×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
26.10.2020
QEYDİYYAT NÖMRƏSİ
420
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2014-cü il 26 avqust tarixli 292 nömrəli, “Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı Qaydası”nın təsdiq edilməsi haqqında” 2014-cü il 29 avqust tarixli 293 nömrəli, “Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2014-cü il 29 avqust tarixli 294 nömrəli və “Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığı proqramları”nın və “Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığının təmin edilməsinə yönəlmiş idman növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2014-cü il 24 oktyabr tarixli 354 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 29-10-2020, Nəşr Nömrəsi: 224), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2020, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 1308)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
29.10.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
210.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202010260420
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
02.11.2020
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2014-cü il 26 avqust tarixli 292 nömrəli, “Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı Qaydası”nın təsdiq edilməsi haqqında” 2014-cü il 29 avqust tarixli 293 nömrəli, “Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2014-cü il 29 avqust tarixli 294 nömrəli və “Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığı proqramları”nın və “Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığının təmin edilməsinə yönəlmiş idman növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2014-cü il 24 oktyabr tarixli 354 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli 4 nömrəli Sərəncamının 2.5-ci bəndinin, “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanının 5.2-ci bəndinin və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 avqust tarixli 292 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 8, maddə 1024; 2016, № 3, maddə 598; 2019, № 3, maddələr 517, 527) ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 1.4-cü bəndindən “və Turizm” sözləri, 2.6-cı bəndinin ikinci cümləsindən “və turizm” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 29 avqust tarixli 293 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 8, maddə 1025; 2017, № 12 (II kitab), maddə 2556) ilə təsdiq edilmiş “Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı Qaydası”nın 3.3-cü, 4.1-ci, 4.4-cü, 4.5-ci, 5.1-ci, 6.1-ci, 6.4-cü, 6.7-ci, 8.1-ci (hər üç halda) bəndlərindən, 3.4-cü və 4.2-ci bəndlərinin birinci cümlələrindən, 6.3.1-ci, 6.3.2-ci yarımbəndlərindən, 6.5-ci və 8.2-ci bəndlərinin ikinci cümlələrindən “və Turizm” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 29 avqust tarixli 294 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 8, maddə 1026; 2017, № 11, maddə 2184, № 12 (II kitab), maddə 2557) ilə təsdiq edilmiş “Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi Qaydası”nın 6.1-ci, 6.4-cü, 6.5-ci, 6.6-cı, 7.2-ci, 7.3-cü, 7.4-cü, 7.9-cu, 8.1-ci, 8.4-cü, 9.1-ci, 9.2-ci, 9.3-cü, 12.2-ci, 13.1-ci bəndlərindən, 6.2-ci, 7.7-ci və 7.8-ci bəndlərinin birinci cümlələrindən, 8.3.1-ci və 8.3.2-ci yarımbəndlərindən, 8.6-cı bəndinin ikinci cümləsindən, 9.4-cü bəndinin birinci və ikinci cümlələrindən, 12.1-ci bəndinin birinci (hər iki halda) və ikinci cümlələrindən “və Turizm” sözləri çıxarılsın.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 24 oktyabr tarixli 354 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 10, maddə 1324; 2017, № 4, maddə 620; 2018, № 12 (II kitab), maddə 2741) ilə təsdiq edilmiş “Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığı proqramları”nın 12-ci hissəsində “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 26 oktyabr 2020-ci il

                       № 420

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status