Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları”nın təsdiq edilməsi haqqında” 2005-ci il 9 noyabr tarixli 203 nömrəli, “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərə göstərilən tibbi yardımın həcminin və Qaydasının, qan, qan komponentləri və dərman preparatlarının, qan komponentləri hazırlamaq üçün vasitələrin Siyahısının və miqdarı”nın təsdiq edilməsi haqqında” 2005-ci il 29 dekabr tarixli 242 nömrəli, “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2006-cı il 18 yanvar tarixli 17 nömrəli və “Narkotik vasitələrin və psixotrop maddələrin sayı və vəziyyəti haqqında jurnalların aparılması və saxlanılması Qaydası”nın təsdiq edilməsi barədə” 2006-cı il 16 fevral tarixli 49 nömrəli.qərarlarında dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 9 noyabr tarixli 203 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1063; 2006, № 5, maddə 476; 2013, № 8, maddə 995; 2015, № 7, maddə 878; 2016, № 9, maddə 1585) ilə təsdiq edilmiş “İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.3-cü bəndə “Gənclər və İdman Nazirliyi” sözlərindən sonra “, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri əlavə edilsin;
1.2. 3.1-ci bəndə “dövlət orqanları” sözlərindən sonra “(qurumları)” sözü əlavə edilsin;
1.3. 3.1.1-ci yarımbəndə “Səhiyyə Nazirliyi” sözlərindən sonra “və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 29 dekabr tarixli 242 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1241; 2010, № 8, maddə 763; 2020, № 4, maddə 481) ilə təsdiq edilmiş “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərə göstərilən tibbi yardımın Qaydası”nın 9-cu hissəsində “səhiyyə orqanlarına” sözləri “tibb müəssisələrinə” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 18 yanvar tarixli 17 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 48; 2016, № 11, maddə 1976) ilə təsdiq edilmiş “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydası”nın 4-cü hissəsində “səhiyyə orqanlarına” sözləri “tibb müəssisələrinə” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 16 fevral tarixli 49 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 197; 2007, № 12, maddə 1336) ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin sayı və vəziyyəti haqqında jurnalların aparılması və saxlanılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. 3-cü hissədə “narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə bağlı fəaliyyət növünə icazə almış şəxsin yerləşdiyi ərazidəki səhiyyə idarəsinin (şöbəsinin) və ya Səhiyyə Nazirliyinin müvafiq idarələrinin rəhbərləri tərəfindən möhürlənir və imza ilə təsdiq edilir” sözləri “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən möhürlənir və təsdiq edilir” sözləri ilə əvəz edilsin;
4.2. 6-cı hissədə “rayon (şəhər) səhiyyə idarəsinin (şöbəsinin) nəzdində yaradılmış komissiya” sözləri “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 30 noyabr 2020-ci il
№ 471