×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
01.12.2020
QEYDİYYAT NÖMRƏSİ
477
ADI
“Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 05-12-2020, Nəşr Nömrəsi: 255), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.12.2020, Nəşr nömrəsi: 12 (V kitab), Maddə nömrəsi: 1581)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
05.12.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
110.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202012010477
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
09.12.2020
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmış təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 979) aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü hissəyə “kreditlər” sözündən sonra “2020-ci il üzrə 90 (doxsan) milyon manat məbləğinədək, 2021-ci il üzrə 210 (iki yüz on) milyon manat məbləğinədək olmaqla, ümumilikdə” sözləri əlavə edilsin.

2. Həmin Qərara əlavə - “Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə Azərbaycan Respublikası Höküməti adından Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Dövlət Zəmanətinin verilməsi barədə Çərçivə Zəmanət Sazişi” üzrə:

2.1. 3.1-ci bəndə “nəzərdə tutulan” sözlərindən sonra “2020-ci il üzrə 150 (yüz əlli) milyon manatadək, 2021-ci il üzrə 350 (üç yüz əlli) milyon manatadək olmaqla, ümumilikdə” sözləri əlavə edilsin;

2.2. 3.2-ci bəndə “yuxarı həddi” sözlərindən sonra “2020-ci il üzrə 90 (doxsan) milyon manat, 2021-ci il üzrə isə 210 (iki yüz on) milyon manat olmaqla, ümumilikdə” sözləri əlavə edilsin;

2.3. 5.1-ci bəndə “öhdəliklərin (əsas borc)” sözlərindən sonra “2020-ci il üzrə 90 (doxsan) milyon manat məbləğinədək, 2021-ci il üzrə isə 210 (iki yüz on) milyon manat məbləğinədək olmaqla, ümumilikdə” sözləri əlavə edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 1 dekabr 2020-ci il

                      № 477

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status