AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
24.11.2020
QEYDİYYAT NÖMRƏSİ
459
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”nın və “Kvota şamil edilməyən müəssisələrin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2005-ci il 22 noyabr tarixli 213 nömrəli, “Uşaq evlərinin rəhbər işçilərinin, pedaqoji, inzibati-təsərrüfat, tədris-köməkçi və xidmətedici heyətinin nümunəvi ştatları haqqında” 2006-cı il 13 iyul tarixli 172 nömrəli, “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2012-ci il 26 sentyabr tarixli 213 nömrəli, “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2013-cü il 8 may tarixli 76 nömrəli və “Mədəni sərvətlərdən aztəminatlı əhali, əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə iştirakçıları tərəfindən güzəştli istifadə Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 20 avqust tarixli 287 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 28-11-2020, Nəşr Nömrəsi: 249), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2020, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1402)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
28.11.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
080.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202011240459
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
27.11.2020
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”nın və “Kvota şamil edilməyən müəssisələrin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2005-ci il 22 noyabr tarixli 213 nömrəli, “Uşaq evlərinin rəhbər işçilərinin, pedaqoji, inzibati-təsərrüfat, tədris-köməkçi və xidmətedici heyətinin nümunəvi ştatları haqqında” 2006-cı il 13 iyul tarixli 172 nömrəli, “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2012-ci il 26 sentyabr tarixli 213 nömrəli, “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2013-cü il 8 may tarixli 76 nömrəli və “Mədəni sərvətlərdən aztəminatlı əhali, əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə iştirakçıları tərəfindən güzəştli istifadə Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 20 avqust tarixli 287 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “İcbari sığortalar haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Mədəniyyət haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 113-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 noyabr tarixli 213 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1073; 2007, № 12, maddə 1344; 2008, № 8, maddə 787; 2011, № 5, maddə 449; 2016, № 9, maddə 1585; 2019, № 7, maddə 1320) ilə təsdiq edilmiş “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1-ci bəndin ikinci abzasında “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;

1.2. 1.2.1-ci, 1.2.2-ci, 1.2.3-cü yarımbəndlərdə “əlillər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər” sözləri “əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri ilə əvəz edilsin;

1.3. 1.3-cü bəndin dördüncü abzasına “məhdud” sözündən sonra “18 yaşınadək” sözləri əlavə edilsin və altıncı abzası aşağıdakı redaksiyada verilsin:

“əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar;”;

1.4. 4.1-ci bənddə “əlilləri, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxsləri” sözləri “əlilliyi olan şəxsləri, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 iyul tarixli 172 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 639; 2007, № 2, maddə 185; 2009, № 10, maddə 857) ilə təsdiq edilmiş 3 nömrəli əlavə - “Uşaq evlərinin normalar üzrə əlavə ştatları”nın “Qeydlər”ində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3-cü hissədə “qüsuru” sözü “pozuntu” sözü ilə əvəz edilsin;

2.2. 5-ci hissədə “qüsurlu” sözü “pozuntusu olan” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 sentyabr tarixli 213 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 939; 2015, № 5, maddə 655; 2016, № 9, maddə 1585; 2017, № 4, maddə 620; 2018, № 1, maddə 138; 2019, № 3, maddə 514) ilə təsdiq edilmiş “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nın 3.5-ci bəndində “Tibbi-sosial ekspert komissiyaları” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” sözləri ilə və “verməlidirlər” sözü “verməlidir” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 may tarixli 76 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 565; 2015, № 5, maddə 656; 2017, № 4, maddə 620; 2019, № 3, maddə 514) ilə təsdiq edilmiş “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”nın 3.1.5-ci yarımbəndində “tibbi-sosial ekspert komissiyaları” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” sözləri ilə əvəz edilsin.

5. “Mədəni sərvətlərdən aztəminatlı əhali, əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə iştirakçıları tərəfindən güzəştli istifadə Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 20 avqust tarixli 287 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 8, maddə 972; 2016, № 11, maddə 1976; 2017, № 12 (II kitab), maddə 2477) aşağıdakı dəyişikliklər edilsin:

5.1. adında və ikinci abzasında “əlillər və” sözləri “əlilliyi olan şəxslər, o cümlədən” sözləri ilə əvəz edilsin;

5.2. həmin Qərarla təsdiq edilmiş “Mədəni sərvətlərdən aztəminatlı əhali, əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə iştirakçıları tərəfindən güzəştli istifadə Qaydası” üzrə:

5.2.1. adında və 1.1-ci bəndində “əlillər və” sözləri “əlilliyi olan şəxslər, o cümlədən” sözləri ilə əvəz edilsin;

5.2.2. 1.3.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“1.3.2. əlilliyi olan şəxslərə;”.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 24 noyabr 2020-ci il

                      № 459

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status