Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin və Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydasının təsdiq edilməsi barədə” 1999-cu il 15 mart tarixli 39 nömrəli, “Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 13 dekabr tarixli 220 nömrəli, “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2009-cu il 5 fevral tarixli 22 nömrəli, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli və “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in təsdiq edilməsi haqqında” 2019-cu il 4 mart tarixli 73 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 195; 2001, № 10, maddə 663; 2003, № 6, maddə 342; 2006, № 5, maddələr 463, 472, № 9, maddə 822, № 10, maddə 902, № 11, maddə 989; 2008, № 2, maddələr 116, 125, № 8, maddə 782; 2009, № 6, maddə 491; 2010, № 8, maddə 764; 2011, № 5, maddə 454; 2012, № 2, maddə 185, № 5, maddə 486; 2013, № 5, maddə 574, № 6, maddə 747, № 8, maddə 1001; 2014, № 5, maddə 551, № 8, maddə 1020, № 12, maddə 1684; 2015, № 4, maddələr 462, 468, № 8, maddə 971; 2016, № 2 (II kitab), maddə 385, № 4, maddə 815; 2017, № 4, maddə 620, № 6, maddə 1246, № 8, maddə 1628; 2018, № 5, maddə 1118, № 9, maddə 1917, № 10, maddələr 2166, 2175) ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin 4.6-cı bəndinin 6-cı abzasının birinci cümləsində “Əlil” sözü “Əlilliyi olan” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 dekabr tarixli 220 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 12, maddə 871; 2007, № 12, maddə 1336; 2009, № 2, maddə 144, № 8, maddə 675, № 9, maddə 738; 2016, № 12, maddə 2229; 2018, № 4, maddə 803, № 5, maddə 1135; 2019, № 1, maddələr 155, 166; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli 366 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması Qaydaları”nın 3.3-cü bəndinin onuncu abzasında “əlillər” sözü “əlilliyi olan şəxs” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 5 fevral tarixli 22 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 145; 2016, № 4, maddə 812; 2018, № 5, maddə 1106; 2019, № 1, maddə 160, № 3, maddə 515) ilə təsdiq edilmiş “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”nin 3.2.4-cü yarımbəndində “əlil arabalarının” sözləri “əlilliyi olan şəxs üçün arabaların” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 745; 2010, № 11, maddə 1041, № 12, maddə 1125; 2011, № 4, maddə 372; 2013, № 8, maddə 1025, № 12, maddə 1629; 2014, № 7, maddə 945, № 8, maddə 1014; 2016, № 2 (II kitab), maddə 354, № 3, maddə 592, № 4, maddələr 779, 804, 817, № 5, maddə 964; 2017, № 4, maddələr 633, 650, № 5, maddə 980, № 8, maddə 1609; 2018, № 4, maddə 806, № 5, maddə 1107, № 7 (II kitab), maddə 1625, № 9, maddə 1920, № 10, maddə 2175, № 11, maddələr 2443, 2444; 2019, № 1, maddə 161, № 3, maddələr 515, 569, № 12, maddə 2094; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli 367 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın 2.15-ci bəndində “əlil” sözü “əlilliyi olan şəxs üçün” sözləri ilə əvəz edilsin.
5. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 10, maddə 919; 2014, № 2, maddə 205; 2016, № 11, maddə 1976; 2019, № 3, maddə 515) aşağıdakı dəyişikliklər edilsin:
5.1. həmin Qərarla təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması Qaydası”nın 2.1.1-ci yarımbəndində “sığorta olunana əlillik” sözləri “sığorta olunanın əlilliyi” sözləri ilə əvəz edilsin;
5.2. həmin Qərarla təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə əlavə sığorta ödənişi məbləğinin hesablanması Qaydası”nın 2.1.3-cü yarımbəndində “əlil kreslo-veloarabalarına” sözləri “əlilliyi olan şəxs üçün kreslo-veloarabalara” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli 73 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 3, maddə 507; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli 367 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in 3.1.3-cü yarımbəndinin ikinci cümləsində “əlil” sözü “əlilliyi olan şəxs üçün” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri
Bakı şəhəri, 15 oktyabr 2020-ci il
№ 393