AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
27.11.2020
QEYDİYYAT NÖMRƏSİ
2306
ADI
“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 28-11-2020, Nəşr Nömrəsi: 249), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2020, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1374)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
28.11.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
030.050.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
32202011272306
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.12.2020
“Məntəqə seçki komissiyasının formalaşdırılması qaydaları haqqında Təlimat”ın təsdiq edilməsinə dair

“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 iyun tarixli 2073 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi:

2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirsin;

2.2. həmin Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 27 noyabr 2020-ci il

                      № 2306

 


 

 

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı ilə

təsdiq edilmişdir

 

Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı

 

1. Giriş

 

Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı (bundan sonra – Fəaliyyət Planı) “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 iyun tarixli 2073 nömrəli Sərəncamının 3.1-ci bəndinə uyğun olaraq hazırlanmışdır.

Fəaliyyət Planı yerli səviyyədə uşaqları müdafiə sistemini gücləndiməklə, ölkə üzrə uşaqları müdafiə mexanizminin təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Fəaliyyət Planında pandemiya və digər fövqəladə vəziyyətlər də nəzərə alınmaqla, uşaq hüquqlarının müdafiəsinə hərtərəfli yanaşma prinsipləri, xüsusi vəziyyətlərdə uşaqların bütün növ xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin olunması məsələləri, xüsusilə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkmiş uşaqlara və onların ailələrinə sosial-psixoloji dəstək tədbirlərinin gücləndirilməsi öz əksini tapmışdır. Eyni zamanda, xarici ölkələrdə münaqişə qurbanı olmuş və daha sonra ölkəmizə qaytarılmış Azərbaycan Respublikası vətəndaşı olan uşaqların cəmiyyətə reinteqrasiyası istiqamətində də fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Çətin həyat şəraitində, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların aşkarlanması və onların sosial müdafiəsi, reabilitasiyası, cəmiyyətə inteqrasiyası sahəsində tədbirlərin həyata keçirilməsi, eyni zamanda, ölkəmizdə alternativ qayğı xidmətlərinin inkişafı, həyatın bütün sahələrində uşaqlara qarşı zorakılığın qadağan olunması ilə bağlı qanunvericilik təkliflərinin işlənilməsi Fəaliyyət Planında xüsusi yer tutur.

Fəaliyyət Planında erkən yaş dövründə uşaqların inkişafının təmin olunması ilə bağlı körpələrin ana südü ilə qidalanmasının əhəmiyyətinin təbliği, doğuşayardım tibb müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, uşaqların əlilliyinin qarşısının alınması və inkişaf pozuntularının erkən aşkarlanması məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi və bu sahədə metodikaların təkmilləşdirilməsi nəzərdə tutulmuşdur.

Uşaqlarda təhlükəsiz həyat fəaliyyəti, xüsusilə internet təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, eyni zamanda, informasiya-kommunikasiya texnologiyalarının tədrisinin təkmilləşdirilməsi və bu sahədə biliklərin artırılması, yeniyetmələrin intellektual inkişafını stimullaşdıran layihələrin həyata keçirilməsi, sağlam həyat tərzinin və asudə vaxtın təşkili istiqamətində tədbirlər də Fəaliyyət Planında nəzərdə tutulan əsas məsələlərdəndir.

 

2. Fəaliyyət Planının məqsədi, istiqamətləri və əsas prinsipləri

 

2.1. Fəaliyyət Planının məqsədi uşaq hüquqlarının müdafiəsi sahəsində çevik institusional mexanizm formalaşdırılmasından və aidiyyəti dövlət orqanlarının (qurumların) qarşılıqlı fəaliyyətinin təmin edilməsindən ibarətdir.

