“Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 996; 1993, № 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 251; 2003, № 12 (I kitab), maddə 677; 2005, № 4, maddə 291; 2006, № 10, maddə 846; 2007, № 3, maddə 213; 2008, № 6, maddələr 452, 472; 2009, № 1, maddə 4, № 5, maddə 312, № 7, maddələr 514, 515, № 12, maddə 974; 2010, № 3, maddə 174, № 11, maddə 960; 2011, № 11, maddə 992; 2012, № 7, maddə 664, № 11, maddələr 1036, 1048, 1061; 2013, № 5, maddələr 460, 478, № 10, maddə 1143, № 12, maddə 1477; 2014, № 6, maddələr 612, 623; 2015, № 12, maddə 1447; 2016, № 12, maddələr 1979, 2040; 2017, № 1, maddələr 16, 27, № 7, maddə 1311, № 10, maddə 1771, № 11, maddə 1962, № 12 (I kitab), maddələr 2242, 2269; 2018, № 2, maddə 168, № 3, maddə 387, № 5, maddələr 841, 859, 874, № 6, maddə 1190, № 11, maddə 2207, № 12 (I kitab), maddələr 2465, 2516; 2019, № 3, maddə 369, № 5, maddə 790, № 11, maddə 1693, № 12, maddə 1909; 2020, № 5, maddə 506) 2-ci maddəsində “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” yubiley medalı” hissəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda yeni hissə əlavə edilsin:
“Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalı.”.
Maddə 2. “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
Maddə 3. “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq edilsin (əlavə olunur).
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 oktyabr 2020-ci il
№ 174-VIQD
|
Azərbaycan Respublikasının
2020-ci il 6 oktyabr tarixli 174-VIQD nömrəli Qanunu
ilə təsdiq edilmişdir
|
“Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalı haqqında
ƏSASNAMƏ
Maddə 1. Təltif edilən şəxslər
“Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə vəzifələrini nümunəvi icra edən, fəaliyyətində yüksək nəticələr göstərən dəmir yolu nəqliyyatı sahəsində çalışan işçilər, Azərbaycan Respublikasında dəmir yolu nəqliyyatı sahəsinin inkişafında və təkmilləşdirilməsində xüsusi xidmətləri olan şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif edilirlər.
Maddə 2. Təltif edən orqan
“Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təltif edir.
Maddə 3. Taxılma qaydası
“Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.
|
Azərbaycan Respublikasının
2020-ci il 6 oktyabr tarixli 174-VIQD nömrəli Qanunu
ilə təsdiq edilmişdir
|
“Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsviri
Maddə 1. Medalın ümumi təsviri
“Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalı əlvan metaldan tökülmüş və qızıl suyuna çəkilmiş 42 mm x 35,5 mm ölçülü lövhədən ibarətdir.
Maddə 2. Medalın ön tərəfi
2.1. Lövhə dəfnə yarpaqları ilə hörülmüş çələnglə haşiyələnmişdir. Çələngin üzərindəki qurşağın yuxarı hissəsinin mərkəzində Azərbaycan Respublikasının Dövlət Bayrağının təsviri, digər hissələrində isə həmin bayrağın rəngləri əks etdirilmişdir.
2.2. Lövhənin içərisində yuxarı hissədə qövs boyunca “AZƏRBAYCAN DƏMİR YOLLARI”, aşağı hissədə qövs boyunca “AZERBAIJAN RAILWAYS” sözləri yazılmışdır. Lövhənin aşağısında çələngin üzərindəki beşbucaqlı çərçivənin içərisində “1880-2020” rəqəmləri həkk olunmuşdur.
2.3. Lövhənin mərkəzində günəş şüalarının fonunda “140” rəqəmi ilə müasir qatar siluetinin sintezindən ibarət kompozisiya təsvir olunmuşdur. Qatarın üzərində “2020” rəqəmləri həkk edilmişdir.
2.4. Bütün elementlər, yazılar və rəqəmlər relyefli olaraq qabarıqdır.
Maddə 3. Medalın arxa tərəfi
3.1. Medalın arxa tərəfi hamar səthlidir, lövhənin yuxarı hissəsində “AZƏRBAYCAN DƏMİR YOLLARI” sözləri yazılmışdır, lövhənin mərkəzində “140” və “1880” rəqəmləri ilə XIX əsrin sonuna aid lokomotiv siluetinin sintezindən ibarət kompozisiya təsvir edilmişdir.
3.2. Lövhənin aşağı hissəsində medalın seriyası və nömrəsi həkk olunmuşdur.
Maddə 4. Medalın elementləri
4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə ilgək və iki halqa vasitəsilə birləşdirilir.
4.2. Xara lentin mərkəzində 6 mm enində tünd göy rəngli, mərkəzdən sol və sağ kənarlara doğru ardıcıl olaraq 3 mm enində qırmızı, 9 mm enində tünd göy, 1,5 mm enində yaşıl, 2 mm enində tünd göy rəngli şaquli zolaqlar təsvir olunmuşdur.
4.3. Xara lentin yuxarı hissəsinə üzərində üç üfüqi zolaq əks olunmuş 40 mm x 5,5 mm ölçülü lövhə bərkidilmişdir.
4.4. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.