Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Reabilitasiya mərkəzləri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2002-ci il 29 may tarixli 85 nömrəli, “Narkotik vasitələrin, psixotrop maddələrin saxlanılması, alınması, satılması, əldə edilməsi, bölüşdürülməsi, buraxılması, daşınması, göndərilməsi, onlardan istifadə edilməsi, habelə narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə dair sənədlərin tərtib edilməsi, saxlanılması və onların dövriyyəsi ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş digər əməliyyatların həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2003-cü il 13 may tarixli 57 nömrəli və “Fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində və ya həmin halların, yaxud onların nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlərin tətbiq edilməsi ilə əlaqədar zərər çəkmiş şəxslərə yaşayış yerlərinin verilməsi, dəymiş maddi zərərin ödənilməsi, işə düzəlmək üçün yardım və digər zəruri köməklik göstərilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2005-ci il 22 fevral tarixli 32 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 may tarixli 85 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 322; 2018, № 10, maddə 2173; 2019, № 7, maddə 1319) ilə təsdiq edilmiş “Reabilitasiya mərkəzləri haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.6-cı bənddə “Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin yerli orqanları” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin;
1.2. 2.2-ci bənddə “Təhsil, Səhiyyə nazirliklərinin yerli orqanları” sözləri “Təhsil Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 57 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 5, maddə 243; 2005, № 6, maddə 536; 2006, № 3, maddə 295, № 10, maddə 1705) ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin saxlanılması, alınması, satılması, əldə edilməsi, bölüşdürülməsi, buraxılması, daşınması, göndərilməsi, onlardan istifadə edilməsi, habelə narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə dair sənədlərin tərtib edilməsi, saxlanılması və onların dövriyyəsi ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş digər əməliyyatların həyata keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.2-ci və 1.4-cü bəndlərdə “Səhiyyə Nazirliyi tərəfindən” sözləri “Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən birlikdə” sözləri ilə əvəz edilsin;
2.2. 1.5-ci bənddə “Səhiyyə Nazirliyi tərəfindən” sözləri “Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən birlikdə” sözləri ilə əvəz edilsin və həmin bəndə “Səhiyyə Nazirliyinin” sözlərindən sonra “və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin” sözləri əlavə edilsin;
2.3. 1.12-ci bənddə “yaxud rayon səhiyyə şöbəsinə” sözləri “, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə”sözləri ilə əvəz edilsin;
2.4. 2.6-cı bənddə “və ya rayon səhiyyə şöbələrinin” sözləri “və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin;
2.5. 2.17-ci bəndin ikinci cümləsində “yerli səhiyyə orqanına” sözləri “ərazi üzrə dövlət tibb müəssisəsinə” sözləri ilə əvəz edilsin;
2.6. 8.9-cu bənddə “yaxud rayon səhiyyə şöbəsinə” sözləri “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə” sözləri ilə əvəz edilsin;
2.7. həmin Qaydaya 1 nömrəli əlavə - “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə narkotik vasitələrin, psixotrop maddələrin oğurlanması və itməsi haqqında təqdim olunan növbədənkənar məlumat forması” üzrə:
2.7.1. adında “Səhiyyə Nazirliyinə” sözlərindən sonra “və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə” sözləri əlavə edilsin;
2.7.2. “Məlumatı kim təqdim edir” sütununda “Ərazi səhiyyə orqanının” sözləri “Tibb müəssisəsinin” sözləri ilə əvəz edilsin;
2.7.3. “Təqdim etmək qaydası” sütununda “Səhiyyə Nazirliyinin Baş İdarəsinə” sözləri “Səhiyyə Nazirliyinə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 fevral tarixli 32 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 132) ilə təsdiq edilmiş “Fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində və ya həmin halların, yaxud onların nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlərin tətbiq edilməsi ilə əlaqədar zərər çəkmiş şəxslərə yaşayış yerlərinin verilməsi, dəymiş maddi zərərin ödənilməsi, işə düzəlmək üçün yardım və digər zəruri köməklik göstərilməsi Qaydası”nın 3.2-ci bəndinin birinci abzasının ikinci cümləsində “ərazi səhiyyə orqanları” sözləri “tibb müəssisələri” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 30 noyabr 2020-ci il
№ 472