2.2. Fəaliyyət Planı aşağıdakı istiqamətlərdə həyata keçirilən tədbirlərin davamlılığını təmin edir:

2.2.1. uşaqların müdafiəsi sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi və beynəlxalq təcrübədən yararlanmaqla bu sahədə çevik institusional mexanizm formalaşdırılması;

2.2.2. erkən yaş dövründə uşaqların fiziki və əqli inkişafının təmin edilməsi, sağlam qidalanması istiqamətində tədbirlər görülməsi, eləcə də uşaqların sağlam böyüməsi üçün göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması;

2.2.3. valideyn himayəsindən məhrum olmuş, baxımsız, sosial təhlükəli vəziyyətdə olan uşaqların sosial xidmətlərə əlçatanlığının artırılması və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların daha keyfiyyətli təhsillə təmin edilməsi; [1]

2.2.4. uşaqların milli-mənəvi ruhda tərbiyə olunması, istedad və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində tədbirlər görülməsi;

2.2.5. uşaq hüquqlarının təmin edilməsi vəziyyətinin araşdırılmasına dair mütəmadi monitorinqlərin keçirilməsi və qiymətləndirmə sisteminin təkmilləşdirilməsi.

2.3. Fəaliyyət Planı üzrə müəyyən olunmuş tədbirlər aşağıdakı prinsiplər rəhbər tutulmaqla həyata keçirilir:

2.3.1. uşaqların maraqlarının qorunması;

2.3.2. təhsil, səhiyyə, sosial müdafiə, mədəniyyət və idman sahələrində bütün uşaqlar üçün bərabər imkanlar yaradılması;

2.3.3. dövlət qayğısına ehtiyacı olan uşaqların hüquqlarını müdafiə etmək üçün müasir tələblərə uyğun dəstək xidmətlərinin təmin edilməsi;

2.3.4. uşaq hüquqları sahəsində fəaliyyətə vətəndaş cəmiyyətinin, elm və təhsil müəssisələrinin cəlb edilməsi;

2.3.5. uşaq hüquqları ilə bağlı problemlərin həllində uşaqların söz azadlığının və iştirakçılığının təmin edilməsi.

 

3. Fəaliyyət Planının maliyyələşdirilməsi

 

3.1. Fəaliyyət Planında göstərilən tədbirlərin icrasına tələb olunan xərclər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti icraçı dövlət orqanları (qurumları) üçün nəzərdə tutulmuş vəsait, büdcədənkənar vəsait, qrantlar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

 

4. Fəaliyyət Planının monitorinqi və qiymətləndirilməsi

 

4.1. Fəaliyyət Planının uğurla həyata keçirilməsi üçün əlaqələndirici dövlət orqanı işçi qruplar yaradacaqdır. İşçi qruplar prioritet istiqamətlər üzrə tədbirlərin vaxtında və səmərəli icrasına məsul olacaqlar.

4.2. Fəaliyyət Planının monitorinqini və müntəzəm olaraq qiymətləndirilməsini əlaqələndirici dövlət orqanı həyata keçirəcəkdir. Monitorinq və qiymətləndirmə aparılarkən tədbirlərin mahiyyəti üzrə icrasına, müvafiq prioritetlə bağlı gözlənilən nəticələrə diqqət yetiriləcək, icra müddətinə uyğunluq yoxlanılacaqdır.

 

 


5. Fəaliyyət Planın icrası üçün

Tədbirlər Planı

 

Sıra

№-si

Tədbirin adı

İcraçı qurumlar

İcra müddəti

(illər üzrə)

1

2

3

4

5.1. Uşaqların müdafiəsi sahəsində normativ hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi

5.1.1.

Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər hazırlanması

Nazirlər Kabineti,

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

yerli icra hakimiyyəti orqanları

2021–2022

5.1.2.

Uşaq Məcəlləsinin layihəsinin hazırlanması

Nazirlər Kabineti,

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

2021– 2022

5.1.3.

Uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarların, habelə dövlət və qeyri-dövlət uşaq müəssisələrində xidmətin keyfiyyətinə dair tələblər hazırlanması

Nazirlər Kabineti,

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi

2021–2022

5.1.4.

