AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
03.11.2020
QEYDİYYAT NÖMRƏSİ
434
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 2019-cu il 15 yanvar tarixli 7 nömrəli, “Dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və “İlk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 29 dekabr tarixli 359 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 2019-cu il 26 fevral tarixli 65 nömrəli, “Bakı Dövlət Universitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2019-cu il 16 aprel tarixli 172 nömrəli, “Dövlət və bələdiyyə tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 yanvar tarixli 7 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 2019-cu il 13 may tarixli 219 nömrəli, “Azərbaycan Dövlət İqtisad Universitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2019-cu il 22 avqust tarixli 365 nömrəli, “Azərbaycan Dillər Universitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2019-cu il 10 sentyabr tarixli 401 nömrəli və “Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 30 aprel tarixli 158 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 04-11-2020, Nəşr Nömrəsi: 229), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2020, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1378)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
04.11.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202011030434
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
06.11.2020
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 2019-cu il 15 yanvar tarixli 7 nömrəli, “Dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və “İlk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 29 dekabr tarixli 359 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 2019-cu il 26 fevral tarixli 65 nömrəli, “Bakı Dövlət Universitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2019-cu il 16 aprel tarixli 172 nömrəli, “Dövlət və bələdiyyə tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 yanvar tarixli 7 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 2019-cu il 13 may tarixli 219 nömrəli, “Azərbaycan Dövlət İqtisad Universitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2019-cu il 22 avqust tarixli 365 nömrəli, “Azərbaycan Dillər Universitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2019-cu il 10 sentyabr tarixli 401 nömrəli və “Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 30 aprel tarixli 158 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanı ilə təsdiq edilmiş 4 nömrəli Əlavə - “Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları tərəfindən lisenziya verilən fəaliyyət növlərinin siyahısı”nda, 2013-cü il 8 iyul tarixli 939 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi”ndə, 2014-cü il 26 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”ndə, 2015-ci il 17 aprel tarixli 502 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi”ndə, 2015-ci il 21 dekabr tarixli 710 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”ndə, 2012-ci il 9 iyul tarixli 680 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin Nizamnaməsi”ndə, 2015-ci il 13 avqust tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”ndə və 2017-ci il 21 fevral tarixli 1254 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 iyun tarixli 1056 nömrəli Fərmanının 9-cu hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli 7 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 151; 2020, № 4, maddələr 477, 489) ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 1.12-ci bəndinə “lisenziya” sözündən sonra “(dövlət ali təhsili müəssisələri istisna olmaqla)” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 26 fevral tarixli 65 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 361, № 10, maddə 1677; 2020, № 4, maddələr 478, 489) ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 1.12-ci bəndinə “lisenziya” sözündən sonra “(dövlət peşə təhsili müəssisələri istisna olmaqla)” sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 172 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 765) ilə təsdiq edilmiş “Bakı Dövlət Universitetinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.8-ci bənd ləğv edilsin;

3.2. 3.1.13-cü yarımbənddən “, lisenziyası” sözü çıxarılsın;

3.3. 6.4-cü bənddə “, “Publik hüquqi şəxslər haqqında” və “Lisenziyalar və icazələr haqqında” sözləri “və “Publik hüquqi şəxslər haqqında” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 may tarixli 219 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 953) ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 1.11-ci bəndinə “lisenziya” sözündən sonra “(dövlət orta ixtisas təhsili müəssisələri istisna olmaqla)” sözləri əlavə edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 avqust tarixli 365 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 8, maddə 1470) ilə təsdiq edilmiş “Azərbaycan Dövlət İqtisad Universitetinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

5.1. 1.8-ci bənd ləğv edilsin;

5.2. 3.1.13-cü yarımbənddən “, lisenziyası” sözü çıxarılsın;

5.3. 6.4-cü bənddə “, “Publik hüquqi şəxslər haqqında” və “Lisenziyalar və icazələr haqqında” sözləri “və “Publik hüquqi şəxslər haqqında” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 sentyabr tarixli 401 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 9, maddə 1555) ilə təsdiq edilmiş “Azərbaycan Dillər Universitetinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

6.1. 1.8-ci bənd ləğv edilsin;

6.2. 3.1.13-cü yarımbənddən “lisenziyası və” sözü çıxarılsın;

6.3. 6.4-cü bənddə “, “Publik hüquqi şəxslər haqqında” və “Lisenziyalar və icazələr haqqında” sözləri “və “Publik hüquqi şəxslər haqqında” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 158 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 4, maddə 504) ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

7.1. 2-ci hissənin birinci cümləsində (ikinci halda) “ixtisas” sözü “peşə-ixtisas” sözləri ilə əvəz edilsin;

7.2. 5-ci hissədən “və Azərbaycan Respublikasının Təhsil Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən təsdiq edilən” sözləri çıxarılsın;

7.3. 7-ci hissədən “Nazirliyin təsdiq etdiyi” sözləri çıxarılsın.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 3 noyabr 2020-ci il

                      № 434

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status