Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Abidə qoruqlarının nümunəvi Əsasnaməsi”nin təsdiq edilməsi barədə” 2008-ci il 18 mart tarixli 74 nömrəli, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin fəaliyyətinin tənzimlənməsi barədə” 2008-ci il 10 iyul tarixli 155 nömrəli, “Kinematoqrafiya üzrə yüksək peşəkarlığa malik yerli kadrların ölkədə və ölkə xaricində hazırlanmasına dair Proqram”ın təsdiq edilməsi haqqında” 2008-ci il 20 sentyabr tarixli 223 nömrəli və “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun bəzi məsələləri barədə” 2008-ci il 22 sentyabr tarixli 227 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Prezidentinin “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli 4 nömrəli Sərəncamının 2.5-ci bəndinin, “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanının 5.2-ci bəndinin və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 18 mart tarixli 74 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 240, № 7, maddə 689) ilə təsdiq edilmiş “Abidə qoruqlarının nümunəvi Əsasnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.1-ci bəndin birinci abzasından “və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərir” sözləri çıxarılsın;
1.2. 1.2-ci bənddə, 1.3-cü bəndin birinci cümləsində, 1.4-cü bənddə, 2.1.6-cı, 5.1.2-ci və 5.1.4-cü yarımbəndlərdə ismin müvafiq hallarında “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi” sözləri ismin müvafiq hallarında “tabeliyində olduğu qurum” sözləri ilə əvəz edilsin;
1.3. 5.2-ci bəndin ikinci cümləsində, 6.1-ci, 6.7-ci bəndlərdə, 6.3-cü bəndin birinci cümləsində, 2.1.3-cü, 3.5.1-ci və 6.4.5-ci yarımbəndlərdə, 2.1.5-ci və 2.1.12-ci yarımbəndlərin ikinci cümlələrində ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi” sözləri ismin müvafiq hallarında “tabeliyində olduğu qurum” sözləri ilə əvəz edilsin;
1.4. 1.5-ci bənddə “mütəxəssislərin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qoruğun mühafizə zonası yaradılır” sözləri “tabeliyində olduğu qurumun təklifi əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qoruğun mühafizə zonası müəyyən edilir” sözləri ilə əvəz edilsin.
2. “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin fəaliyyətinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 10 iyul tarixli 155 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 677; 2016, № 9, maddə 1585) 2-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 20 sentyabr tarixli 223 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 870; 2014, № 2, maddə 201; 2016, № 5, maddə 955; 2018, № 11, maddə 2428) ilə təsdiq edilmiş “Kinematoqrafiya üzrə yüksək peşəkarlığa malik yerli kadrların ölkədə və ölkə xaricində hazırlanmasına dair Proqram”ın “5. Kinematoqrafiya üzrə yüksək peşəkarlığa malik yerli kadrların ölkədə və ölkə xaricində hazırlanmasına dair Proqram üzrə Tədbirlər Planı”nın 5-ci hissəsinin “İcraçı təşkilatlar” sütunundan “və Turizm” sözləri çıxarılsın.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 227 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 873; 2016, № 9, maddə 1553; 2020, № 7, maddə 982; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 sentyabr tarixli 320 nömrəli və 14 sentyabr tarixli 337 nömrəli qərarları) ilə təsdiq edilmiş “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğu haqqında Əsasnamə”nin 1.6-cı bəndi aşağıdakı redaksiyada verilsin:
“1.6. Qoruq ərazisində yerləşən abidələrin təhlükəsizliyini, memarlıq-estetik görünüşünü, onların funksional təyinatını və uzunömürlülüyünü təmin etmək məqsədilə Qoruğun Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş sərhədləri və mühafizə zonası (mədəni irs abidələrinin mühafizə zonalarını isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi) mövcuddur.”.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 26 oktyabr 2020-ci il
№ 419