Uşaq hüquqlarının müdafiəsi üzrə ayrı-ayrı sahələrdə mütəxəssis hazırlığının təmin edilməsi (təlimlər və qısamüddətli kurslar təşkil etməklə)

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,

Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

yerli icra hakimiyyəti orqanları [2]

2021–2025

5.1.5.

Fövqəladə hallarda, pandemiya və bu kimi xüsusi vəziyyətlərdə uşaqların təhsilə, sosial və digər xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi istiqamətində mexanizmlərin müəyyən olunması

Nazirlər Kabineti,

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

2021–2022

5.1.6.

Uşaqların təhsilə çıxışında bərabərliyin təmin olunması məqsədilə inklüziv təhsilə dair mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanması

Nazirlər Kabineti,

Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

2021–2022

5.1.7.

Çətin həyat şəraitində olan uşaqların aşkarlanması və onlara münasibətdə sosial müdafiə tədbirlərinin həyata keçirilməsi üzrə işlək mexanizm yaradılması istiqamətində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanması

Nazirlər Kabineti,

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,

Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

2021–2022

5.1.8.

Baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanması

Nazirlər Kabineti,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi,

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

2021–2022

5.1.9.

Alternativ qayğı xidməti kimi, “himayədar ailə” institutunun tətbiqi və inkişaf etdirilməsinə dair mexanizmlərin müəyyən olunması üçün normativ hüquqi baza yaradılması

Nazirlər Kabineti,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

2022–2024

5.1.10.

Sosial həyatın bütün sahələrində (ailə, təhsil, idman, mədəniyyət və s.) uşaqlara qarşı zorakılığın qadağan olunmasına dair normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanması

Nazirlər Kabineti,

Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

2022–2025

5.1.11.

Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı uşaq hüquqlarının qorunması ilə bağlı normativ hüquqi aktların beynəlxalq təcrübəyə əsaslanaraq təkmilləşdirilməsinə dair təkliflər hazırlanması

Ədliyyə Nazirliyi,

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,

Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi

2022–2024

5.1.12.

Beynəlxalq Əmək Təşkilatının “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” 182-ci Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi sahəsində tədbirlərin həyata keçirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

 

tövsiyə edilsin: Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasını cəlb etməklə

2020–2023

5.1.13.

Uşaqların zərərli informasiyadan qorunması üçün tədbirlərin gücləndirilməsi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi,

Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi,

Milli Televiziya və Radio Şurası [3]

mütəmadi

5.2. Erkən uşaqlıq dövründə uşaqların inkişafının təmin olunması

5.2.1.

Ölkə ərazisində antenatal yardım, doğuşayardım xidmətləri göstərən tibb müəssisələri şəbəkəsinin genişləndirilməsi, eləcə də onların zəruri tibbi avadanlıqla, dərman və tibbi ləvazimatla təchiz olunması üçün tədbirlər görülməsi, müasir metodların tətbiqi ilə yenidoğulanların, vaxtından əvvəl doğulan uşaqların reanimasiyasının təşkili

Səhiyyə Nazirliyi,

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

2021–2023

5.2.2.

Antenatal, perinatal və neonatal xidmətlər göstərən tibb müəssisələrində çalışan tibb işçilərinin təlimlərə və klinik təcrübələrə cəlb edilməsi

Səhiyyə Nazirliyi,

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

mütəmadi

5.2.3.

Gələcəyin anaları və hamilə qadınlar üçün “Sağlam və Təhlükəsiz Hamiləlik” mobil tətbiqinin hazırlanması və onun vasitəsilə hamiləliklə bağlı zəruri məlumatların analara ötürülməsi, habelə antenatal və postnatal qayğı ilə bağlı tövsiyələr verilməsi

Səhiyyə Nazirliyi,

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi,

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

2021–2023

5.2.4.

