AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
14.10.2020
QEYDİYYAT NÖMRƏSİ
388
ADI
“Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin və Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 16-10-2020, Nəşr Nömrəsi: 213), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2020, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 1276)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
16.10.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202010140388
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
19.10.2020
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin və Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 195; 2001, № 10, maddə 663; 2003, № 6, maddə 342; 2006, № 5, maddələr 463, 472, № 9, maddə 822, № 10, maddə 902, № 11, maddə 989; 2008, № 2, maddələr 116, 125, № 8, maddə 782; 2009, № 6, maddə 491; 2010, № 8, maddə 764; 2011, № 5, maddə 454; 2012, № 2, maddə 185, № 5, maddə 486; 2013, № 5, maddə 574, № 6, maddə 747, № 8, maddə 1001; 2014, № 5, maddə 551, № 8, maddə 1020, № 12, maddə 1684; 2015, № 4, maddələr 462, 468, № 8, maddə 971; 2016, № 2 (II kitab), maddə 385, № 4, maddə 815; 2017, № 4, maddə 620, № 6, maddə 1246, № 8, maddə 1628; 2018, № 5, maddə 1118, № 9, maddə 1917, № 10, maddələr 2166, 2175) ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 1.6-cı bəndin doqquzuncu abzasından “və hesab-arayış blankları” sözləri çıxarılsın.

2. 2.9-cu bənd üzrə:

2.1. ikinci abzasda “satılması barədə istehsalçı müəssisənin verdiyi arayış-hesab” sözləri “alqı-satqı müqaviləsi” sözləri ilə əvəz edilsin;

2.2. dördüncü abzas aşağıdakı redaksiyada verilsin:

“komisyon və ticarət təşkilatları ilə bağlanılmış alqı-satqı müqaviləsi;”.

3. 2.10-cu bənddə “satılmaq barədə arayış-hesab” sözləri “alqı-satqı müqaviləsi” sözləri ilə əvəz edilsin.

4. 2.13-cü bənd üzrə:

4.1. birinci cümlədə “mağazanın verdiyi arayış-hesab” sözləri “lotereya təşkilatçısının verdiyi arayış” sözləri ilə əvəz edilsin;

4.2. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:

“Arayışda nəqliyyat vasitəsini udmuş şəxs haqqında məlumatlar yazılır, lotereya təşkilatçısı tərəfindən imza edilir və möhürlə təsdiqlənir.”.

5. 2.14-cü bəndin birinci cümləsində “mağazanın arayış-hesabı” sözləri “komisyon mağaza ilə bağlanılmış alqı-satqı müqaviləsi” sözləri ilə, ikinci cümləsində “alıcıya verilən arayış-hesabda” sözləri “alıcı ilə bağlanılan alqı-satqı müqaviləsində” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 14 oktyabr 2020-ci il

                       № 388

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status