×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
26.10.2020
QEYDİYYAT NÖMRƏSİ
412
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Loqopedik xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2002-ci il 29 aprel tarixli 73 nömrəli, “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili Qaydalarının təsdiq edilməsi barədə” 2002-ci il 10 may tarixli 77 nömrəli, “Xüsusi təhsil müəssisələri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2002-ci il 10 may tarixli 78 nömrəli, “Reabilitasiya mərkəzləri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2002-ci il 29 may tarixli 85 nömrəli və “Sağlamlıq imkanları məhdud şəxslər üçün məktəbəqədər xüsusi təhsil müəssisələri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2004-cü il 4 mart tarixli 24 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 28-10-2020, Nəşr Nömrəsi: 223), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2020, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 1300)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
28.10.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202010260412
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
02.11.2020
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Loqopedik xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2002-ci il 29 aprel tarixli 73 nömrəli, “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili Qaydalarının təsdiq edilməsi barədə” 2002-ci il 10 may tarixli 77 nömrəli, “Xüsusi təhsil müəssisələri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2002-ci il 10 may tarixli 78 nömrəli, “Reabilitasiya mərkəzləri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2002-ci il 29 may tarixli 85 nömrəli və “Sağlamlıq imkanları məhdud şəxslər üçün məktəbəqədər xüsusi təhsil müəssisələri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2004-cü il 4 mart tarixli 24 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 aprel tarixli 73 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 4 (II kitab), maddə 214; 2018, № 10, maddə 2173) ilə təsdiq edilmiş “Loqopedik xidmət haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. II bölmə üzrə:

1.1.1. 1-ci hissənin birinci abzasının ikinci cümləsində (hər dörd halda) “pozğunluqları” sözü “pozuntuları” sözü ilə əvəz edilsin;

1.1.2. 4-cü hissənin dördüncü, altıncı və yeddinci abzaslarında “pozğunluqları” sözü “pozuntuları” sözü ilə əvəz edilsin;

1.1.3. 5-ci hissənin ikinci abzasının ikinci cümləsində “pozğunluqları” sözü “pozuntuları” sözü ilə əvəz edilsin;

1.1.4. 7-ci hissənin birinci və ikinci abzaslarında “pozğunluqları” sözü “pozuntuları” sözü ilə əvəz edilsin;

1.1.5. 8-ci hissədə “pozğunluqları” sözü “pozuntuları” sözü ilə əvəz edilsin;

1.2. III bölmənin 2-ci hissəsində “pozğunluqları” sözü “pozuntuları” sözü ilə əvəz edilsin;

1.3. həmin Əsasnaməyə 3 nömrəli Əlavə - “Loqopedik xidmət göstərilmiş şifahi və yazılı nitqində qüsurları olan uşaqların sayı haqqında Hesabat”ın cədvəlində (hər beş halda) “pozğunluqları” sözü “pozuntuları” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli 77 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 314; 2010, № 3, maddə 264; 2015, № 12, maddə 1581; 2020, № 2, maddə 216, № 8, maddə 1126) ilə təsdiq edilmiş “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nın II bölməsinin 3-cü hissəsində “qüsurlu” sözü “pozuntusu olan” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli 78 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 315; 2005, № 3, maddə 255; 2007, № 2, maddə 185; 2009, № 10, maddə 857; 2017, № 4, maddə 629, № 10, maddə 1910, № 12 (II kitab), maddə 2518; 2018, № 5, maddə 1150, № 11, maddə 2458; 2020, № 2, maddə 216) ilə təsdiq edilmiş “Xüsusi təhsil müəssisələri haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

3.1. 10-cu, 13-cü və 15-ci hissələrdə “qüsurları” sözü “pozuntuları” sözü ilə əvəz edilsin;

3.2. 16-cı hissədə “qüsurlarının, həmin qüsurlarla” sözləri “pozuntularının, həmin pozuntularla” sözləri ilə əvəz edilsin;

3.3. 19-cu hissədə “qüsurlarının” sözü “pozuntularının” sözü ilə əvəz edilsin;

3.4. 31-ci hissənin ikinci cümləsində “qüsurların” sözü “pozuntuların” sözü ilə əvəz edilsin;

3.5. 35-ci hissədə “qüsurları” sözündən sonra “(pozuntuları)” sözü əlavə edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 may tarixli 85 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 322; 2018, № 10, maddə 2173; 2019, № 7, maddə 1319) ilə təsdiq edilmiş “Reabilitasiya mərkəzləri haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.6-cı bənddə “qüsurları” sözü “pozuntuları” sözü ilə əvəz edilsin;

4.2. 9.2-ci bənddə “qüsuru” sözü “pozuntu” sözü ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 mart tarixli 24 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 191; 2007, № 2, maddə 185; 2008, № 2, maddə 130; 2009, № 10, maddə 857; 2012, № 3, maddə 255; 2017, № 10, maddə 1912; 2018, № 5, maddə 1149, № 11, maddə 2458) ilə təsdiq edilmiş “Sağlamlıq imkanları məhdud şəxslər üçün məktəbəqədər xüsusi təhsil müəssisələri haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

5.1. 8-ci hissənin onuncu abzasında “qüsurlu” sözü “pozuntusu olan” sözləri ilə əvəz edilsin;

5.2. 12-ci hissənin birinci abzasında “qüsurlu” sözü “pozuntusu olan” sözləri ilə əvəz edilsin;

5.3. 17-ci hissənin ikinci cümləsində “Qüsurlarla” sözündən sonra “(pozuntularla)” sözü əlavə edilsin;

5.4. 20-ci hissədə “qüsurlarını” sözündən sonra “(pozuntularını)” sözü əlavə edilsin;

5.5. 32-ci hissənin “c” bəndinin birinci abzasında “qüsurlu” sözü “pozuntusu olan” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

 

Bakı şəhəri, 26 oktyabr 2020-ci il

    № 412

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status