110.030.000
“Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin Qaydanın 3.2-ci bəndində “6 (altı)” sözləri “12 (on iki)” sözləri ilə əvəz edilsin.
2. Həmin Qaydanın 3.3-cü bəndinin birinci cümləsinə “10 (on) faiz” sözlərindən sonra “, ərzaqlıq buğda təchizatçılarına münasibətdə 15 (on beş) faiz” sözləri, ikinci cümləsinə “10 (on) faizdən” sözlərindən sonra “, ərzaqlıq buğda təchizatçılarına münasibətdə isə 15 (on beş) faizdən” sözləri əlavə edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri
Bakı şəhəri, 15 oktyabr 2020-ci il
№ 391