Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2011-ci il 22 sentyabr tarixli 150 nömrəli, “Azərbaycan Respublikasının şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin, müstəqil kitabxanaların, şəhər, qəsəbə və kənd kitabxana filiallarının, habelə şəhər, qəsəbə kütləvi, uşaq, gənclər kitabxanalarının və kitabxana-klubların nümunəvi strukturu və ştat vahidləri”nin təsdiq edilməsi haqqında” 2011-ci il 11 oktyabr tarixli 162 nömrəli, “Dövlət mülkiyyətində olan yaradıcılıq emalatxanalarının, sərgi salonlarının güzəştli şərtlərlə yaradıcı gənclərin istifadəsinə verilməsi Qaydaları”nın təsdiq edilməsi və “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 noyabr tarixli 191 nömrəli qərarında dəyişiklik edilməsi haqqında” 2013-cü il 18 noyabr tarixli 327 nömrəli və “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2014-cü il 17 iyun tarixli 196 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Prezidentinin “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli 4 nömrəli Sərəncamının 2.5-ci bəndinin, “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanının 5.2-ci bəndinin, “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanının 4.2-ci bəndinin və “Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında” 2019-cu il 22 oktyabr tarixli 1498 nömrəli Sərəncamının 6.6-cı bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 22 sentyabr tarixli 150 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 860; 2015, № 10, maddə 1241; 2016, № 3, maddə 596; 2017, № 12 (II kitab), maddə 2477; 2019, № 2, maddə 353; 2020, № 2, maddə 206) ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə”nin 1.2-ci bəndindən “və Turizm” sözləri çıxarılsın.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 11 oktyabr tarixli 162 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 10, maddə 968; 2012, № 11, maddə 1213; 2013, № 12, maddə 1634; 2015, № 10, maddə 1219) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin, müstəqil kitabxanaların, şəhər, qəsəbə və kənd kitabxana filiallarının, habelə şəhər, qəsəbə kütləvi, uşaq, gənclər kitabxanalarının və kitabxana-klubların nümunəvi strukturu və ştat vahidləri”nin “Qeyd” sütunundan “və Turizm” sözləri çıxarılsın.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 noyabr tarixli 327 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 11, maddə 1461) ilə təsdiq edilmiş “Dövlət mülkiyyətində olan yaradıcılıq emalatxanalarının, sərgi salonlarının güzəştli şərtlərlə yaradıcı gənclərin istifadəsinə verilməsi Qaydaları”nın 4-cü hissəsindən “və Turizm” sözləri çıxarılsın.
4. “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 749; 2015, № 3, maddələr 333, 338, № 4, maddə 455, № 6, maddə 801, № 10, maddə 1220, № 11, maddə 1425; 2016, № 6, maddə 1195, № 10, maddə 1731, № 11, maddə 1944, № 12, maddə 2243; 2017, № 4, maddə 635, № 11, maddə 2174; 2018, № 6, maddə 1353, № 9, maddə 1951; 2019, № 6, maddə 1151, № 8, maddələr 1462, 1477) aşağıdakı dəyişikliklər edilsin:
4.1. adından və 1-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın;
4.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı” üzrə:
4.2.1. adından “və Turizm” sözləri çıxarılsın;
4.2.2. “I. Büdcədən maliyyələşdirilən qurumlar” bölməsi üzrə:
4.2.2.1. 7.8-ci bənd aşağıdakı redaksiyada verilsin:
“7.8. “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu”;
4.2.2.2. 7.9-cu, 7.16-cı bəndlər və 9-cu hissə ləğv edilsin;
4.2.2.3. aşağıdakı məzmunda 7.22-ci və 7.23-cü bəndlər əlavə edilsin:
“7.22. “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu
7.23. “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu”;
4.2.2.4. 11.1-ci bənddən “və Turizm” sözləri çıxarılsın.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 26 oktyabr 2020-ci il
№ 417