.1. Uyğunluq nişanı texniki reqlamentlərin tələblərinə cavab verən və ya texniki reqlamentlərlə tənzimlənməyən malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsini və sertifikatlaşdırılmasını bildirir.

3.2. Uyğunluq nişanının forması bu Qaydaların 3 nömrəli əlavəsi ilə müəyyən edilir.

3.3. Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən uyğunluq sertifikatı ilə təmin edilmiş uyğunluğun qiymətləndirilməsinin obyektlərinə təsərrüfat subyekti tərəfindən uyğunluq nişanı tətbiq edilə bilər.

3.4. Texniki reqlamentlərin tələblərinə cavab verməyən və ya texniki reqlamentlərlə tənzimlənməyən malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə uyğunluğu qiymətləndirilməmiş və sertifikatlaşdırılmamış uyğunluğun qiymətləndirilməsinin obyektlərinə uyğunluq nişanı vurula bilməz.

3.5. Uyğunluq nişanını birbaşa mala (qazlı, maye və dənəvər materiallara və maddələrə) tətbiq etmək mümkün olmadıqda qablaşdırmaya tətbiq edilir. Uyğunluğun qiymətləndirilməsinin obyektlərinin istismar, texniki və müşayiətedici sənədlərində uyğunluğunun qiymətləndirilməsi haqqında məlumatın (uyğunluq sertifikatının nömrəsi və verilmə tarixi, sertifikatı verən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun adı) göstərildiyi yerdə uyğunluq nişanı ilə nişanlanmalıdır. Belə məlumatlar olduqda uyğunluq nişanı ilə nişanlanmış mal uyğunluq sertifikatının surəti ilə müşayiət olunmaya bilər.

3.6. Uyğunluq sertifikatı ilə təmin edilmiş malın partiyası uyğunluq sertifikatının surəti ilə müşayiət edilir.

3.7. Uyğunluq nişanı aydın görünən olmalı və tətbiq edilən səthin rəngindən fərqlənməlidir. Malın uyğunluq nişanı ilə nişanlanmasına aşınma, tökmə, oyma, çapetmə, ştamplama yerlərində yol verilmir və aydın görüntüsünü, xarici təsirlərə qarşı müqavimətini və malların yararlılıq müddətində dayanıqlılığını təmin edən üsullarla həyata keçirilir. Uyğunluq nişanının təsvirinin ayrı-ayrı elementlərinin qismən təkrar edilməklə tətbiqinə icazə verilmir.

3.8. Uyğunluq nişanı qablaşdırmaya tətbiq edildikdə sertifikatlaşdırılmamış mallar üçün belə qablaşdırmanın istifadəsi yolverilməzdir.

3.9. Qanunun 13.5-ci maddəsinə uyğun olaraq akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən uyğunluq sertifikatının ləğvi barədə qərar qəbul edildikdə akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun səlahiyyətli nümayəndəsinin iştirakı ilə tətbiq edilmək üçün hazırlanmış uyğunluq nişanları təsərrüfat subyekti tərəfindən tamamilə məhv edilmə ilə nəticələnən, onların sonrakı bərpası və onlardan ilkin şəkildə istifadənin mümkünlüyünü istisna edən termik, kimyəvi, mexaniki və ya başqa təsir üsulları ilə məhv edilir. Məhvetmə 2 (iki) nüsxədə tərtib edilmiş akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun səlahiyyətli nümayəndəsinin və təsərrüfat subyektinin imzası ilə təsdiq edilmiş aktla rəsmiləşdirilir. Məhvetmə ilə bağlı aktda təsərrüfat subyektinin adı, soyadı, atasının adı (hüquqi şəxs olduqda adı və hüquqi ünvanı, səlahiyyətli nümayəndəsinin adı, soyadı və atasının adı), akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun adı, ünvanı və onun səlahiyyətli nümayəndəsinin adı, soyadı, atasının adı, nişanların məhv edildiyi yer, məhvetmə üsulu və məhv edilən nişanların sayı göstərilir.