Uşaq ölümünün azaldılması, qarşısının alınması və evdə doğuşların riskinin əsaslandırılması məqsədilə hərtərəfli tədqiqatlar aparılması

Səhiyyə Nazirliyi,İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

mütəmadi

5.2.5.

Doğuşayardım tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin davamlı monitorinqi və qiymətləndirilməsi sisteminin yaradılması

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

2020–2023

5.2.6.

Körpələrin ana südü ilə qidalanmasının əhəmiyyətinə və süni qida məhsullarından istifadənin sağlamlıq üçün risklərinə dair təbliğat işinin təşkili

Səhiyyə Nazirliyi,

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

mütəmadi

5.2.7.

Uşaq qida məhsullarının minimum keyfiyyətinə, təhlükəsizliyinə dövlət nəzarətinin və ictimai nəzarətin gücləndirilməsi

 

Qida Təhlükəsizliyi Agentliyi,

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

 

tövsiyə edilsin: Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasını və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını cəlb etməklə

2020–2025

5.2.8.

3 yaşınadək uşaqlar üçün qidalara dair sanitariya norma və qaydalarının hazırlanması

Qida Təhlükəsizliyi Agentliyi,

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

2020–2021

5.2.9.

Uşaqlarla bağlı rasional fizioloji normaların hazırlanması

Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi

2021–2023

5.2.10.

Uşaqların ana südü ilə qidalanmasının təmini məqsədilə işləyən analarla bağlı əmək qanunvericiliyinin tələblərinə işəgötürənlər tərəfindən riayət olunmasına nəzarətin gücləndirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

2021–2023

5.2.11.

Ailədaxili sosial və psixoloji işin təşkili üçün ailə məsləhət mərkəzlərinin yaradılmasına dair təkliflər hazırlanması

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

2022–2023

5.2.12.

Erkən uşaqlıq dövründə uşaqlara göstərilən sosial xidmətin təhlili və səmərəliliyinin artırılmasına dair təkliflər hazırlanması

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

2020–2022

5.2.13.

Uşaqlarda 18 yaşınadək əlilliyin, habelə sağlamlıq imkanları məhdudluğunun qarşısını almaq, uşağın inkişafının pozulması hallarının əvvəlcədən aşkarlanması metodikasının təkmilləşdirilməsi, yenidoğulanların ən geniş yayılmış irsi xəstəliklərə skrininqinin (neonatal skrininq) milli səviyyədə təşkili istiqamətində tədbirlər görülməsi [4]

Səhiyyə Nazirliyi,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

2021–2022

5.2.14.

Uşaqların məktəbəqədər yaş dövrü üzrə təhsil kurikulumlarının hazırlanması

Elm və Təhsil Nazirliyi

2021–2023

5.2.15.

Məktəbəqədər yaş dövründə intellektual inkişaf üçün şərait yaradılması, eləcə də sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların inkişafı sahəsində tələblərin hazırlanması

Elm və Təhsil Nazirliyi,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

2021–2023

5.3. Çətin həyat şəraitində olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi və onlar üçün bərabər imkanlar yaradılması

5.3.1.

Dövlət uşaq müəssisələri məzunlarının cəmiyyətə inteqrasiyasının təşkili, xüsusilə gənc məzunların təhsilinin və məşğulluğunun təmin edilməsi, peşə hazırlığına və özünüməşğulluq proqramına cəlb olunması, sosial təminatı və sosial müdafiəsi ilə bağlı məsələlərin həlli,o cümlədən uşaqlar üçün dövlət sosial xidmət müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzillə təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

Elm və Təhsil Nazirliyi,

yerli icra hakimiyyəti orqanları

2021–2025

5.3.2.

Dövlət uşaq müəssisələri məzunlarının cəmiyyətə inteqrasiyası ilə bağlı mövcud mexanizmin təkmilləşdirilməsi, o cümlədən monitorinq və qiymətləndirmənin həyata keçirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

Elm və Təhsil Nazirliyi

2021–2023

5.3.3.

Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların həyata inteqrasiyasında çətinliklərin öyrənilməsi ilə bağlı tədqiqatlar aparılması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

Elm və Təhsil Nazirliyi

mütəmadi

5.3.4.

18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqların sosial və digər xidmətlərdən istifadəsi və cəmiyyətə inteqrasiyasını təmin edən tələblərin hazırlanması [5]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

2021–2023

5.3.5.

Regionlarda 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası məqsədilə icma əsaslı dəstək proqramlarının həyata keçirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

mütəmadi

5.3.6.

18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqların övladlığa götürülməsinin təşviq edilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

mütəmadi

5.3.7.

Sosial sifariş əsasında günərzi qayğı və icma əsaslı sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşviq edilməsi, regionlarda bu cür mərkəzlər şəbəkəsinin çoxaldılması və mövcud mərkəzlərin işinin təkmilləşdirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

2020–2025

5.3.8.

Uşaqlar üçün ümumrespublika qaynar xəttinin yaradılması

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

2021

5.3.9.

Tərbiyə məqsədilə uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri haqqında maarifləndirmə tədbirlərinin kütləvi informasiya vasitələrini cəlb etməklə əhatə dairəsinin genişləndirilməsi

Milli Televiziya və Radio Şurası,

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi,

yerli icra hakimiyyəti orqanları

mütəmadi

5.3.10.

Erkən nikah və qohumlar arasında nikah hallarının qarşısının alınması sahəsində tədbirlərin gücləndirilməsi və maarifləndirmə işinin təşkili

Gənclər və İdman Nazirliyi,

Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi,

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi,

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası,

Milli Televiziya və Radio Şurası, Gənclər Fondu

mütəmadi

5.3.11.

Uşaq əməyinin və uşaqların cinsi istismarı hallarının aşkar edilməsi və bu halların qarşısının alınması istiqamətində qurumlararası əlaqələndirmə işinin təşkili və fəaliyyətin gücləndirilməsi, o cümlədən bu halların mənfi nəticələri barədə ictimaiyyətin maarifləndirilməsi, dövlət orqanlarının (qurumlarının) və qeyri-dövlət sektorunun nümayəndələri üçün uşaq əməyinin istismarı hallarının aradan qaldırılması sahəsində təlimlərin təşkili

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,

Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi,

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi

tövsiyə edilsin: Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasını cəlb etməklə

mütəmadi

5.3.12.

Baxımsız və kimsəsiz uşaqların sosial reabilitasiyası, xüsusilə onların peşə təhsilinə yönləndirilməsi ilə bağlı tədbirlər görülməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, yerli icra hakimiyyəti orqanları

2021–2025

5.3.13.

Təhsil müəssisələrində psixoloji xidmətin təkmilləşdirilməsi və təşviqi

Elm və Təhsil Nazirliyi

2020–2025

5.3.14.

Təhsil müəssisələrində peşəyönümlü məsləhətlər xidmətinin təkmilləşdirilməsi və təşviqi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

Elm və Təhsil Nazirliyi

2021–2025

5.3.15.

Hakimlər, habelə prokurorluq, polis və digər hüquq mühafizə orqanlarının əməkdaşları üçün yetkinlik yaşına çatmayanlarla davranış qaydalarının hazırlanması və təlim proqramlarının həyata keçirilməsi

Nazirlər Kabineti,

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi

2020–2025

5.3.16.

Ermənistanın təcavüzü nəticəsində əziyyət çəkən ailələrin uşaqlarına sosial və psixoloji dəstək göstərilməsi istiqamətində tədbirlərin gücləndirilməsi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

Səhiyyə Nazirliyi,

Elm və Təhsil Nazirliyi,

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

2020–2025

5.3.17.

