Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin təsdiq edilməsi haqqında” 2012-ci il 3 avqust tarixli 171 nömrəli, “Narkoloji yardımın dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2012-ci il 10 avqust tarixli 180 nömrəli, “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli, “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”nın təsdiq edilməsi barədə” 2013-cü il 15 yanvar tarixli 5 nömrəli, “Tutulmuş və ya həbs edilmiş şəxslərə tibbi yardım göstərilməsi, habelə onların tibb müəssisələrində saxlanılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2013-cü il 18 aprel tarixli 67 nömrəli və “Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2013-cü il 5 noyabr tarixli 320 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 8, maddə 820; 2013, № 6, maddələr 746, 774; 2017, № 2, maddə 315, № 8, maddə 1624; 2018, № 4, maddə 808, № 11, maddələr 2430, 2439, № 12 (II kitab), maddə 2740) ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin “I. Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar” bölməsinin 3.3.31-ci yarımbəndində “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 10 avqust tarixli 180 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 8, maddə 828; 2020, № 2, maddə 211) ilə təsdiq edilmiş “Narkoloji yardımın dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi Qaydası”nın 3.3-cü bəndindən “və onun yerli orqanları” sözləri çıxarılsın.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 10, maddə 1000; 2017, № 4, maddə 613, № 12 (II kitab), maddə 2515; 2018, № 5, maddə 1148, № 11, maddə 2430; 2019, № 8, maddə 1472; 2020, № 8, maddə 1121) ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 3.14-cü bəndində “yerli səhiyyə” sözləri “ərazi üzrə dövlət tibb” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 15 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 1, maddə 66; 2016, № 7, maddə 1343; 2019, № 12, maddə 2049) ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. 1.3-cü bəndə “Dövlət Miqrasiya Xidməti,” sözlərindən sonra “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi,” sözləri əlavə edilsin;
4.2. həmin Qaydaya əlavə - “Elektron anketin forması” üzrə:
4.2.1. 19-cu hissədə “səhiyyə” sözü “dövlət tibb” sözləri ilə və “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi” sözləri “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin;
4.2.2. 20-ci hissədə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi” sözləri “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin;
4.2.3. 21-ci hissədə “səhiyyə” sözü “dövlət tibb” sözləri ilə və “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi” sözləri “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin;
4.2.4. 30-cu və 31-ci hissələrdə “və Azərbaycan Respublikasının Təhsil Nazirliyi” sözləri “, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin;
4.2.5. 35-ci hissədə “və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi” sözləri “, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 aprel tarixli 67 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 4, maddə 445; 2020, № 2, maddə 211) ilə təsdiq edilmiş “Tutulmuş və ya həbs edilmiş şəxslərə tibbi yardım göstərilməsi, habelə onların tibb müəssisələrində saxlanılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
5.1. 2.7.10-cu yarımbənddə “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin;
5.2. 3.5-ci bəndin ikinci cümləsində “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tibb müəssisələri və mütəxəssisləri” sözləri “dövlət tibb müəssisələri və onların mütəxəssisləri” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 5 noyabr tarixli 320 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 11, maddə 1457; 2015, № 12, maddə 1584; 2016, № 11, maddə 1976; 2019, № 3, maddə 514, № 7, maddə 1318) ilə təsdiq edilmiş “Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
6.1. 2.3.2-ci yarımbənddə “ərazi üzrə səhiyyə idarə və” sözləri “ərazi üzrə dövlət tibb” sözləri ilə əvəz edilsin;
6.2. 2.5.1-ci yarımbəndin birinci cümləsində “yerli səhiyyə idarə və” sözləri “ərazi üzrə dövlət tibb” sözləri ilə əvəz edilsin;
6.3. 2.5.2-ci yarımbənddə “ərazi üzrə səhiyyə” sözləri “ərazi üzrə dövlət tibb” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 30 noyabr 2020-ci il
№ 467