![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT MİQRASİYA XİDMƏTİ KOLLEGİYASININ QƏRARI |
Qəbul edildiyi tarix |
11.11.2020 |
Qeydiyyat nömrəsi |
04 |
Adı |
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Kollegiyasının 2013-cü il 20 sentyabr tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması üzrə Komissiyanın fəaliyyət qaydası”nda dəyişiklik edilməsi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
18.11.2020 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
010.090.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15202011110004 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
17.11.2020 |
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Mülki Məcəlləsində, Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Seçki Məcəlləsində, Mənzil Məcəlləsində, Gömrük Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində və Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 114-VIQD nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi məsələlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 iyul tarixli 357s nömrəli Sərəncamının 3-cü hissəsinin icrası məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 18-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyası
QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Kollegiyasının 2013-cü il 20 sentyabr tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması üzrə Komissiyanın fəaliyyət qaydası”nın 1.2-ci bəndində “əlil olan” sözləri “əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.
2. Qərar qəbul edildiyi gündən üç gün keçənədək Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunsun.
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi |
|
|
|
III dərəcəli dövlət |
|
miqrasiya xidməti müşaviri |
Vüsal Hüseynov |