 


 

 

“Uyğunluq sertifikatının forması, uyğunluq

nişanından istifadə və verilməsi Qaydaları”na

1 nömrəli əlavə

 

Uyğunluğun könüllü qiymətləndirilməsi zamanı malların (işlərin, xidmətlərin) uyğunluq sertifikatının forması

 

AZƏRBAYCAN RESPUBLIKASI

Malların (işlərin, xidmətlərin) uyğunluğunun könüllü qiymətləndirilməsi barədə

 

UYĞUNLUQ SERTIFIKATI

 

 

 

(akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun adı və akkreditasiya attestatının qeydiyyat nömrəsi)

 

 

 

B № ________________________

          (blankın qeydiyyat nömrəsi)

 

Verilmə tarixi “____” ___________ 20____il

 

№ _________________________________

                    (sertifikatın qeydiyyat nömrəsi)

 

Uyğunluğu qiymətləndirilmiş __________________________________________________

                                                                                              (malın (işin, xidmətin) adı, növü, markası)

_____________________________________________________________________________

 

______________________________________                   ______________________________

(xarici iqtisadi fəaliyyətin mal nomenklaturası)                              (“Məhsul növləri təsnifatı” üzrə kod)

 

_____________________________________________________________________________

(sertifikatlaşdırılan malı (işi, xidməti) təklif edən hüquqi şəxsin adı, hüquqi ünvanı, fiziki şəxsin adı, soyadı, atasının adı və ünvanı)

_____________________________________________________________________________

(məhsulun istehsal edildiyi, işin və xidmətin göstərildiyi yerin ünvanı)

 

____________________________________________________________________ tələblərinə

(standartlaşdırma üzrə normativ sənədlərin adı, nömrəsi və tarixi)

cavab verir.

 

Sertifikat ______________________________________________________əsasında verilib.

(verilməsi üçün əsas)

____________________________________________________________________________

(əlavə məlumat (olduqda)

 

Akkreditasiya edilmiş uyğunluğu

qiymətləndirən qurumun rəhbəri

(səlahiyyətli nümayəndəsi)                   _____________   _____________________________

                                                                                         (imza)                                 (adı, soyadı, atasının adı)

 

M.Y.

(olduqda)

 

Uyğunluğu qiymətləndirən

səlahiyyətli şəxs                                      ______________  _____________________________

                                                                                         (imza)                                 (adı, soyadı, atasının adı)

 

 


 

 

“Uyğunluq sertifikatının forması, uyğunluq

nişanından istifadə və verilməsi Qaydaları”na

2 nömrəli əlavə

 

Uyğunluğun könüllü qiymətləndirilməsi zamanı mal (iş, xidmət) ilə əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin) və istehsal metodunun uyğunluq sertifikatının forması

 

AZƏRBAYCAN RESPUBLIKASI

Mal (iş, xidmət) ilə əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin)

uyğunluğunun könüllü qiymətləndirilməsi barədə

 

UYĞUNLUQ SERTIFIKATI

 

 

 

(akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun adı və akkreditasiya attestatının qeydiyyat nömrəsi)

 

 

 

B № _____________________

             (blankın qeydiyyat nömrəsi)

 

Verilmə tarixi “____” ____________ 20____il

 

№ _________________________________             

               (sertifikatın qeydiyyat nömrəsi)

 

 

_____________________________________________________________________________

(idarəetmə sistemlərinin və istehsal metodlarının sertifikatlaşdırıldığı müəssisənin tam adı)

 

_____________________________________________________________________________

(mal (iş, xidmət) ilə əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin) tətbiq edildiyi fəaliyyət sahəsi)

____________________________________________________________________ tələblərinə

              (standartlaşdırma üzrə normativ sənədlərin adı, nömrəsi və müvafiq bəndi)

cavab verir.

 

_____________________________________________________________________________

(sertifikat verilən hüquqi şəxsin adı və hüquqi ünvanı, fiziki şəxsin adı, soyadı, atasının adı)

 

 

Sertifikat ______________________________________________________əsasında verilib.

(verilməsi üçün əsas)

____________________________________________________________________________

(əlavə məlumat (olduqda)

 

Akkreditasiya edilmiş uyğunluğu

qiymətləndirən qurumun rəhbəri

(səlahiyyətli nümayəndəsi)                   _____________   _____________________________

                                                                                         (imza)                                 (adı, soyadı, atasının adı)

 

M.Y.

(olduqda)

 

Uyğunluğu qiymətləndirən

səlahiyyətli şəxs                                      ______________  _____________________________

                                                                                         (imza)                                 (adı, soyadı, atasının adı)

 


 

 

 

“Uyğunluq sertifikatının forması, uyğunluq

nişanından istifadə və verilməsi Qaydaları”na

3 nömrəli əlavə

 

Uyğunluq nişanının forması

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status