Qaçqın və sığınacaq axtaran, eləcə də digər həssas qrupa daxil olan 18 yaşınadək əcnəbi və vətəndaşlığı olmayan şəxslərin təhsil, sağlamlıq və sosial hüquqlarının təmin edilməsi istiqamətində tədbirlər görülməsi

Dövlət Miqrasiya Xidməti,

Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

2020–2025

5.3.18.

Xarici ölkələrdə münaqişə qurbanı olmuş və Azərbaycan Respublikasına qayıtmış, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı readmissiya sazişləri çərçivəsində geri qaytarılmış Azərbaycan Respublikası vətəndaşı olan uşaqların ölkəyə qaytarıldıqdan sonra reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində tədbirlər görülməsi, o cümlədən onlara hüquqi, sosial, psixoloji, pedaqoji yardım göstərilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

Elm və Təhsil Nazirliyi,

Daxili İşlər Nazirliyi,

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi,

Dövlət Miqrasiya Xidməti,

yerli icra hakimiyyəti orqanları

mütəmadi

5.3.19.

Çətin həyat şəraitində olan uşaqlarla bağlı layihələrin qeyri-dövlət sektoru tərəfindən həyata keçirilməsinin təşviqi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

2020–2025

5.3.20.

Aztəminatlı ailələrə yönəlmiş dəstək və məşğulluq tədbirlərinin gücləndirilməsi, həmin ailələrdən olan uşaqların davamlı təhsil hüququnun təmin edilməsi istiqamətində tədbirlər görülməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

Elm və Təhsil Nazirliyi, yerli icra hakimiyyəti orqanları

 

mütəmadi

5.4. Uşaqların mədəni-estetik tərbiyəsi və onların inkişaf hüququnun təmin edilməsi

5.4.1.

Ümumrespublika uşaq forumlarının keçirilməsi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,

yerli icra hakimiyyəti orqanları

2021–2025

5.4.2.

Uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi sahəsində fəaliyyətin gücləndirilməsi və bu istiqamətdə yeni platformalar yaradılması

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,

Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

yerli icra hakimiyyəti orqanları

2021–2025

5.4.3.

Müxtəlif yaşlı uşaqların Azərbaycan dili biliklərini inkişaf etdirəcək müasir vasitələrlə (jurnallar, kitablar, televiziya verilişləri və s.) təmin edilməsi üçün tədbirlər görülməsi, uşaqlarda düzgün nitq vərdişlərinin və bacarıqlarının formalaşdırılması məqsədilə müvafiq tövsiyələr hazırlanması

Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi,

Milli Televiziya və Radio Şurası

2020–2025

5.4.4.

Uşaq teatrının və uşaqların ədəbi-bədii yaradıcılığının inkişafı istiqamətində tədbirlərin genişləndirilməsi

Mədəniyyət Nazirliyi

2021–2025

5.4.5.

Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində işlərin gücləndirilməsi

Elm və Təhsil Nazirliyi,

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi,

Diasporla İş üzrə Dövlət Komitəsi,

Dövlət Turizm Agentliyi, yerli icra hakimiyyəti orqanları

mütəmadi

5.4.6.

Xaricdə yaşayan azərbaycanlı uşaqların Azərbaycan haqqında daha dərin biliklərə malik olması, ana dilini öyrənməsi və tətbiqinin genişləndirilməsi, öz tarixi Vətəni ilə əlaqə yaratması, bu əlaqələrin inkişafı məqsədilə tədbirlərin təşkil edilməsi

Diasporla İş üzrə Dövlət Komitəsi

mütəmadi

5.4.7.

Uşaqların ekoloji sahədə maarifləndirilməsi sahəsində tədbirlər görülməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi,

Elm və Təhsil Nazirliyi, Dövlət Turizm Agentliyi

 

mütəmadi

5.4.8.

