450.000.000
430.000.000
Bitki karantini sahəsində əməkdaşlıq haqqında Sazişə Azərbaycan Respublikasının qoşulması barədə
Azərbaycan RESPUBLİKASININ Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyi iştirakçısı olan dövlətlərin Hökumət Başçıları Şurasının 1992-ci il noyabrın 13-də Moskva şəhərində keçirilmiş iclasında imzalanmış «Bitki karantini sahəsində əməkdaşlıq haqqında» Sazişə aşağıdakı qeyd-şərtlə qoşulsun:
«Azərbaycan Respublikası «Bitki karantini sahəsində əməkdaşlıq haqqında» Sazişi onun 4-cü maddəsində «Elmi-metodik rəhbərlik» sözləri istisna və «Ümumrusiya bitki karantini elmi-tədqiqat institutu» sözlərindən sonra «müvafiq Tərəfin Hökuməti ilə razılaşdırmaqla» sözləri əlavə olunmaqla tətbiq edəcəkdir».
2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 17 fevral 1998-ci il
№ 441-IQ