AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
12.08.2020
QEYDİYYAT NÖMRƏSİ
292
ADI
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tərəf kimi çıxış etdiyi hasilatın pay bölgüsü sazişləri üzrə rəhbər komitələrin SOCAR tərəfindən formalaşdırılması ilə bağlı bəzi məsələlər barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2020, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 1109)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
31.08.2020
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tərəf kimi çıxış etdiyi hasilatın pay bölgüsü sazişləri üzrə rəhbər komitələrin SOCAR tərəfindən formalaşdırılması ilə bağlı bəzi məsələlər barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tərəf kimi çıxış etdiyi hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq SOCAR tərəfindən formalaşdırılan rəhbər komitələrin fəaliyyətini təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tərəf kimi çıxış etdiyi hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq SOCAR tərəfindən rəhbər komitələr və işçi qruplar formalaşdırılarkən, aşağıdakı dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin həmin rəhbər komitələrdə və işçi qruplarda nümayəndə kimi iştirakı təmin edilsin:

1.1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti;

1.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;

1.3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;

1.4. Azərbaycan Respublikasının Energetika Nazirliyi;

1.5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi;

1.6. Azərbaycan Respublikasının Dövlət Neft Fondu;

1.7. Azərbaycan İnvestisiya Holdinqi. [1]

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tərəf kimi çıxış etdiyi hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq, yaradılan rəhbər komitələrə SOCAR tərəfindən daxil edilən nümayəndələrin sayı 5 nəfərdən az olduğu halda, nümayəndələr bu Qərarın 1-ci hissəsi ilə  müəyyən edilən ardıcıllığa əsasən rəhbər komitələrə daxil edilirlər.

3. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) bu Qərardan irəli gələn digər məsələləri həll etsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

 

Bakı şəhəri, 12 avqust 2020-ci il

                    № 292

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       13 iyul 2021-ci il tarixli 204 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 iyul 2021-ci il, № 146, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 866)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 13 iyul 2021-ci il tarixli 204 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 iyul 2021-ci il, № 146, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 866) ilə 1.6-cı bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 1.7-ci bənd əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status