Uşaqlarda təhlükəsiz və sağlam həyat tərzi mədəniyyətinin formalaşdırılması, fiziki inkişafın təbliği, onların zərərli vərdişlərdən qorunması istiqamətində tədbirlərin gücləndirilməsi

Fövqəladə Hallar Nazirliyi,

Elm və Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi

mütəmadi

5.4.9.

Yeniyetmələr üçün yay tətili müddətində düşərgələrin təşkil edilməsi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi

2021–2025

5.4.10.

Yeniyetmələrin intellektual inkişafını stimullaşdıran və təşviq edən layihələrin həyata keçirilməsi və dəstəklənməsi

Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi,

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Azərbaycan Milli Elmlər Akademiyası,

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

2020–2025

5.4.11.

Mərkəzi kitabxanaların, kitabxana fondlarının uşaq ədəbiyyatı və uşaqlar üçün nəzərdə tutulan müxtəlif informasiya resursları ilə komplektləşdirilməsi və kitabxanaların 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar üçün xüsusi kitabxana texnikası və nəşriyyat məhsulları ilə (Brayl əlifbası, audiokitab və s.) təchiz edilməsi

Mədəniyyət Nazirliyi,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

2020–2025

5.4.12.

Uşaqların asudə vaxtının səmərəli təşkili, uşaq istirahət yerlərinin, idman və mədəniyyət ocaqlarının fəaliyyətinin təkmilləşdirilməsi

Gənclər və İdman Nazirliyi,

Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi,

yerli icra hakimiyyəti orqanları

2021–2025

5.4.13.

Uşaqlar (18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqların maraqları nəzərə alınmaqla) üçün teleradio məhsullarının, xüsusilə cizgi filmlərinin, uşaq mahnılarının, uşaq tamaşalarının və maarifləndirici sosial çarxların hazırlanmasına dair dövlət sifarişlərinin verilməsi

Mədəniyyət Nazirliyi,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

Milli Televiziya və Radio Şurası

2021–2025

5.4.14.

İnformasiya-kommunikasiya texnologiyalarının tədrisinin təkmilləşdirilməsi, uşaqlarda yaşına uyğun innovativ vərdişlər yaradılması, uşaqların texniki yaradıcılıq potensialının və alqoritmik düşüncə bacarıqlarının artırılması, kodlaşdırma, robotexnika, kiberidman və s. aktual mövzular üzrə müsabiqə, olimpiada və digər həvəsləndirici tədbirlərin keçirilməsi

Elm və Təhsil Nazirliyi,

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

2021–2025

5.4.15.

Uşaqların, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqların bədən tərbiyəsi və idmana cəlb edilməsi məqsədilə infrastrukturun yaxşılaşdırılması

Gənclər və İdman Nazirliyi,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

2021–2025

5.4.16.

Uşaqların internet məkanında, sosial şəbəkələrdə zərərli informasiyadan qorunması istiqamətində təbliğat-təşviqat işinin aparılması, maarifləndirici vəsaitlərin hazırlanması, informasiya təhlükəsizliyi sahəsində onların bilik və bacarıqlarının artırılması üçün təlimlərin keçirilməsi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi,

Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

2021–2025

5.4.17.

“Media savadlılığı” ilə bağlı materialların onlayn vasitələrlə orta təhsil müəssisələrində nümayiş olunması

Milli Televiziya və Radio Şurası,

Elm və Təhsil Nazirliyi

2021–2025

5.4.18.

Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasının tələblərinə uyğun infrastrukturun yaradılması

Elm və Təhsil Nazirliyi,

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

2020–2025

5.5. Uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin monitorinqi və qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi

5.5.1.

Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi

Elm və Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi,

yerli icra hakimiyyəti orqanları

2020–2025

5.5.2.

Uşaqlara qarşı zorakılıq hallarının səbəbləri, miqyası, nəticələri və qarşısının alınması istiqamətində problemlərin öyrənilməsi məqsədilə statistik təhlillər aparılması

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,

Daxili İşlər Nazirliyi, Dövlət Statistika Komitəsi

2020–2025

5.5.3.

Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının fəaliyyətinin təkmilləşdirilməsi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi

2021–2023

5.5.4.

Vahid Miqrasiya Məlumat Sistemində ölkə ərazisinə müşayiətsiz gələn və ya gəldikdən sonra müşayiətsiz qalan 18 yaşına çatmamış əcnəbi və vətəndaşlığı olmayan şəxslərin vahid məlumat bazasının yaradılması və belə şəxslər barədə məlumatların mütəmadi qaydada həmin bazaya daxil edilməsi

Dövlət Miqrasiya Xidməti,

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi,

Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi,

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,

yerli icra hakimiyyəti orqanları

2021

5.5.5.

Uşaqların peşəyönümü meyillərini özündə ehtiva edən sorğuların hazırlanması və həyata keçirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

Elm və Təhsil Nazirliyi

 

mütəmadi

 

Qeyd:

1. Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin ki, Fəaliyyət Planının 5.3.15-ci yarımbəndində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində iştirak etsin.

2. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına tövsiyə edilsin ki, Fəaliyyət Planının 5.1.2-ci, 5.1.11-ci, 5.3.15-ci yarımbəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində iştirak etsin.

3. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) tövsiyə edilsin ki, bu Fəaliyyət Planının 5.1-ci bəndində, 5.3.9-cu, 5.3.10-cu və 5.3.15-ci yarımbəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində iştirak etsin.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       18 avqust 2021-ci il tarixli 2863 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 19 avqust 2021-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 946)

2.       31 may 2022-ci il tarixli 3293 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 3 iyun 2022-ci il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 534)

3.       3 mart 2023-cü il tarixli 3782 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 3 mart 2023-cü il, “Xalq” qəzeti, 4 mart 2023-cü il, № 49)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 18 avqust 2021-ci il tarixli 2863 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 19 avqust 2021-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 946) ilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda 2.2.3-cü, 5.2.15-ci və 5.3.3-cü yarımbəndlərdən “18 yaşınadək” sözləri çıxarılmışdır.

 

[2] 3 mart 2023-cü il tarixli 3782 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 3 mart 2023-cü il, “Xalq” qəzeti, 4 mart 2023-cü il, № 49) ilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın “5. Fəaliyyət Planın icrası üçün Tədbirlər Planı” hissəsinin 5.1.4-cü, 5.1.10-cu, 5.1.11-ci, 5.1.13-cü, 5.2.14-cü, 5.2.15-ci, 5.3.1–5.3.3-cü, 5.3.9–5.3.14-cü, 5.3.16–5.3.18-ci, 5.3.20-ci, 5.4.2–5.4.5-ci, 5.4.7-ci, 5.4.8-ci, 5.4.10-cu, 5.4.12-ci, 5.4.14-cü, 5.4.16–5.4.18-ci, 5.5.1-ci və 5.5.5-ci yarımbəndlərinin “İcraçı qurumlar” sütununda “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilmişdir.

 

[3] 31 may 2022-ci il tarixli 3293 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 3 iyun 2022-ci il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 534) ilə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın “12. Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı” hissəsinin 12.5.2-ci və 12.5.3-cü yarımbəndlərinin “İcraçılar” sütununda “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilmişdir.

 

[4] 18 avqust 2021-ci il tarixli 2863 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 19 avqust 2021-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 946) ilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda 5.2.13-cü yarımbəndə “Uşaqlarda” sözündən sonra “18 yaşınadək əlilliyin, habelə” sözləri əlavə edilmişdir.

 

[5] 18 avqust 2021-ci il tarixli 2863 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 19 avqust 2021-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 946) ilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda 5.3.4 – 5.3.6-cı, 5.4.11-ci, 5.4.13-cü və 5.4.15-ci yarımbəndlərdə “sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status