“Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 sentyabr tarixli 1160 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 209; 2002, № 3, maddə 148, № 10, maddə 635; 2005, № 7, maddə 678; 2006, № 5, maddə 472, № 10, maddə 902; 2010, № 3, maddə 264; 2012, № 12, maddə 1360; 2014, № 12, maddə 1662; 2017, № 12 (II kitab), maddə 2526; 2018, № 12 (II kitab), maddə 2737; 2019, № 8, maddə 1478; 2020, № 6, maddə 804) ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. Birinci abzasda “15” rəqəmləri “17” rəqəmləri ilə əvəz edilsin.
2. 16 və 17 nömrəli əlavələr təsdiq edilsin (əlavə olunur).
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 2 dekabr 2020-ci il
№ 480
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 dekabr tarixli 480 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
16 nömrəli əlavə
|
AZƏRBAYCAN RESPUBLİKASI
DOĞUM HAQQINDA
ELEKTRON ŞƏHADƏTNAMƏ
DOĞUMU QEYDƏ ALINAN ŞƏXS
|
|
Soyadı
Adı
Atasının adı
Cinsi
(kişi, qadın)
Doğulduğu tarix
(gün, ay, il)
Doğulduğu yer
respublika (ölkə), şəhər (rayon), kənd (qəsəbə)
Fərdi identifikasiya nömrəsi
|
|
ATA
|
|
Soyadı
Adı
Atasının adı
Fərdi identifikasiya nömrəsi
(Azərbaycan Respublikasının
vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün)
Milliyyəti
|
|
ANA
|
|
Soyadı
Adı
Atasının adı
Fərdi identifikasiya nömrəsi
(Azərbaycan Respublikasının
vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün)
Milliyyəti
|
|
Doğumun qeydə alındığı tarix
(gün, ay, il)
|
|
Doğum haqqında akt qeydinin nömrəsi
|
|
Şəhadətnamənin qeydiyyat nömrəsi
|
|
Qeydə alan orqanın adı və vəzifəli şəxsi
(vəzifəsi, adı, soyadı)
|
|
Şəhadətnamə gücləndirilmiş elektron imza ilə təsdiq edilmişdir.
|
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 dekabr tarixli 480 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
17 nömrəli əlavə
|
AZƏRBAYCAN RESPUBLİKASI
ÖLÜM HAQQINDA
ELEKTRON ŞƏHADƏTNAMƏ
ÖLÜMÜ QEYDƏ ALINAN ŞƏXS
|
|
Soyadı
Adı
Atasının adı
Cinsi
(kişi, qadın)
Öldüyü tarix
(gün, ay, il)
Öldüyü yer
respublika (ölkə), şəhər (rayon), kənd (qəsəbə)
Fərdi identifikasiya nömrəsi
(Azərbaycan Respublikasının
vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün)
|
|
Ölən şəxsin doğulduğu tarix
(gün, ay, il)
|
|
Ölən şəxsin doğulduğu yer
respublika (ölkə), şəhər (rayon), kənd
(qəsəbə)
|
|
Ölümün səbəbi
|
|
Ölümün qeydə alındığı tarix
(gün, ay, il)
|
|
Ölüm haqqında akt qeydinin nömrəsi
|
|
Şəhadətnamənin qeydiyyat nömrəsi
|
|
Qeydə alan orqanın adı və vəzifəli şəxsi
(vəzifəsi, adı, soyadı)
|
|
Şəhadətnamə gücləndirilmiş elektron imza ilə təsdiq edilmişdir.
|